Tahirə Qarabağlı (1949): "YUXUNA GƏLƏCƏM" Ədəbiyyat » Müsabiqə 26 Şubat Tahirə Qarabağlı (Tahirə Əyyub qızı Hüseynova) - 1949-cu ildə Ağdamda anadan olub. Ali təhsillidir. 1975-ci ildən ömrünü Sumqayıt şəhərində gənc nəslin təlim-tərbiyyəsinə həsr edib. O, həm də istedadlı şairə kimi tanınır. “Sil göz yaşlarını”, “Bu sevda mənlik deyil” və “Qəlbin harayı ilə” adlı üç kitab müəllifidir. Şeirləri müxtəlif mətbuat orqanlarında, ədəbi məcmuələrdə və poeziya antalogiyalarında dərc olunub. Azərbaycan Jurnalistlər Birliyinin və "İraq-Türkmən" Yazıçılar Birliyinin üzvüdür. “Qızıl Qələm”, “Natəvan” və “Zirvə” mükafatları laureatıdır.Şeirləri "Zirvə", "Canım Azərbaycanım", "Şah dağı", "Ləlvər dağı" və s. poezia antologiyalarında şeirləri dərc olunub.Biz də çox hörmətli Tahirə xanımı qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edirik, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də, bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.Məryəm ŞÜKÜROVA, ZiM.AzANAAnayam gözümdə həyat canlanır,Baxıram ömùrdən ótən çağlara.Ürəyim elə bil od tutub yanır,Qar yağır mən gùvəndiyim dağlara.Böyüyür övladlar pərvaz eyləyir,Hərəsi özünə yurd-yuva qürur.Analar onlara" xóşbəxt ol!" deyir,Baxıb xoş gününə, duyurlar qürur.Balanın yolunda çəkər əziyyət,Gecəni sübhədək yummaz gözünü.Ummaz balasından bir əvəz fəqət,Qürurla söyləyər "balam" sözünü.Şam kimi əridər ózünü ana,Düşər balasının düşdùyü oda.Balanın yolunda qıyar canına,Tapılmaz ananın tayı dünyada!...ŞAİR ÖMRÜŞair ömrü keçməz xoş güzəranla,Ötər fəsilləri aram-aramla.Xoş günləri gələr ona qram-qramla,Şair ömrü keçməz xoş güzəranla.Misra-misra yazım sənə şeirmi,Hər misranın görəsən sən xeyrini.Şair salmaz hər görənə meylini,Qəti yazar,izah edər söz sehrni.Şair başı olar qeylü-qallarda,Hər misradan qurar uca qalada.Söz sehrini anladar hər nadana,Hikmətilə sözün yayar cahana.Ömür yolun vurar əzmilə başa,Saray qurar kərpici gəlməz saya.İlmə-limə naxış salar qalaya,Görənlərin gözü düşər qalaya. Tahirəyəm, hər sözümdə var hikmət,Esidənlər dərk edər sözü əlbət.Dərk etməyən olar o qafil əlbət,Oxuyanlar anlayar sözdə hikmət!26.0.9.2020 YUXUNA GƏLƏCƏM Hər gecə yuxuna qonaq gələcəm,Gəlib yuxunu da ərşə çəkəcəm.Beləcə hər gecə yuxudan əvvəl,Sùzüb gözlərimi baxıb gedəcəm.Hər gecə yuxuna qonaq gələrəm,Çıxaram qarşına mələklər kimi.Gah da ulduzları pay góndərərəm,Əsərəm qayğısız küləklər kimi.Hər gecə yuxuna qonaq gələcəm,Sùzùb gózlərini, dodağın gülsùn.Bir anlıq görùnùb,yuxudan əvvəl,Dərdimi səninlə bólüb gedəcəm.SEVGİSevgi bir röyadı görünməz gözə,Söz halı sevginin gəlməz heç dilə.Sevənin sevgisi qəlbini dağlar,Qəlbində yaşadıb məzara yollar.Sevgi sevənlərin əfsanəsidi,Xəyal aləminə səyahətidi.Gözlərin ürəyə nüfuz etməsi,İki sevən qəlbin dəyanətidi. Sevgi gül bağından üzüb gülləri,Zərif çiçəklərdən görər çələngi.Alar ilahidən gücü, qüvvəti,Sevən ürəklərdə çalınar "Cəngi".Kimin ki, sevgisi olsa həyatda,Aşacaq başından kədəri,qəmi.Görənlər deyəcək bəxtəvər onaDaim belə olub sevgi aləmi. HAQQ GƏZİRƏMBu dünya böyük zəmidi,Toxum səpsən göyərəcək.Söz yıgdınsa xəzinənə,Vaxt gələndə söylənəcək.Şələliyəm deyirlər döz,Daş daşıyıb,yonuram daş.Göydən yerə ələnir söz,Ələkdədir sözüm qardaş.Bəxtim niyə gəldi belə,Fələk yazanı yox pozan.Həsrətəm obaya elə,Örtülü qaynayır qazan.Haqq söyləyib, haqq gəzirəm,Yolumda qurulur tələ..Haqq sözünə müntəzirəm,Yalanı almıram dilə.Dərdim dağlardan ucadır,Dərdi çəkib, dərd tapıram.Sinəm dərdlərə bacadı,Həyat köhlənin çapıram...Çapır xəyallarım köhlən atını,Gəzir gah aranı gah da dağını.Görürəm ac-sussuz yalavacları,Çəkirəm qəlbimdə min bir acını...HANSINDAN YAZIM?Agdamdan ucalmır azanın səsi,Neçə igidlərin kəslib nəfəsi.Biz kimə söyləyək bu dərdi-səri?Qalmışıq Vətənimdə, biz sər-səri.Ana torpaqları,düşmənə satan,Bölüb sərvətləri, altına yığan,Millətimin olan haqqını danan,Mən bu müsibətin hansından yazım.?Axır göz yaşları, görən hər kəsin,Əlaçı kəsilib böyük-kiççiyin.Müəllim əlacsız, qalıb amanda,Mən bu işlərin hansından yazım?1.09.2020.ŞAH DAĞIƏtəyi bağ-bahatlı,Çəmənləri gözəllərin oylagı.Ətəyində evlər sıra-sıradır,Bənzəyir sən bizim elə Şahdagı."Qalaaltı" sularına tay hanı,İstəyirsən dolan bütün cahanı.Xoş keçir insanın burda hər anı,Düşübdü sorağına dilə, Şahdagı.Məni mehman etdin,qoynunda qaldım,Ötüb keçənləri mən yada saldım.Şuşa dağlarının ətrini aldım,Göz yaşım dónübdü selə Şahdagı.Vətənim tapdaqda qalandan bəri,Yığıb cəm etmişəm çox dərdi- səri.Alınan torpaqlar qayıda geri,Arzu cin ola bu ilə, Şahdagı.....QOCALIQQocalıgın özü elə bir dünya,Bu dünyada bizi saldı quyuya.Nur-bərəkət payladıq biz dünyaya,Dünya bizi çəkib saldı dəryaya.Dərin məna axtardıq biz həyatda,Yalanlarla üzləşdik çox həyatda.Mərdi qovub,namərd etdi bu dünya,Dünya bizi aldadaraq qocaltdı.Nə var yıgdıq,nə də sərvət topladıq,Alın təri, zəhmət çəkib yaşadıq.İkiüzllər bizə tələ qurdular,Tələləri sökə-sökə qocaldıq.26.08.2018.OYANSINÇal aşıq çal sazını,Çalki, ruhum oyansın.Şəlalələr dilə gəlibQoy qəıbimə yayılsın.Aşsın keçin sərhədləriSəs yayılsın aləmə.İntizar qalan gözlərOyanıb baxsın sənə.Çal sazını qəlbim Oyansın.Axar çaylar çaglasınBuz bulaqlar gurlasın.Dilə gəlsin ellərim.Çal aşıq çal sazını incə qəlbim titrəsin.Könlüm yenə yanıqliO səsləri dinləsin.Çal səsin çatsın Qarabaga,Yurd-yuvası dagılana.Ürəklərdə yuva salanO qəm-qüssə dagılsın.Göydə süzən quşlar yenəQatar-qatar düzülsün,Xoş müjdələr gətirərəkBizə zəfər yetirsin.Çalkı, günəş şəfəq saçsın Hər yan nura boyansın.Çalkı, yatmış qəlblərdə Həsrət yangı oyansın.Bəlkə bizim QarabagdaSönən günəş oyansın!26.08.2017.QİSMƏTGüvənmə həyatda vara-dövlətə,Var-dövlət yetirməz səni şöhrətə.Qaçırar gecələr yuxunu sənin,Edər gündüzləri sərsəri səni.Qalmaz əbədi o var-dövlət səndə,Əl-tut kasıblara hərdən bir səndə.Başının üstündə gör sən Allahı,Et hər zaman sən ona öz duanı.Verən də odur,var-dövlət sənə,İstərsə həyatı çöndərər yenə,Million varın olsa da bax sənın,Bir ovuc torpaqdır axır qismətin.21.08.2017.HƏYAT DAVAM EDİRBöyük gələcəyə ümidlə baxdıq,Xəyallar alırdı bizi cənginə.Xəyal aləminə səyahət etdik,Həm adət elədik hər ahənginə.Çalışdıq çap olsun şeirlərimiz,Bizdə ümid edib hələ yazırdıq.Arzular almışdı bizi qoynuna,Həyatda hər şeyə guya hazırlıq.Zəmanə dəyişdi, ötüşdü illər,Həyatın acısı bizə pay oldu.Fəsillər dalınca ötdü fəsillər,Boranı qış gəldi, gah da yay oldu.Həyatın acısın dadırıq indi,Ötür günlərimiz ağlı,qaralı.Neçə xatirələr könlümdə dindi,Yaşadıq bir ömrü yaşlı yaralı..18.08.2020.QARABAĞ BOYUNCAEleki, gəzirəm Aran boyunca,Qalıram o iki yol ayrıcında.Baxıram gah aranina-dagina,Tapammıram səni, o yol boyunca.Bağlanıb qapılar mənim üzümə,Zəncirli köpəklər hürür üstùmə.Getdikcə baxıram Vətən düzünə,Uculan daşları gəlir üstümə.Xırmanda sovulmur, aprası-dəni,Başımın üstündə dumanı-çəni.Çəkilmir gózümdən şehli çəməni,Qəfəsdə yurdumuz qalıb məftilli.Niyə düşmənlərin girmir beyninə,Verirəm sualı özüm-özümə.Özgə torpağına gözù tikincə,Qoy aldanmasınlar rusun sözünə.Görmürlər tùrk-türkün olub dayağı,Gün gələr alarıq biz Qarabağı.O zaman şəlləyib belə palanı,Qaçarlar üz tutub, Sevana sarı....14.08.2020 Tahirə Qarabağlı, şairə-jurnalist, Jurnalistlər birliyinin üzvü, "Qızıl qələm" media mükafatçısı.ZiM.AZ . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.