Maya FEYRUZ QIZI İSMAYILOVA (1969): "MƏN DƏ BİR GÜLƏM..." Ədəbiyyat » Müsabiqə 21 Temmuz MƏN DƏ BİR GÜLƏM...Könül, gül bağı nə, gül bağçası nə?Sözün boxçası nə, gül boxçası nə?Girdim məhəbbətlə gül baxçasına,Çiçəklər tanıdı ətrimdən məni.Gərək bu sevinclə danışam güləm,Özümdən adlayıb, özümə gələm.Dedim tanımadız, mən də bir güləm,Güllər alqışladı xətrimdən məni.Adım da bir güldü, özüm də bir gül,Eşqdən çiçək açıb gözümdə bir gül,Maya, səsim gül, sözüm də bir gül,Təbiət tanıdı sətrimdən məni.ŞƏHİD BACISIYAMVətənləşıb qəlbimin ayparası,Ağarıbdı gözlərimin qarası.Ürəyimdə göynər qardaş yarası,ŞƏHİD BACISIYAM MƏN!Çoxdan qaçıb qisasımın yuxusu,Yoxdu canda daha ölüm qorxusu.Ümidimə hopub qardaş qoxusu,ŞƏHİD BACISIYAM MƏN!Qeyrət olub əzəl gündən yarağım,Ümid qələm, hünər yolu varağım.Qisas üçün dalğalanır bayrağımŞƏHID BÂCISIYAM MƏN!Söykənmişəm qardaşın başdaşına,Sığal çəkir gözlərimin yaşına.Vətən, yenə qoy dolanım başına,ŞƏHİD BACISIYAM MƏN!AZƏRBAYCAN QADINIUlu məhəbbətin aynası oldun,Dünyanın əbədi mənası oldun,Sevən bir ürəyin sonası oldun,Daim uca tutdun gözəl andını,AZƏRBAYCAN QADINI!Ülviyyət qoxuyur isti qucağın,Sevgiyə bələnib hər ötən çağın.Qəlbində qaladın qeyrət ocağın,Hünər imzalayıb bu həyatınıAZƏRBAYCAN QADINI!Ağrılar çıxmadı yadından sənin,Zirvələr öpübdü alnından sənin.Tomrislər boylanır adından sənin,Daim uca tutdun ana adınıAZƏRBAYCAN QADINI !İşıqlı qəlbimin nurlu sətiri sən,Ömrümin ən uca əziz xətiri sən.Səpmisən. ruhuma layla ətri sən, Maya uca tutur gözəl adınıAZƏRBAYCAN QADINI!QISQANCLIQAyrılıq küləyi əsir nə vaxtdı,Görən kim qarğıdı sevdalı baxtı,Devirdi bir eşqin aynalı taxtın,İndi qismətimiz ömrün qəmidir,Qısqanclıq sevginin cəhənnəmdir.Səbrin divarını yıxıb gedirəm,Dərdimi ovçumda sıxıb gedirəm,Həyat yorub məni,çıxıb gedirəm,İndi göz yaşımda batan gəmidi,Qısqanclıq sevginin cəhənnəmdir.Soldu yarpaq-yarpaq sözlər içimdə.Üşüyür alışan közlər içimdə. Bir sevgi yolunu gözlər içində,İndi ürəyimin dərd həmdəmidir.Qısqanclıq sevginin cəhənnəmdir.HARDA QALIB?Ayrılıq yağışı yağır yollara,Vüsalın taleyi geyibdi qara,Ömür qapı açıb tənhalıqlara,Görən harda qalıb gələnim harda?Çıxıbdı yayından kədərin oxu,Ümüdün canını alıbddı qorxu,Gəl qəmli könlüm də bir naxış toxu,Görən harda qalıb gələnim harda?Könlümdə gözümdə donub bu misra,Həsrət şaxtasında donub bu misra.Mayanın dilində donub bu misra,Görən harda qalıb gələnim harda?ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.