Dilarə Süleyman Zahidqızı: "Ana Vətən, gözlə bizi, gəlirik!.." Ədəbiyyat » Müsabiqə 23 Şubat Dilarə Süleyman Zahidqızı (Hacıyeva) - 24 aprel 1982-ci ildəUcar rayonunun Məlikballı kəndində anadan olub.Məlikballı kənd orta məktəbini bitirdikdən sonraAzərbaycan Dövlət Pedoqoji UniversitetininFilologiya fakultəsində ali təhsil alıb.İlk dəfə şeiri 2003-cü ildə "And" və "Sərbəst düşüncə"qəzetlərində çap olunub. Sonra İranda dərc olunan "Ədəbi Körpü" dərgisində,ZiM.Az, Zirve.İnfo, Vetenim.info saytlarında,5 cildlik "Zirvə" poeziya antologiyasında,"Canım Azərbaycanım", "Sazlı-sözlü Borçalı", "Qara-arxac", "Şah dağı", "Ləlvər dağı" və "Rübailər" ədəbi məcmuələrində,"Ömrün bir səhifəsi", "Bitməz olan duyğularım var mənim" poeziya almanaxlarında, "Türk dünyası şeir antologiyası"nda,"Şərqin səsi", "Elm və təhsil" qəzetlərində, "Çarıqçı," "Dəli ruh" ," Dərviş", "Cır arı" təxəllüsləri ilə şeirləri və hekayələri işıq üzü görüb.Biz də hörmətli Dilarə xanımın bir neçə şeiriniaşağıda ZiM.Az-ın dəyərli oxucularına təqdim edirvə ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..Məryəm ŞÜKÜROVA,ZiM.AzAnaBətnində gəzdirib, qanın yedirib,Həyatın həsr edib, canın yedirib,Gecə-gündüz ömrün-günün yedirib,Daim gözü yolda qalandı ana!Qəlbini yandırıb verir odunu,Heç nə verə bilmir övlad dadını,Hamı unutsada sənin adınıHər saniyə yada salandı ana!Sevər təmənnasız, nazını çəkər,İncitsən qüssədən boynunu bükər,O uca varlıqkən olsa da nökərÖzgə balasıyçün yalandı ana!Mənim məbədimdi, mənim pirimdi,Tanrı sevgisində böyük sirrimdi,Qoynu ən güvənli, əziz yerimdi,Sevərək qadanı alandı ana!Dilarə həsrətin çəkər o nurun,Həqiqi sevginin, müqəddəs yarın,Günəş şəfəqitək sarıb qollarınBahar buludutək dolandı ana!OyQara teli ağ kəfənə büründü,Üzün cırdı,qan ağladı Vətən, oyy!Şəhidlərin dərdi dağdan ağırdıDağlar basdı ürəyinə itən, oyyy!Laçın fəryadını göndərdi göyə,Cavanlar qocaldı cann Şuşa deyə,Ağladı gözümüz baxıb Gəncəyə,Qana bələn raketləri atan, oyyy!Dünya baxır bizə kardı,kordu, lal,İrəvan sızlayır: - Qisasımı al!Xocalıda soyqırımı yada salAyağa dur, əli silah tutan, oyy!Yuyur elin oğulları qanıyla,Geriyə qaytarır şirin canıyla,Kimsə sevinməsin adı, sanıyla,Ayağa qalx, papaq altda yatan, oyy!Rədd olsun ölkəmdə qalan hər dığa,Burnunuzdan gəlsin, olsun sadağa,Tülkü verib azğın itin qabağa,Üzə gülüb, arxasından satan oyy!Anaların bağrına dağ basıldı,Ocaqlardan gülüş səsi kəsildi,Bayraq olub şərəfimiz asıldıO bayraqçün torpağa can qatan, oyy!Hər parçası qovuşmağı gözləyir,Ana Vətən həsrət ilə sızlayır,Qədim yurdlar oğulları səsləyir,Mamır olub qayasında bitən, oyy!Mən körpəyəmMən körpəyəm....Sarsıdılan bir raket zərbəsiyləDünyaya üsyan edirəm Sükutumun səsiylə.Bir günahım yoxdur mənimVətənim işğaldadırHaqqın tərəfindəyikdeyə başım qaldadır?Uçubdur ev-eşiyimizXəyallarım taptanıbMənfur erməni dığasıVicdanı, arı danıb Dünya kordu bu vəhşətəDünya kardı bu dəhşətə.Hansı xain, hansı namərdQərar verdi bu dəhşətə?Anam,atam qan içində,Utan ey dünya, ahımdanBu günümü masalardaoğurladın sabahımdan.Mən körpəyəm haqqım vardıDinc yatmağa yatağımdaOyuncaqla oynayarkənÖlüm gəzir otağımda.Şikayət etdim AllahaAhım, haqqım çatar mənim,Alın mənim qisasımı!Yoxsa qanım batar mənim!HeyyDünya qorxuya düşüb, Turan havası gəlir,Çingiz,Teymurləng, Babək, Mehmet balası gəlir.Türkün birlik vaxtıdır, igidin xası gəlirDaşan səbrin yağını qabağına qatır, heyyy!Azərbaycan,ey qədim tarixi olan Vətən!Sənə meydan suladı illərlə yoldanötən,Ləzgin, türkün, talışın, bir yumruqdur, bir bədənYəhudin, avarın, tatın canına can qatır, heyy!Müqəddəs şəhid qanı yumuş hər qarışını,İnadla rədd edirik düşmənin barışını,Qırılır əsarətin, dik tut artıq başınıOğullar silahlanıb imdadına çatır, heyyy!Yoxx unutmaz nəslimiz ağır cinayətləri,Pusqudakı dövlətlər və alçaq niyyətləriYaşatdı cənnətməkan yurduma dəhşətləri,Elə çək ki, nərəni qulaqların batır, heyyyy!Ey Xəlilin,Məmmədin,Bəxtiyarın harayı,Məmmədəmin arzusu,şanlı ulduzu,ayı!Vulkan kimi püskürüb kül eylə sərhədd boyu!Qədim torpaqlarından düşmən izin itir, heyy!Şəhriyar həsrətinin qisasına az qalıb,Bütöv Azərbaycanın sevdasına az qalıb.Od salarıq düşmənin yuvasına, az qalıbHər əsir parçan bu gün birliyə can atır, heyyy!Dilarə Süleymanın ömrü buna çatarmı?Ölsə torpağın olsun,bir ovucun artarmı? Qələbə gözləyərkən yorğun gözlər yatarmı?Haqq yolunda irəli get Allaha xatir, heyyy!Şirin eyləƏlində güc yoxdusa dilini şirin eyləBeşdən-üçdən "hörmət"et yolunu şirin eylə.Sağkən baxma üzünə, öləndə aç kisəni,Ellər qınayar səni, ölünü şirin eylə.Tələsirsən batmağa,nazın yoxdu satmağa?Tikanını gizlədib, gülünü şirin eylə.Dilarə, can yandırıb neyləmisən odunla?Yellər sovurar səni, külünü şirin eylə.GəlirikBaşı qarlı dağlarına müjdə ver,Ana Vətən, gözlə bizi gəlirik!Düşmənləri can evindən vurmağa,Ana Vətən, gözlə bizi, gəlirik!..Koroğlunun nərəsini gətirib,Babək, Nəbi həvəsini gətirib,Qələbənin havasını gətirib,Ana Vətən, gözlə bizi, gəlirik!Dağlarının çəni bizə can olsun,Yamacların al-qırmızı qan olsun,Qələbəmiz dillərdə dastan olsun,Ana Vətən, gözlə bizi, gəlirik!Koroğlunun nərəsini gətiribBabək, Nəbi həvəsini gətiribQələbənin havasını gətiribAna Vətən, gözlə bizi, gəlirik!Şəhidlərin qanın almağa gəldik, Ulu yurdda məskən salmağa gəldik,Sən bizimsən, sənin olmağa gəldikAna Vətən, gözlə bizi, gəlirik.Koroğlunun nərəsini gətiribBabək, Nəbi həvəsini gətiribQələbənin havasını gətiribAna Vətən, gözlə bizi, gəlirik!Gəncə dərdiGəncənin dərdi yoxmuşGecələr sükut olardı, Sabahı aydın olardı...Gəncənin dərdi yoxmuş...Körpələr sakit olardı Binaların həyətindəÇox uşaq,qadın olardı..Göyərçinlər uçuşardı Qorxusuzca səmasındaBağrımızın başı imişBizim bu haqq davasında.Gəncənin dərdi yoxmuş,Xəbərsizdi gələcəkdənGözəlliklə tanıdırdıVə gurultu qopdu bərkdən...Gəncənin dərdi yoxmuşbu günəcən...Bağrında qopdu dəhşətlər,Qana bələndi neçə can.Ata tapmadı balasın,cansız cismin qucaqlasınMələklər tutubdu yasınYer ağlasın, göy ağlasın!Kitabları oxunmamışKitabları cırıq-cırıqOyuncaqlar sahibsizdiBələyində günahsız canAnanın laylası susmuşDeyən yox balama qurban.Gəncənin dərdi yoxmuşDərd gəlibdi yığın-yığın,Körpə ruhlar sızıldayırCismimdən torpağı yığın!Nalələr çıxıbdı ərşə,Susdurmayaq hirsimizi!Qisas üçün qəzəb gərəkAllah kəssin səbrimizi!Odumuzdan alovlanıbbir yumruğa dönməliyik!Bölüşdürək Gəncə dərdinQisası alınanacanBİZ HAMIMIZ GƏNCƏLİYİK!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.