Müşfiq Əliyev (1974) Ədəbiyyat » Müsabiqə 12 Ağustos Müşfiq Mürşüd oğlu Əliyev - 1974-cü il oktyabrın 31-də Füzuli rayonunun Saracıq kəndində anadan olub. Orta məktəbi fərqlənmə ilə bitirib. 1993-1998-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsində ali təhsil alıb. 1995-ci ildən "Xalq sözü" qəzetinin redaksiyasında öncə korrektor, sonra isə xüsisi müxbir vəzifəsində işləyib. Hazırda Təhsil şöbəsində çalışır.Biz də aşağıda Müşfiq müəllimin bir neçə şeirini dərc edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! ZiM.AzUNUDARAM..... (Təzad) Səni elə indicə unutmağa nə var ki, Ayrılığın ilk səhəri, Səni şirin unudaram. Ürəyimin hər yerində, Gözlərimin zirvəsində, Ömrüm boyu, həmişəlik Səni dərin unudaram. Unudaram, əllərinin qoxusunu, Unudaram, gecələrin sənlə bağlı yuxusunu, Unudaram, nəfəsini, hər səsini. İnan, necə sevmişəmsə Eləcə də unudaram. Unudaram varlığını. Unudaram... YENƏ PAYIZ GƏLƏCƏK... Yenə payız gələcək, sən adlı xatirələr, yenə vərəqlənəcək Sənin üçün ürəyim həsrətindən öləcək. Yenə payız gələcək ümidim yarpaq- yarpaq, havada yellənəcək, Gözlərimdə göz yaşım axacaq, sellənnəcək. Yenə payız gələcək sənə divanə könlüm Sənə nəğmə deyəcək....... GƏL, OVCUNA ŞEİR YAZIM Gəl, ovcuna şeir yazım, Mənim olsun ovucların. Nəfəsimlə hey daransın Gül ətirli o saçların. Gəl, ovcuna şeir yazım, Hər gün, hər an oxu məni. Tək qalanda, darıxanda Misra- misra qoxu məni. Cünki, səni məndən sonra, Ruhən sevən olmayacaq. Bu saf eşqdən, bu sevgidən " Bir də məndən olmayacaq". SEVGİ... Xəyallarım əsir düşüb, Sən gedəndən bilki sənə. Nə zamandır ki, həsrətəm Gül qoxulu nəfəsinə. Səni elə sevmişəm ki, Unutmağım asan deyil. Gəl, hardasan gəl a, zalım Sevən könlüm susan deyil. Yana- yana bu atəşdə, Hər gün səni gözləyirəm. Səni sevən ürəyimdə Bir ömürlük gizləyirəm. MƏNİM ÜÇÜN DARIXMA... Mənim üçün darıxma, Tab gəturməz ürəyin. Hər şeyin bir sonu var Bir gün olar gərəyin. Mənim üçün darıxma, İnan ki, heç yoxam mən. Gözlərində qəm yükü Doluxsunma belə sən. Axı bu bir həyatdır, Payızı var, yazı var. Gəl, darıxma bu qədər Həsrətin də nazı var. ARZULARIN ARZUSU... Səni ömrüm boyunca, Yorulmadan gözlərəm. Arzularda yaşadıb Beləcə əzizlərəm. Cismimlə yox, ruhumla Dərin sevmişəm səni. Bu saf duyğularımla Şirin sevmişəm səni İstəyirəm biləsən, Mənim üçün başqasan Gecəmdə, səhərimdə Ən şirin bir arzusan........ ARZU Gəl, tutum əllərindən, Ürəyimə aparım. Sən ki, belə şirinsən Səni səndən qoparım. Axı gözəlliyinə, Eşqimlə divanəyəm. Susuz bir ürək kimi Yanan bir Pərvanəyəm. İnsaf eylə, gəl yaxın, Gəl ki, sənə qovuşum. Çiçək açsın təzə- tər Sevincindən göz yaşım. DƏLİ EŞQ... (Bədahətən) Qəlb dodağı sevən kimi, Mən də səni sevirəm. Saçımın hər yerində, Səni səndən istəyən- tək sevgim sənsən deyən Bu ağ dəni sevirəm. Misra-misra yazdığım, Xəyallarda azdığım, Səni səndən xəbərsiz Şeirlərdə sevirəm. Şirin-şirin sevirəm. SƏNDƏN DOYMARAM... Sən elə ətirli bir qönçəsən ki, Hopsan ürəyimə səndən doymaram. Vəsf etsəm bənzərsiz gözəlliyini Sən adlı sevgidən, ləldən doymaram. Sən elə duyğulu bir nəğməsən ki, Eşqimə sən nəfəs güldən doymaram. Ruhumla ruhunu sevsəm, oxşasam Sənli gündən, aydan, ildən doymaram. Sənsən taleyimin ümid qoxusu, Sənsən gözlərimin şirin yuxusu, Məni məndən alan ürək oğrusu Bilki bu zamandan, andan doymaram. SEVGİ NƏFƏSİ Gəl, hər gecə yuxun olum, Gözlərində gecələyim. Tut əlimdən sevgi kimi Dərdimi sənə söyləyim. Ən şirin, xoş arzu kimi, Bir mən olum, bir də ki, sən. Gəl, yaxın ol, sən ruhuma Sevgi adlı bir nəfəssən. Eşq oduyla alovlanıb, Qoy hey axım ürəyinə. Həsrətindən gizli-gizli Divanəyəm gülüm sənə.SEVGI NƏĞMƏSİ Axı sən bir arzusan, Axı sən bir saf susan. Sənə olan bu eşqimi Misra-misra sən duymusan. Çiçək ətrin bir bal kimi Ürəyimə hey süzülür. Yuxu kimi sən şirins Səni sevən könlüm. Gəl, yaxın gəl nəfəs kimi, Gəl, alışıb alovlanım. Ruhum ruhuna qovuşsun Gəl məst olum, xumarlanım.***GƏL, DARAYIM TELLƏRİNİ... Sevgi adlı nəfəsimlə, Gəl, darayım tellərini. Sənə qaçan ürəyimlə Öpüm şeir əllərini. Bu eşqimlə gizli- gizli, Gözlərimə çəkim səni. Səni sevən bu könlümə Bir ömürıük büküm səni. Gəl, bu gecə gəl, ruhuma, Gəlişinlə bir də toxun. Qoy hey axşın şirin- şirin Ürəyimə o gül qoxun.ƏN ŞİRİN YUXUM OLASAN Bir ay kimi gecələri, Yuxuma qonaq gələsən. Gözlərimdən axan yaşı Gəlişinlə sən siləsən. Gül ətirli bir meh kimi, Hey axasan ürəyimə. Bir dərman, məlhəm olasan Dodağından bu qəlbimə. Həsrət dolu bu könlümüz, Sevənlərlə kaş yarışa. Bir gün həsrət sona yetə Ruhum ruhunla qovuşa.SƏNDƏN DOYMARAM... Sən elə ətirli bir qönçəsən ki, Hopsan ürəyimə səndən doymaram. Vəsf etsəm bənzərsiz gözəlliyini Sən adlı sevgidən, ləldən doymaram. Sən elə duyğulu bir nəğməsən ki, Eşqimə sən nəfəs güldən doymaram. Ruhumla ruhunu sevsəm, oxşasam Sənli gündən, aydan, ildən doymaram. Sənsən taleyimin ümid qoxusu, Sənsən gözlərimin şirin yuxusu, Məni məndən alan ürək oğrusu Bilki bu zamandan, andan doymaram.SƏNİ DƏLİ KİMİ KAŞ SEVMƏYƏYDİM... Kaşki unudaydım ömürlük səni, Mən səni ruhumla heç sevməyəydim Sənə gətirdiyim böyük sirrimi Boğub öldürəydim kaş deməyəydim. Səni dəli kimi sevməyim söylə, Hicrandan savayı nə verdi mənə? Bəxtimə pay düşən yasaq sevgi tək İndi bir ömürlük həsrətəm sənə. Sevda yollarında qərib yolçu tək, Dərdini oxuyan ozan kimiyəm. İndi bu payızda külə çevrilmiş Sönən ulduz kimi, xəzan kimiyəm.SƏN BİR MƏLƏKSƏN... Sənin gözəlliyin, elə fərqli ki, Sən nursan, işıqsan, Sən bir Mələksən. Sənin şirinliyin elə dadlı ki, Ruhuma nəfəssən, sən bir sevgisən. Mənsə səni sevən bir dəli aşiq Sənə divanəyəm...SƏN MƏNİM BƏXTİMİN SEVGİ ANISAN. . . / Bədahətən/Sən mənim bəxtimin gecikən yazı,Gecikən qatarı, sevgi anısan.Sən mənim bəxtimin ən şirin nazıƏn şirin səhəri bil, zamanısan.Sən mənim bəxtimin sevda nəğməsi,Ətirli nəfəsi, bal çiçəyisən.Sən mənim bəxtimin bir dəniz səsiDoğan günəşisən, gül ləçəyisən. Sən mənim bəxtimin bir tək Mələyi, Görən gözlərimin nur röyasısan. Sən mənim bəxtimin ləldən lələyi Elə məhəbbəti, bir dünyasısan.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.