SEVDA MIKAYILOVA (1953) Ədəbiyyat » Müsabiqə 1 Nisan Mikayılova Sevda Xası qızı - 1953-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. İbtidai təhsilini Bakının Əzizbəyov (indiki Xəzər) rayonundakı 237 saylı məktəbdə, orta təhsilini isə həmin rayondakı 181 saylı məktəbdə alıb. 1970-ci ildə orta məktəbi tərifnamə ilə bitirib. Həmin il SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnsitutunun (indiki Azərbaycan Dövlər Dillər Universitetinin) Avropa dilləri fakultəsinin İngilis dili şöbəsinə daxil olub və 1974-cü ildə ali təhsilini müvəffəqiyyətlə bitirib və təyinatla Mingəçevir şəhərində müəllim kimi pedaqoji fəaliyyətinə başlayıb. Hazırda Mingəçevir Dövlət Universitetinin Xarici Dillər kafedrasının baş müəllimidir.Bir neçə elmi məqalənin, dərs vəsaitinin, tədris proqramının müəllifidir.45 illik pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub.Ailəlidir: 3 övladı, 5 nəvəsi var.Sevda xanım müəllimlik fəaliyyətilə bərabər, bədii yaradıcılıqla da məşqul olur. Hələ uşaq yaşlarında yazdığı şeirləri “Azərbaycan pioneri” qəzetində dərc edilib. Tələbəlik illərində yazdığı şeirlərilə respublika mətbuatında çıxış edib. Daha sonralar isə Mingəçevirdəki “Kür” ədəbi məclisinin fəal üzvü olub, “Mingəçevir işıqları “ qəzetinin ictimai müxbiri kimi fəaliyyət göstərib.İndi də müntəzəm olaraq respublika mətbuatında şeir və məqalələri ilə çıxış edir.“Konül sarayım” (2016), “Könül duyğularım” (2017), “Nəğməli dünyam” (2018), “Kişilər ağlayanda” (2018) və “Həsrət küləyi” (2021) adlı 5 şeirlər kitabının müəllifidirSevda xanımın şeirləri həmçinin respublikamızın müxtəlif ədəbi almanaxlarında, məcmuələrində, qəzet və jurnalarında, o cümlədən “Aşıq Pəri məclisinin inciləri”, “Uzaqdan gələn səs”, “Türk ədəbi antalogiyası”nda, “Buta” ədəbi almanaxında, “Poeziya çələngi” ədəbi məcmuəsində, “Yurd” jurnalında, “Şərqin səsi”, “Ziya”, “Elm və təhsil” qəzetlərində, “ZiM.Az” və “Zirve.info” saytlarında da dərc olunub.Sevda Xası qızı “Qızıl qələm”, “X.Rza Ulutürk” və “M.Araz” media mükafatları laureatı və Azərbaycanın Fəxri ziyalısıdır.Hazırda Sevda xanım elmi-pedaqoji və ədəbi fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. Biz də hörmətli Sevda xanıma uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də, elmi-pedaqoji fəaliyyətində və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.Püstə RƏVAN,ZiM.AzMƏHƏBBƏT BAYATILARI Əllərini ver mənə,Söz gəlir sinə-sinə,Demərəm özgəsinə,Bax gözümün içinə.Qəlbimdə yuva qurdun,Daim qarşımda durdun.Sən bir kitab imişsən Mən səni oxuyurdum.Titrəyirəm, əsirəmSanki sənə əsirəm.Səndən ruhumu alıbGörməyə tələsirəm.Sən olmasan neylərəm,Ahu fəqan eylərəm.Qocalaram, ölərəmSənsiz ömrü neynərəm.Sən məhəbbətin acı,Mən də sevginin tacı.Ömrün uzun yolunda,Olduq eşqin möhtacı.HEÇ BİLİRSƏN MƏN KİMƏM?Heç bilirsən mən kiməm?Tarm çəkiımiş siməm.Elə bəndəm bir himə Yağışımı mən tökəm.Heç bilirsən mən kiməm?Göydə bərq verən günəş.Yandırıb-yaxan atəş,Bir də ki sönən küləş.Heç bilirsən mən kiməm?Yolunda can verənin.Canından çox sevənin,"Qurban olum"deyənin.Heç bilirsən mən kiməm?Həsrətindən yananın.Səni həyat sananın,Sənə qurban olanın.Heç bilirsən mən kiməm?Vüsalına tələsən,Sevginçün tir-tir əsən,Ölsə, sən neyniyərsən?Heç bilirsən mən kiməm?Gülüşəm dodağında.Gəzirəm sorağında,Nəğməyəm qulağında.Heç bilirsən mən kiməm?Allah verən bir payam.Aşıb-daşan bir çayam,Sən söykənən qayayam.ÇƏKGİNƏNƏgər sən şəklimi çəkmək istəsən,Gözümün içində səni çəkginən,Qəlbimdə qövr edən çəni çəkginən,Eşqindən qaynayan dəmi çəkginən.Əgər sən şəklimi çəkmək istəsən,Sazağımı-dumanımı çəkginən,Ürəyimdən keçən anı çəkginən,Səninçün can verən canı çəkginən.Əgər sən şəklimi çəkmək istəsən,Gözümdə görüb özünü çəkginən,Demədiyim hər sözümü çəkginən,Əzabımı-dözümümü çəkginən.YAMAN KÖNLÜMƏ DÜŞMÜSƏNBaşıma düşmüsən, yaman düşmüsən,Nə yaman qocalıb haldan düşmüsən?Yoxsa səni məhəbbətin qocaldıb?Borana düşmüsən, qara düşmüsən?!Məhəbbətin acısı da şirindir,Həsrəti at, gəl bu qəlbi sevindir.Könlümə vurduğun yara irindir,Yaman yadıma düşmüsən, düşmüsən.QISQANAN YARIM Məni şeirimə də qısqanan yarım,Ürəyim sənindir, əhdim-ilqarım.Bil ki,sən olmasan yaza bilmərəm,Sənsən ömür nəğməm, həyatım-varım.Məni şeirimə də qısqanan yarım,Yazdığım hər sətir, hər söz sənindir.O şeirə verilən alqış sənindir,Mənə ilham verən o göz sənindir.Məni şeirimə də qısqanan yarım,Eşqindən coşuram, ilham alıramŞirin sözlərindən min kam alıram,Şeirimə can verib min can alıram.SEVƏNİMEşqindən doya bilməm, ürəyim dağa dönür,Sən olmayan həyatı neynirəm, nurum sönür,Həsərtindən bu könlüm əriyib müma dönürAy məni özü bilib, özü kimi sevənim,Gözünün nuru bilib gözü kimi sevənim.Səsini eşidəndə nəfəsimi alıram,Özümü itirirəm, elə səssiz qalıram,Sənin hər bir sözünü mən içimə salıram,Ay mənə can verənim, öz canı tək sevənim,Özünə canan bilib cananı tək sevənim.Gözünə baxa bilməm, dilim tutulur birdən,Boğazım da quruyur, başım çıxmır bu sirdən,Gülüşünü eşidib ayılıram qəfildənAy məni həyat bilib həyatı tək sevənim,Könlümə dünya verib dünyası tək sevənim.Darıxıram səninçün, ipə-sapa yatmıram,Gecələr xəyalınla yuxularda, yatmıram,Mən eşqi əyləncəyə, nə həvəsə satmıram,Ay mənə nəfəs verib nəfəsi tək sevənim,Eşqimdən dəli olub, dəli kimi sevənim.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.