Səidə Əşrəfqızı: "TUT ƏLİMDƏN GEDƏK NURLU SABAHA" Ədəbiyyat » Müsabiqə 13 Nisan Səidə Əşrəf qızı - 1961-ci ildə Tərtər rayonun Hüsənli kəndində anadan olub. 1988-ci ildə M.A.Əliyev adina Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini) bitirib.Bir müddət öz kəndlərində klubun müdiri işləyib.Hazirda Səid Rüstəmov adına Uşaq Musiqi Məktəbində musiqi müəllimi işləyir.Gənclik illərindən bədii yaradıcılıqla da məşqul olur.Vətənimizi, Qarabağımızı tərənnüm eləyən bir çox şeirlər və poemalar yazmışdır. Şeirləri "Zirvə", "Ləlvər dağı", "Şah dağı" poeziya antologiyalarında, həmçinin, "Canım Azərbaycanım", "Sazil-sözlü Borçalı","Poeziya çələngi" və "Buta" ədəbi məcmuələrində, "Şərqin səsi", "Ziya", "Elm və təhsil" qəzetlərində, eləcə də, "ZiM.Az", "Zirve.info", "Borcali.org" saytlarında dərc olunub."Dönük Tale" və "Qarabağim həsrətindən yandı bağrım" kitablarının müəlifidir. "Müğənni qız" öz poemasında həyat həqiqətlərini, uğursuz taleyini bədii obrazlarla qələmə alıb. Ona görə də müəllifin bu əsəri oxucuların dərin rəğbətini qazanıb.Biz də Səidə xanıma şəxsi həyatında, pedaqoji fəaliyyətində, eləcə də, bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzQƏHRƏMAN ŞƏHƏRİM TƏRTƏR Sinəmə tuşlanır hər axşam-səhərBaşına od kimi yağır güllələr.Raket zərbəsindən dağılır şəhərHər bir əzablara dözürsən, Tərtər!Evləri uçulur, yanıb kül olur,Mənfur ermənini xisləti budurO dinc sakinlərə divanlar tuturTorpaqdan bir qarış vermirsən, Tərtər!Düşmən gülləsinə daim tuş gəldinYurdundan nə qədər şəhidlər verdin.Fəqət düşmənlərə sən əyilmədinHər zaman qəhrəman şəhərsən, Tərtər!Sənin vəzir kimi oğlun olubduDüşmənə hər zaman qan uddurubduTorpağı yolunda şəhid olubdu.Darıxma sən qalib gələrsən, Tərtər!Gözlərin çox aydın yurdun alındı“Suqovuşan” bəndləri artıq xalqındır.Xalqım su üzünə həsrət qalıbdırDarıxma, sən qalib gələrsən, Tərtər!Qarabağ torpağı o gözəl məkan!Yağı tapdağında inlədi hər anQisaslar alınır çatdı o zaman!Hər zaman qəhrəman şəhərsən, Tərtər!Başının üstündə əyləşdi yağıKəlbəcər yolların qalmışdı bağlıUzun illər qaldın sinəsi dağlıHər zaman qəhrəman şəhərsən, Tərtər!Başından çəkilər o çiskin duman!Yağılar bağrında tökməyəcək qan!Xalqın yaşayacaq azad, firavanSəm mənim, hər zaman fəxrimsən, Tərtər!Gecə də, gündüz də, çox narahatamSəni azad görsəm, mən də şad ollamMənim ana yurdum, doğma el-obamSən mənim hər zaman fəxrimsən, Tərtər!16 oktyabr, 2020MƏSUM KÖRPƏLƏRİN GÜNAHI NƏYDİ?!Gecə öz evində yatan insanlarNahaqdan başına yağır bombalar!Evləri dağılır məhv olurlarMəsum körpələrin günahı nəydi?!Ana qucağında o yatmalıykənO körpə torpağa qərq oldu nədən?!Düşmənlər əl çəkmir öz xislətindən?Məsum körpələrin günahı nəydi?!Dünyadan bixəbər, o körpə uşaq...Öz oyuncağıyla oynayır ancaq.Nə bilsin o gecə qana batacaq!Məsum körpələrin günahı nəydi!Evləri dağılan məhv oldu tamam!Soyqırım hələ də, eyləyir davam!Baxdıqca qəlbimdə çox dağlanıram!Məsum körpələrin günahı nəydi!Nə qədər arzular yarımçıq qaldı!Tələbə qızımız təhsil alırdı!Düşmən hər istəyin əlindən aldı!Məsum körpələrin günahı nəydi!Bərdə yaraşıqlı gözəl bir səhər,Bağrına tuşlanır raket zərbələrXalqını qanına qəltan etdilər!Məsum körpələrin günahı nəydi?!Dağılır evləri yanıb kül olur!Şəhərin tüstüsü göyə sovrulur!Millətim heç nədən, axı məhv olur!Məsum körpələrin günahı nəydi?!Dünya ölkələri hələ də susurBu haqq səsimizə ancaq göz yumurAzğın erməniyə qadağa qoymurMəsum körpələrin günahı nəydi?!Qələbə gününü gözləyirik biz!Yurdumdan yox olsun düşmənlərimizHeç vaxt məhv olmasın körpələrimizMəsum körpələrin günahı nəydi?!2 noyabr, 2020 QİSASINI DÜŞMƏNDƏN AL, ƏSGƏRLƏRİM!Ermənilər xain, çirkin millətdiTorpağı zor ilə ələ keçirtdiYurdumda amansız, çox qəsdlər etdiİndi çatıb məqam, sən vermə aman!Əsgərlər, qisas alın düşməndən.İgid Koroğlunun nəslindənik bizQorxmadan döyüşən igidlərimiz!Qarşında diz çökən düşmənlərimizİndi çatıb məqam, sən vermə aman!Əsgərlər, qisas alın düşməndən.Xocalı qısası sinədə dağdı,“Soyqırım” edərək xalqımı qırdı.“O qisas” düşməndə qalmayacaqdıİndi çatıb məqam, sən vermə aman!Əsgərlər, qisas alın düşməndən.Bunu tələb edir sizdən öz yurdumYağılar əlində deyir məhv oldum.Hanı Babək kimi qeyrətli oğlum?!İndi çatıb məqam, sən vermə aman!Əsgərlər, qisas alın düşməndən.Torpaq üçün canın verən şəhidlərBunu sizdən hər vaxt tələb edirlərÖz yurdunu azad görmək istərlərİndi çatıb məqam, sən vermə aman!Əsgərlər, qisas alın düşməndən.Yurdumdan kəsilsin düşmənin əliOnlar qanımızı içən bir zəliHaydı igidlərim, haydı irəliİndi çatıb məqam, sən vermə aman!Əsgərlər, qisas alın düşməndən.Məhv eləyin qırın, kəsilsin kökü,İnsanlıqdan məhrum şərəfsiz tülküÖmrü boyu qırıb biz ulu türküİndi çatıb məqam, sən vermə aman!Əsgərlər, qisas alın düşməndən.Qarabağ torpağı azad olacaqYurdunda bayrağı dalğalanacaq!Yenə əvvəlkitək şad yaşayacaqİndi çatıb məqam, sən vermə aman!Əsgərlər, qisas alın düşmandan. NİYƏ TALEHİMİZ YAZILDI BELƏ?Tərtər rayonunun Hüsənli kəndinin şəhidi Eşqin Hüseynovun əziz xatirəsinə ithaf edirəm.Əhd-peyman bağlayıb, axı and içdikBir-birimizi necə sevirdik?!Bilmirəm, nəzərə, gözəmə gəldik?!Niyə talehimiz yazıldı belə?!Nişan xonçaları əllərdə qaldıSizdən bizə gələn yollar bağlandı.Arzular, istəklər gözlərdə qaldı!Niyə talehimiz yazıldı belə?!Gəlin paltarını geyib əyniməGəlin köçəcəkdim mən Eşqingilə...Yetişə bilmədim bu xoş əhdimə,Niyə talehimiz yazıldı belə?!Gəlinlik fatası əlimdə qaldı,Bir anın içində dava başladı.Müharibə səni əlimdən aldı,Niyə talehimiz yazıldı belə?!Eşqin hərbçiydi getdi döyüşə,Vətənini hədsiz sevib həmişə.O mənə ümidlər verirdi necə...Niyə talehimiz yazıldı belə?!Elə igidliklə o vuruşurduQələbə çaldıqca qürur duyurduOnun ürəyində arzusu çoxdu...Niyə talehimiz yazıldı belə?!Deyirdi ki, gözlə mən gələcəyəm...Sənə təm-təraqlı toy edəcəyəm.Sanırdım xoş günə yetişəcəyəmNiyə talehimiz yazıldı belə?!Eşqin şəhid olub bir gün dedilər,Kaş yalan olaydı dedim bu xəbər.Öz dünyam gözümdə söndü nə qədərNiyə talehimiz yazıldı belə?!Arzular gözümdə oldular pərənVətəni hər şeydən əziz bildin sən!İndi şəhid kimi zirvələrdəsənNiyə talehimiz yazıldı belə?!El-oba yığışdı gəldi yasınaBüründün Vətənin al bayrağınaSandım ki, gedirsən bəy otağınaNiyə talehimiz yazıldı belə?!Gözlərim axtarır səni gəzirəmBir əsgər görəndə çox diksinirəmBütün ömür boyu gözləyəcəyəmNiyə talehimiz yazıldı belə?!26.02.21 GÖZLƏRİM AXTARIR, SƏNİ AY ANAMİllər nə yaman sürətlə ötdü,Sənin bu dünyadan köçdüyün gündü,O vaxtdan qəlbimi qəmlər bürüdü,Gözlərim axtarır, səni ay anam!O vaxtdan həsrətəm xoş nəfəsinəBizə söylədiyin can kəlməsinəKaş o sözü yenə deyəsən mənə!Gözlərim axtarır, səni ay anam!Bircə yol qapımdan girib içəriDünyada verərdin mənə nələriSanki qaytarardın sənli günləriGözlərim axtarır səni ay anam!Dilim qabar oldu, ana deməkdənGül kimi saraldım, xiffət çəkməkdən.Dünyada doymadım, ay anam səndənGözlərim axtarır səni ay anam!Gedib məzarınla durub təkbətəkSəssiz boylanıram yetim uşaq təkElə istəyirəm sənlə dərdləşməkGözlərim axtarır səni ay anam!Doyunca üzünü görə bilmədim,Bağrına sığınıb əzizlənmədimMən ağlım kəsəndən səni görmədimGözlərim axtarır səni ay anam!Küskün taleyim çox məni incitdiAnasız yaşamaq, axı çətindiSinəmə yığmışam dərdi, möhnəti,Gözlərim axtarır səni ay anam!10.02.21 TUT ƏLİMDƏN GEDƏK NURLU SABAHA Elə narın-narın həzin qar yağır,Xəyalım keçmişə məni aparırTutaydıq əl-ələ yenə ikimizBu qarlı havada gəzişəydik biz!Qarı yumurlayıb ataydım sənəSən də qartopunu vuraydın mənə.Qaçaydım sən məni gəlib tutaydınMəni öz köksünə bərk-bərk sıxaydın.Şaxtalı havada o od nəfəsinMəni isidəydi, biz təbiətinGözəl aləmində bihuş olaydıq,Üz-üzə, göz-gözə durub baxaydıq.Nə şaxta, nə soyuq üşütməz bizi,Heç nə qıra bilməz, saf sevgimiziElə sığınmışam, sənin bağrınaSanki mən qalxmışam, göyün qatına.Ulduzlar, bərq vurur, dörd bir yanımda,Ayın, ulduzların kainatındaNecə xoşbəxtəm bu cür halımlaMən səni sevirəm, xoş varlığımla.Gəzinək səninlə səhər qədərBəlkə, həsrətlərim yox olub itərMən səni əlimdən vermərəm dahTut əlimdən gedək nurlu sabaha.Keçmişdən bu günə yolları aşaqSədləri adlayıb xoşbəxt yaşayaqNə qüssə, nə kədər tapmasın biziBir də itirməyək bir-birimizi.Tut əlimdən gedək nurlu sabahaQəlbim od içində alışmaz dahaBu qarlı, şaxtalı, soyuq havadaTək-tənha qalmayım, gəl yetiş dada.25.02.21 “XOCALI CƏNGAVƏRİ ƏLİF HACIYEV” (Poemadan bir hissə)Azərbaycanın Milli qəhrəmanı Əlif Hacıyevin xatirəsinə həsr edirəmSoyuq qış axşamı, fevral ayıydıÇoxlu qar yağmışdı, hava şaxtaydıDüşmənlər hücuma, davaya qalxdıToplar guruldayır birbaşa alırŞəhər od içində alışıb yanır.Tanklar, beteyirlər bərk hücumdadırTüstünün alovu göylərə qalxır.İnsanlar yuxudan durub qaçacaqHaraya getsinlər bilmirlər ancaqƏlif əmr elədi geri çəkilək.Əliyalın xalqı xilas eləyək.Hər tərəf bağlıdır bircə yol dururSarı qayalıqdan bu çay yoludurƏli yalın xalqım çayı yararaq.Meşəliyə doğru qaçırdı ancaq.Soyuqda, şaxtada çoxu donmuşdu.Erməni qarşıda pusku qurmuşdu.Səngərlərə dolub xalqı gözləyir.Ora çatanları qırıb məhv edir!Əlifin dəstəsi igid oğullar,Bu yerdə xalqını çox qorudular.Döyüşə-döyüşə xalqı çıxarır.Özünü alova, atəşə atır...Döyüşür son damla qanına kimi.Qoy Tanrı qorusun igidlərimi.Əlifin qarşısın kəsib gavurlar!Olsaydı əlində güclü silahlar!Bütün ermənin kökün kəsərdiNamərdlər Əlifə aman vermədi.Qəzəblə kükrəyir bilmir neyləsin!Millətini necə xilas eyləsin!Vuruşur-vuruşur ara verməyir.Güllələr Əlifin üstünə gəlir.Gülləsi az qalıb artıq qurtarır.Düşmənlər Əlifi hədəfə alır.Şütüyür güllələr şaraqhaşaraq.Namərdlər Əlifi nişan alaraq.Onu ürəyindən yaraladılar.Döyüş yoldaşları ona çatdılar.Xalqı başsız qoyub, getmə ay Əlif.Hamı ümidini tək sənə dikib.Xocalı cəngavəri belə tez ölmə!Namərd qarşısında qəddini əymə!Axı, sən gərəksən bu gün vətənə.Qırılan, məhv olan bir millətinə!Qalx ayağa, Əlif, gözlərini aç.Yoxsa Xocalımız tam məhv olacaq!Əlif gözlərini tamam yumaraq,Əbədi həyatla o vidalaşar.Bu itki xalqımı yaman ağrıtdı:Elin igid oğlu heyflər sənəDüşmən zərbə vuran cavan ömrünə!Hay verdin vətənin hər vaxt səsinə.Vətən qiymətliydi canından sənə.Yerin torpağı da Əlifə yanır.Onun bu ölümü xalqına dağdır!Əliftək qeyrətli igid oğlanlar.Düşmənin qarşısın almasaydılar,Sağ çıxan olmazdı o cür qırğından:O gün xalqım üçün təhlükəli anSinəsin qabağa verən oğullar!Qanıyla bir şanlı tarix yazdılar!26.02.2021ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.