Dilarə Süleyman Zahidqızı: "Ay mənim yuxumu aparan adam..." Ədəbiyyat » Müsabiqə 11 Temmuz Dilarə Süleyman Zahidqızı - 24 aprel 1982-ci ildəUcar rayonunun Məlikballı kəndində anadan olub.Məlikballı kənd orta məktəbini bitirdikdən sonraAzərbaycan Dövlət Pedoqoji UniversitetininFilologiya fakultəsində ali təhsil alıb.İlk dəfə şeiri 2003-cü ildə "And" və "Sərbəst düşüncə"qəzetlərində çap olunub. Sonra İranda dərc olunan "Ədəbi Körpü" dərgisində,ZiM.Az, Zirve.İnfo, Vetenim.info saytlarında,5 cildlik "Zirvə" poeziya antologiyasında,"Canım Azərbaycanım" ədəbi məcmuəsində,"Ömrün bir səhifəsi", "Bitməz olan duyğularım var mənim" poeziya almanaxlarında, "Türk dünyası şeir antologiyası"nda,"Şərqin səsi", "Elm və təhsil" qəzetlərində, "Çarıqçı," "Dəli ruh" ," Dərviş", "Cır arı" təxəllüsləri ilə şeirləri və hekayələri işıq üzü görüb.Biz də hörmətli Dilarə xanımın bir neçə şeiriniaşağıda ZiM.Az-ın dəyərli oxucularına təqdim edirvə ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..Zemfira ASLANQIZI,ZiM.Az Bilmədim Səbrimin kasası dolana qədərQəlbimdə, gözümdə yer boşalıbdi.Sonuncu ümidim ölənə qədərQəlbimin yerində bir daş qalıbdi.Özümü sevdirə bilmirəm, gülüm!İnsanlar dildəki bəzəyə baxır.Bəlkə də xoşuna gəlmirəm, gülüm!İndi hansı gözlər ürəyə baxır?Mən uşaq kimiyəm, tezcə küsürəm.Sən mənim könlümü ala bilmədin.Gözlərim danışsın deyə susuram,Sən gözümə nəzər sala bilmədin.Ay mənim yuxumu aparan adam,Bir yaşamliq ümid qoyub get bari!Ruhumu cismində qoparan adam,Qəlbində nə vardı deyib get bari!Fəsillər acimir mənim eşqimə,Saçıma qar yağır, gülumə xəzan.Bəxtimi bağladin bir sarı simə,Hər nəğməm sənədir, bəxtimi yazan! YOXDünyanın tavanı sınıbBeyinləri yel üfürürKim oyaqdır, işi qanıb Gözümüzə kül üfürür.Yaxşı yamanın nökəriNəfs ruhların ağasıdıSınıqdı çərxin təkəri,Nəfs şeytanın çağasıdı.Ard ətəyim yerlə gedirElə bil gözə düşmüşəmÖlə-ölə ömür edirYaşaram, üzə düşmüşəm.Ürəyim, hisslərinlə sənÜzümü qara edirsən!Genişliklə öyünürsənKöksümü yara edirsən.Mən qaçıram, fikirlərimÖzümdən uzağa getmir.Öz içimdə dardı yerimAh çəkirəm dağa getmir.Bir ləçəklik yuxum qalıb,Son ətrimi alanım yox,Ölməyə də maraq ölübGözü yolda qalanım yox.Ya sən də getməYar, həsrətdən bağrım başı qan olmuş,Neyləmişəm üzün məndən yan olmuş?Soyuqluğun saçlarımda dən olmuşYa məni də apar, ya sən də getmə!Çarə desəm gülüşünü könlümə,Dərdə çarə tapılmazmış səndemə!Göz yaşını yaraşdırma hüsnüməYa məni də apar, ya sən də getmə!üsal nəsib deyil imiş,anladım,Sevgi istər deyə qəlbi danladım,Ömür boyu həsrət deyib inlədimYa məni də apar, ya sən də getmə!Ey könlümün görünməyən sahibi,Sənin neçə qulun vardır mən kimi,Köç ağırdır, çəkənmirəm yükümüYa məni də apar, ya sən də getmə! YARAŞIRHəsrət sevgimizə elə yaraşırSanki gül yanağa cığa yaraşırAllah, mən qul kimi yaraşmasam daSevgimə sənintək ağa yaraşır.Yar, verdiyim əhdi pozdu gözlərimİstəyirdim yağam gələm yanına,Leysanımla təmizlənsin tozlarımNə ölü, nə sağam, gəlim yanına?Mən rüzgara qapılmış bir buludamOyuncağa çeviribdi yel məniBircə dəfə demədin ki, ay adam,Uzaqlarda arama sən gəl məni!Kipriklərim sahillərin lal daşıGəl gəz ayaq izlərini qoyub get,Sevgin ilə yanır bağrımın başıBircə kəlmə sevdiyini deyib get.Dəli ruhum titrək nanə yarpağı Xəzan soldurmamış qoparsan yetər.Cismim ilə məşğul etmə torpağı Ruhumu götürüb aparsan yetər. ƏzizimMən kimə söyləyim ürək sözümü,Mən itəndə sən tapardın, əzizim!Yollarımı qarışdırdım, izimiCığırımı sən apardın, əzizim!Buludun göz yaşın Günəş silərdi,Bir sözümdən dərdlərimi bilərdinGözlərinlə, baxışınla gülərdin,Sevincimə sevinərdin, əzizim!Mən qorxağam, mən kövrəyəm ,bilirsən.Uzaqda qeydinə necə qalırsan?Əzizini heç yadına salırsan?Qulluğunda necə durdun,əzizim?Həyat sınaq, mən yığmadım balını,Tapanmadım taleyimin diliniKim soruşsun bu fağırın halınıXatırlayıb sən sorardın, əzizim!Sənsiz belə danışıram xəyalla,Barı yuxularda bir salam yollaKüləklərə, ulduzlara əl yelləYoxluqda da bir sən vardın, əzizim!Saniyələr illərə dönmüş yenə,Dolan ürək astaca dinmiş yenə,Bitmədimi, zaman dayanmış yenəHəmişə tez qayıdardın, əzizim!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.