Firəngiz Şəkili: "BİR ARZUM VAR..."

Firəngiz Şəkili: "BİR ARZUM VAR..." Firəngiz Şəkili (Firəngiz Əşrəf qızı Kərimova) - 1961-ci ildə Şəkinin Aşağı Küngüt kəndində fəhlə ailəsində doğulub.
66 nömrəli peşə məktəbini bitirib. İstehsalat qabaqcılı olduğu üçün M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universitetinin) hazırlıq şöbəsinə göndərilib.
1987-ci ildə həmin ali məktəbi müvəffəqiyyətlə bitirib.
Ailə qurub.
1996-cı ildən Bakının Yasamal rayonundakı A.Hüseynzadə adına 20 saylı məktəb-liseydə rus bölməsində Azərbaycan dili müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.
Hazırda da həmin məktəbdə çalışır. Həm də metodist kmi fəaliyyət göstərir.

Firəngiz xanım doğma ana dilimizi, millətimizi, xalqımızı - bütöv Azərbaycanımızı sevir!
Ən böyük arzussu da elə Bütöv Azərbaycanımızı salamlamaqdır!
Bayrağımızı Təbrizdə, Qarabağda dalğalandırmağı həyatının ən uca zirvəsi sayır:

Hayım var, harayım var,
Billurdan sarayım var,
Təbrizdən Qarabağa,
Mənim Vətən payım var!..


Biz də çox hörmətli Firəngiz xanıma "Bütün arzularınız çin olsun!.." - deyirik!
Ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, pedaqoji və ictimai fəaliyyətində,
eləcə də bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!
Və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.


ZiM.Az


BİR ARZUM VAR...

Belə olmaz gəl ki, sən
Sən mənim gülşənimsən.
Göyüzündəki ayım
Qəlbimdə günəşimsən.

Hər səhərin nurusan,
Qəlbimin qürurusan,
Mənim bu ürəyimdə
Sən sevinclə dolusan.

Gəlsən sevinər ürək,
Sənlə döyünər ürək,
Gülüm ehtiyat edib
Gəzmə sən belə hürkək...

Firəngizlə gəl öyün,
Deməm ikiyə bölün,
Bir arzum var: əlindən,
Tutum sən də bir söyün...
02-09-14


TƏK YOLUM AZƏRBAYCAN!

Tək yolum var Azərbaycan
Onsuz ölər bu canımda can.
Sinəm sipər, əlimdə qələm,
Onu qoruyacam inan hər an.

Qoy millətim ayağa qalxsın,
Birləşib zəfər marşın çalsın.
Çatsın səsim bütün ellərə
Qoşulaydım axan sellərə.

Sellərə qoşulub gedəydim,
Təbrizi candan seyr edəydim ,
Üzüm tutub mən o yerlərə
Canım qurban vətən deyəydim!

Hər daşına bələd olduğum ,
O yerlərdə yuva qurduğum,
Göz dağımdı bu gün Qarabağ
Sağalmayir ax...sinəmdə dağ…

Vətən qızı baxdı sol-sağa
O and içdi vətənə, torpağa!
Vətən azad olmayınca mən
Haqqım yox yurdda yaşamağa...
Vətən qızı----canım Azərbaycan hayladı...
19-03-15.


QARABAĞI SARDA QOYMAYAQ!

Sinəmə sığmayan bircə dağım var,
Mənim də ayrilıq bircə çağım var,
Ölürəm a dostlar ölə bilmirəm,
Axi gözüyolda Qarabağım var!

Odur arzum mənim ona qovuşum,
Onun eşqiylə mən alışıb coşum,
Dağılsın sərhədlər açılsın əllər
Könlüm Qarabağı ürəyi bilər.
Gözlə gəlirik biz can Qarabağım
Sənə açılacaq hər an qucağım
Orda qələbələr bizi gözləyir
Ağlayıb sirr vermə düşmən izləyir!
Çəkil qara bulud qoy günəş çıxsın
Qara əlləri o yandırıb yaxsın.
Qalxıb elə töksün düşmən gözünü
Milli ordum desin qoy sön sözünü.
Eşit bu səsimi ey ana torpaq
Qıy vurub göylərə qalxacaq bayraq.
Vətən qızı deyir igid oğullar
Qarabağı sarda durun qoymayaq!
2016.


TÜRKÜN SƏSİ!

Mənim səsm haqqın səsi,
O haqq da TÜRKÜN nəfəsi.
Əyilmərəm heç sınmaram ,
Bir gün Vətənsiz qalmaram!
Dörd tərəfin qarı düşmən,
Oyan, ey Vətənim, oyan,
Söylədiyin mənəm TÜRK mən,
Zəfərinlə sən qanadlan.
Qanadlan ki qoy hər yerdə
Səninlə qürur duyum mən.
Dərdli başının üstündən
Qoy çəkilsin o duman çən!
Dözə bilmərəm əgər ki,
Bir qarışın yadda qalsa.
Torpağımı, Vətənimi
Qarı düşmən sarlar alsa.
Ehey, səsim TÜRKün səsi,
Nəfəsim Vətən kəlməsi,
Bu səs dağıdar aləmi,
Vətən Qızı çal qələmi!!!
2016.


ŞƏHİDİM!

Torpaqların altında
Yatan ruhlara salam.
Sənin şəhid qanını
Vallah yerdə qoymaram!

Bu gün Vətən var varsan
Sən göylərdən ucasan,
And içib Türk qanıma,
Dönük çıxmam andıma.

And yerim şəhid qanı
Məni sən yaxşı tanı
Tək sənin şəhid adın
Ucaldacaq cahanı.

O cahan mənim yurdum
Mən də keşikdə durdum
Şəhidimə baş əyib
Çöllərdə nərə vurdum!

Bu gün gözümdə Vətən
Çoxdu uğrunda ölən
Səni korca qalasan
Vətəni yarı bölən!


AĞLAMA ŞƏHİD ANASI!

Hər qarış torpaqda min igid qanı
İgid ərənləri sən yaxşı tanı.
Onlar unudulmaz onlar atılmaz
Şəhid anası öyünər ağlamaz!
Ağlama, şəhid anası, ağlama,
Ağlayıb sinələri gəl dağlama.

Sənin Vətən boyda bir dayağın var,
Başınüstdə enməyən bayrağın var.
Şəhidin ruhudu bizim ruhumuz
Onun ruhuna borclu uğurumuz.
Hər şəhid Vətənin gözün parası
Ağlama, ağlama, şəhid anası!

Bu gün uca zirvə şəhid adıdır
Qələbə zəfəri şəhid andıdır,
Şəhidsiz sağalmaz Vətən yarası,
Ağlama, ağlama, şəhid anası!
2016


ARAZ KƏNARINDA...

El-elə qarışdı bağrım alışdı,
Sel axdı gözlərdən sanki yağışdı.
Yumub gözlərimi kaş ki öləydim
Söylə vətənim bu necə naxışdı???
Baxdım, gözlərimə vallah qan sızdı
Tikanlı məftillər üzümü cızdı
Yeridim üstünə xudavərinin
Bədənim soyudu gah da kı qızdı!
Yumuldum yumaq tək istədim keçəm
Arazın suyundan bir azca içəm
Təbrizin yolunda tikanlar bitmiş
Çalışdım onları qıram mən biçəm...
Başımın üstündə dayanmış zalım
Dedim burax yurdun ətrini alım
Üstümə silahlı şığıdı o an
Qaldı boynubüküb yetim bu canım...
Amma çağırırdı məni Arazım
Dedi qara gəldi bəxtim bu yazım
Coşub-aşıb daşıb hey çırpınırdı
Sanki məni geri o çağırırdı...
Firəngiz sudakı dalğaya baxdı
Bir özünə baxdı bir qarğaya baxdı
Dedi qarğa qədər qismətim yoxmuş
Bülbüllər ölübmüş qarğalar çoxmuş..
Vətən qızı--dərdin araza danışıb geri qayıtmadı---
gözlədi gözləyəcək --təbrizi....
səbrin böyük--ürək bölük --firəngizim...
9--04--14.


BİZ TÜRKÜK!

İçimdə alovikən
Odum-közüm görünmür.
Niyə sənin o qəlbin,
VƏTƏN üçün döyünmür???
Döyünmürsə o ürək
Bu ki, kələkdi kələk.
Elə susan ürəyi
Dibindən çalaq gərək...
Qoy o yalan deməsin,
Bizi aciz bilməsin,
Biz cana can deyərik,
Özgə haqqın yemərik.
Adımız TÜRK, türkük biz,
Söylə bəs siz kimsiniz???
Biz haqqın işıq yolu,
Hər yerdə var izimiz...
Bir gün bütöv olaraq
Səni biz çalacayıq,
Dərbənd, Təbriz, Şuşanı,
Biz səndən alacayıq.
Eşidirsənmi məni,
Qeyretli Vətən oğlu,
Haqq bizim, doğru bizim,
Gedirik haqqa doğru..
Fİrəngiz al bayragın
Öpdü Vətən torpağın,
Dedi çəkil düşmənim,
Yurda basma ayağın...

VƏTƏN QIZI - Vətən adlı yerini yurdunu sevib --
ona baxıb xatırladı ---QARABAĞ--TƏBRİZ BÜTÖV AZƏRBAYCANI--
Biz yaşayacayıq --DEDİ…
11-06-14.

AĞLAMAQ YOX!!! QİSAS KEÇİR KÖNLÜMDƏN...

Gəl yaralarımı tərpətmə, qardaş,
Ax yaman ağlamaq keçir könlümdən.
Yolgedən, asta ol, get yavaş-yavaş,
Ax… yaman ağlamaq keçir könlümdən.

Bu canımda vallah can gizildəyir,
İçimdə bir səs yanqım inildəyir.
Xocalıda yanan ruhlar gözləyir,
Ax... yaman ağlamaq keçir könlümdən.

Neçə vaxtdı yurd yanır, alovlanır,
Düşmən özün yurdumda hakim sanır,
Yetiş qardaş, yetis, ürəyim yanır,
Ax... yaman ağlamaq keçir könlümdən.

Qoca-cavan baxmadılar vurdular,
Qız-gəlinə hər bir tələ qurdular,
Uşaq gəncin hey qəsdinə durdular,
Ax... yaman ağlamaq keçir könlümdən…

Eşitmirsən sən bu acı harayı???
Neyləyirsən sən o billur sarayı?
Qan içində bil ki, bu gün XOCALI,
Ax… yaman ağlamaq keçir könlümdən.

Vətən qızı, sən tək mən də yanıram,
Özümü düşməndən güclü sanıram!

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: