Doğum gününüz mübarək, hörmətli Hökümə ARZUQIZI!.. Ədəbiyyat » Müsabiqə 8 Haziran TƏBRİK EDİRİK!..Bu gün - iyinun 8-i "Borçalı" nəşriyyatının şöbə müdiri, eyni zamanda, "ZiM.Az" və "Zirve.info" saytlarının, eləcə də, "Şərqin səsi" qəzetinin xüsusi müxbiri, istedadlı qələm dostumuz, dəyərli həmkarımız,səmimi və mehriban iş yoldaşımız,tanınmış şairə-jurnalist, "Abdulla Şaiq", "Qızıl qələm" və "Zirvə" mükafatları laureatı, hörmətli Hökümə Arzunun doğum günüdür.Çox hörmətli Hökümə xanımı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də, şərəfli əmək və aktiv ictimai fəaliyyətində, həmçinin, ədəbi-bədii yaradıclığında yeni-yeni uğurlar arzulayırıq!.. Hökümə Arzu qızı Bayramova - 08 iyun 1996-ci ildə Bakı şəhərində dünyaya göz açıb.2003-cü ildə Bakının Binəqədi rayonundakı Qorxmaz Baxşıyev adına 179 sayli tam orta məktəbə daxil olub.2012-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib və elə həmin ildə də Bakı Humanitar Kollecinə - bədii yaradıcılıq ixtisasına qəbul olub.2016-ci ildə isə həmin Kolleci uğurla bitirib. 2016-2017-ci illərdə Qaravəlli xalq teatrında rejissor işləyib. Sonra başqa sahələrdə çalışıb.2021-ci ilin martından "Borçalı" nəşriyyatında çalışır.Hazırda şöbə müdiridir.Hökümə Arzu qızı hələ orta məktəbdə oxuduğu illərdən həm də bədii yaradıcılıqla da məşqul olur.Şeirləri və publisistik məqalələri "ZiM.Az", "Zirve.info", "Borcali.org" saytlarında"Şərqin səsi", "Ziya", "Elm vəTəhsil" qəzetlərində,"Buta", "Rəvan", "Canım Azərbaycanım","Sazlı-sözlü Borçalı" ədəbi məcmulərində,"Zirvə" və "Poeziya çələngi" antologiyalarındadərc olunub."Abdulla Şaiq", "Qızıl qələm" və "Zirvə" mükafatları laureatıdır.Biz də bir daha Hökümə Arzuqızına yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.Müşfiq BORÇALI,ZiM.Az İlLK GÖRÜŞÜMÜZSanki dünən idi tanışlığımız,Bir şübhə qorxuyla biz tanış olduq.Göydən bir cəzaydi ayriligimiz,Həsrətlə hicranla biz qarşılaşdıq.Görən kim atacaq bu ilk addımı?!Sən məni gözlədin mən isə səni.Unutduq genc ikən eşqin dadınıBeləcə dəfn etdik qəlbdə sevgini.Nece ki sən məni tez unutmusanMənədə azacıq vaxt ver unudum.Başqa bir sevdanın yolun tutmusanQoy alt-üst eyləyən eşqi unudum.Unudum deyirəm unudammiramHələdə sevirəm eşqi danmıram.Bir şeyi başımdan heç qovammiramMənə vaxt versende necə unudum?!SEVMİRƏM DAHAƏlimdə qələmim öndə kağızımHeç biri tab etməz məndəki aha!Qəlbi anlatmaq üçün daha nə yazım?Bircə söz verdim ki sevmerem daha.Verdim ürəyimi sən insafsiza,Eşqindən donenə bir vəfasiza,Sevgisiz yasamaram lap rahatsizsa,Sevmərəm heç zaman sevmərəm daha.Səadət axtardım bu sevdede mənGör nələr çəkmişəm nece ildə mənSən demə sevmişem sevilmeden mənSevmərəm heç zaman sevmərəm daha.Günah səndə deyil günah məndədirDünyanı tərs görən aşiq ureyimdediOturub durmaram daha sözünləSəvmərəm heç zaman sevmərəm daha.İstərdim sevilmək sevincim duyum,Bu şirin nağılda uyuyum,Gərək innən belə qəlbi qoruyum,Sevmərəm heç zaman sevmərəm daha.Bu SEVDASəni düşünmədən günlərim bitməz,Artıq xəyallarda dadıma yetməz.Nə qədər qovsam da qəlbimdən getməz,Köç salıb qəlbimdə yatıb bu sevda.Gör nə qədər zülmə dözdüm yolunda,Sevərkən adətdir yaş göz islada.Göz yaşım sonunda döndü dəryaya,Dəryada inci tək batıb bu sevda.Görürəm ki, artıq mənə soyuqsan,Nə vaxtacan məndən gen duracaqsan,Daha yaxın deyil çox çox uzaqsan,Məni başqasına satıb bu sevda.Sanma nə zamansa özgə sevgiylə,Yaralı qəlbimi ovuda billəmYaddaşım ömürlük pozulsa beləÇətinki mən səni unuda billəm.HƏYATHəyatın özündə sınadın məni,Demə bahar idim indisə qişam.Yaxşı ki sonradan tanıdım səni,Yaxşı ki ömürlük aldanmamisam.Ürəyim ağlayır gözüm gulməyirÜrəyim qəm kədər qəlbim sevməyirNə üçün insanları qəlbim seçmeyir Nəyimə gərəkdir artıq yaşamaq.Sən getdin gözlərim heçde gulmeyirBaşqa gözəllər qəlbim sevmeyirXatirən gözümden bir an getmeyirNə edimki gülüm sevmədin məni.SEVİRƏM DEDİMFikirli olanda dalğın olandaMəni ozunden de tez anlayırsanGözlərim güləndə qəlbim güləndəÖzünü dünyada xoşbəxt sayırsan.Bilirəm gözlərin nə deyir mənəQəlbindən keçəni oxuyuram mənHaqqın var güləsən düşdüyüm günəŞirin sözlərinə çox uyuram mən.Gözüm gördü səni könlümsə sevdiKaş ki bu gözlərim görməz olaydıDilim qurumadi sevirəm dedimKaş ki bu dilim dinməz olaydı. GETSənli günlərimə əlvida dedim Qəlbim üzüldü sənə get dedimAxı niyə mən bunu etdim? Özüm öz əlimlə bizi yox etdim.İndi nə edim bilmirəm özümQəlbim ağlayır gülməyir üzümSəndən qeyrisini görməyir gözüm Sənə get dedim deməz olaydım.Sevgimi qəlbimdə gizləmişəm mənSənli xəyallar çox qurmuşam mən Səninlə qəlbimi incitmişəm mən Sənə get dedim deməz olaydım.Sevgi nədir səndə bilmişəm Səninlə ağlayıb sənlə gülmüşəmSevgimizi ayrılığa mən gətirmişəmSənə get dedim deməz olaydım.ƏLVİDA(Şəhid Şahmar Soltanlının adına həsr etdiyim şeirim.)Ş-eirlər yazılır igidlər haqqda A-lıbdır canımı torpaq bu yolda H-ər zaman yaşaram mən xəyallarda M-ən unudulmaram, qalaram yaddaA-llahın rəhməti olar onlarda R-uhumuz şad olsun sizə əlvida...ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.