Cavidan: "TANIŞ OLAQ, BU MƏNƏM!" Müsabiqə, Qarayazı 20 Nisan Cavidan 7 şeir kitabi, 1 sözlərinə bəstələnmiş mahnilardan ibarət diskin müəllifidir. Sözlərinə yüzə yaxin mahnilar bəstələnmiş, mahnilari dəfələrlə müsabiqələrdə qalib olmuşdur. Mahnilari Rəşidə Behbudova, Nazpəri Dostəliyeva, Sevda Və Emma Ələkbərzadələr, Nuri Sərinləndirici, Zamiq Hüseynov, Nura Suri, Rəqsanə Ismayilova, Xatirə Islam, Ruhəngiz Allahverdiyeva, Xuraman Şuşali, İlhamə Qasimova, Aysun Ismayilova, Xatun, Samir Bağirov, Samir Cavadzadə və s. Taninmiş müğənnilər tərəfindən ifa edilmişdir. Mahnilari dəfələrlə “v&v company” tərəfindən keçirilən “İlin mahnisi” nominasiyasi üzrə qalib olmuşdur. Əsərləri türk, rus, ingilis, fars, gürcü dillərinə tərcümə olunmuşdur. Ədəbiyyata xalq şairi zəlimxan yaqub, xalq şairi nəriman həsənzadə və unudulmaz şairimiz nurəngiz günün xeyir-duasi ilə gəlmişdir. 2009-cu ildə Yeni Azərbaycan Partiyasi tərəfindən bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş, Binəqədi rayonu Binəqədi bələdiyyəsinə üzv seçilmiş, “Gənclər, idman və turizm məsələləri daimi komissiyasi”nin sədr müavini vəzifəsində çalişmişdir. Azərbaycan Yaziçilar Birliyinin üzvü, prezident mükafatçisidir.TANIŞ OLAQ, BU MƏNƏM!Hisslərimdən... utanmıram!..Eşq... nifrət... ehtiras... – Bu mənəm!.. Gizlətmirəm heç nəyimi!Birdir üzüm, astarım!“Nəsənsə, o cür də ol!” – budur mənim şüarım...Mən yalanı sevmirəm!Qəşəng, şirin yalandan yüz min dəfə yaxşıdır çirkin, acı həqiqət!Məni qəzəbləndirir üzəvari ibadət, üzəvari itaət!Gizlətmirəm tərzi-həyatımı, fikrimi, sözümü...Barama qozasında gizlənmiş tırtıl kimi gizlətmirəm özümü!Mən su kimi şırıl-şırıl axıram, cığırıma düşmən daşı dolsa da!Mən günəşin düz üzünə baxıram parıltısı gözlərimi yolsa da!Külək kimi əsirəm, yarpaq kimi əsmirəm!Mən təklikdən qorxmuram, – taleyimdən küsmürəm!..Döyüşkəndir, dəyişkəndir içimdəki duyğular! – Dörd fəsiləm: baharım var... yayım var... payızım var... qışım var...Aşinamdır poeziya və şərab...Məhəbbətdir fəlsəfəm! – Bu mənəm!.. DALĞALARSevgilim, küləklə çarpışır dəniz,dalğalar qıvrılır saçların kimi.Gəzirəm sahili fikirli, sənsiz,sevgimin bu küskün, bu məlul dəmi...Sevgilim, yadıma düşürsən yenə:havada oynadır saçını külək,açıb qollarını qaçdıqca mənə,elə bil, uçursan bir qağayıtək.Səni qucaqlayıb, sıxıb sinəmə,saçını doyunca qoxlayıram mən.Sarmaşıq qollarım sarılıb sənə,buraxmaq istəmir səni sinəmdən.Sonra ayaqyalın, verib əl-ələ,dəniz sahilini gəzirik qoşa.Dəniz dalğalanır, xəyallar iləonu seyr edirik verib baş-başa...İndi sənsiz-sənsiz xəyala dalır,könlüm bu sahildə axtarır səni...Elə bil, dalğalar yadıma salırsularda qərq olan gülüşlərini.Sənin yoxluğunun səssizliyindənecə qərib gəlir mənə dalğalar.Dəniz sahilinin sənsizliyindəindi bir mən varam, bir də külək var.Bu eşqdən yadigar nə qoyduq ki biz?.. – Bu eşqin quruca nəfəsi vardı.Qalmışdı sahildə qoşa izimiz,onu da dalğalar yuyub apardı...ÖLƏNMİ YAZIQDIR, QALANMI YAZIQ?!..Get-gedə seyrəlir sıramız bizim,bir ovuc qalmışıq... nə yaman azıq!..Soruşaq dünyadan bəlkə, əzizim,ölənmi yazıqdır, qalanmı yazıq?..Ömrün əvvəlində çiçəkli bahar,ömrün axırında qışıq, ayazıq.Hamının dünyadan gedən günü var!..Ölənmi yazıqdır, qalanmı yazıq?!..Allahın işindən baş açammırıq,biz Onun yanında xeyli dayazıq.Ölümdən qorxuruq, amma qanmırıqölənmi yazıqdır, qalanmı yazıq?!..SOKRATIN XƏLƏFİ(elegiya)(Zati-möhtərəm dədəm Camal Vəli bəy oğlu Mustafayevin unudulmaz xatirəsinə...)Öldü... Sokratın xələfi, –o qocaman, pirani zat!..Sonuncu mogikan təkiöldürdü onu da... həyat!..Soyuq, qaranqu bir gecəruhu uçdu bədənindən...gözlərimin önündəcə!..QURTULUŞ!..Yumdu büllur gözlərini, –daha görmək istəmədibu yalan-palan dünyanı...iyrənc buqələmunları...Nifrət etdi!..Nifrin etdi!..Lənətlədi!..Karvanını çəkib getdi...getdi Süd Yolu boyunca...aşdı kəhkəşanları...getdi... o işıq adam,nur yolunun yolçusu...Növi-bəşər deyildi sanki, Xudam!..Bu dünyanın ən qərib,ən qəraib insanı.Fəza idi vətəni...hə, fəza...bütün fəza!..Bu dünya – yekparə daş,osa eynən Prometey, –zəncirlənmişdi...CƏZA!..O, –ən qədim əsatir...ən üsyankar həqiqət...Gözləri – teyxa düşüncə...İdrakı başqa aləm!..O, –xeyir təcəssümü...vicdan mücəssəməsi...Allahın sufi dostu...Dimağı dərya dədəm!..KİŞİ SEVƏNDƏ ÖLÜR...Çiçək solanda ölür,balıq susuz qalanda...Ulduz sönəndə ölür,yağış kəsdiyi anda...Kişi sevəndə ölür,qadın unudulanda...ELEGİYA(Sevgili böyükannəm Nanə xanımın ruhuna ithafən...)Zaman tələskəndir, qəddardır zaman, –nə etsən, o illər qayıtmaz geri!..Uçdu göyərçintək ovuclarımdanömrümün ən xoşbəxt, ən xoş illəri!..Ötənlər, keçənlər düşür yadıma,bəzən pərt oluram, bəzən peşiman!..Uzaq xatirələr yetmir dadımagözüm o illəri axtaran zaman!..Bir qadın var idi dünyada bir vaxt,saçı qarlı idi, qucağı isti.Mənimçün dünyada ən uca bir taxt,ən əziz bir yerdi dizinin üstü.Başımı qoyanda onun dizinəolurdum bəxtəvər, əziz-ərköyün...Kaş ki, bir ləhzəlik, bir anlıq yenəkeçmişə qayıtmaq olaydı mümkün!..Keçmişə qayıtmaq olsaydı, nə qəm!..Fəqət bu sadəcə quru xəyaldı!..Mənim nurieynim, mehriban nənəm,bu dünya səni də əlimdən aldı!..Hardasan... bir anlıq yanına qaçım,giley-güzarımı danışım sənə!..Sənin sığalınçün darıxıb saçım,saçıma sığal çək, sığal çək yenə...Kaş görə biləydim yenidən səni,üzünə həsrətəm nəvaxtdan bəri!..Heyif, deyəmmirəm qucaqla məni,axı başdaşının yoxdur əlləri!..Zaman tələskəndir, qəddardır zaman, –nə etsən, o illər qayıtmaz geri!..Uçdu göyərçintək ovuclarımdanömrümün ən xoşbəxt, ən xoş illəri!..MƏNƏ SEVİRƏM DEMƏ!..Nə vaxtsa ayrılacaq əllərin əllərimdənağacdan qopub düşən ikicə yarpaq kimi.Nə vaxtsa sənin üçün yanacağam, gülüm, mənbir damcı suya möhtac qupquru torpaq kimi.Sən özün yanımdasan, cüt göyərçin gözlərinuçub gedib uzağa... aşiyanı bəllidir.Mənə sevirəm demə, bilirəm ki, sözlərinürəksiz və nidasız adi bir təsəllidir!ƏBƏDİ SÜBH AŞİQİ...(Görkəmli şair-publisist Nurəngiz Günün xatirəsinə...)Ah!.. O qadın –tanrıçadır qaliba!..Təcəllası bərq vurur...Gözləri –əsrarəngiz...gözləri –dərin fəza...düşüncə xeyməgahı...Didələri teyxa nur...* * *Yorğun gözləri sankiyol gəlib ta Misirinucqar qədimlərindən...papirus üzərindən...Nefertiti misalı...* * *“Dodağında təbəssüm”, beretli, kübar bayan...Simsiyah gözlərinin ipək üfüqlərindəulduz seli parlayan...küsüb getdi bu yalan,bu hoqqabaz dünyadan!..Getdi...! –Susqun bir üsyan!!!* * *Əllərini göyə açdı... GÜNƏŞƏ...qanad oldu əlləri...Ayağını yerdən üzdü...qanadlandı...uçdu... uçdu... uçdu getdi... göy üzündən o yana...* * *İndi onun məskəni –göy üzündən yuxarıyamyaşıl, büllur ŞƏHƏR...Hisarında ürkək gül salxımları.Ağacları, çiçəkləri nadidə,sakinləri bəxtəvər...Nə sürgün var, nə göz yaşı, nə hicran...nə qəriblik, nə təklik...İndi əcdadı, nəsli, istəkli adamlarıonun yan-yörəsində.Nə müqəddəs xanədan!..Sevinir, qanadlanır, –əziz-xələfdir yenə.* * *Dizlərini qucaqlayıb əyləşibakasiyalar altında.Gözləri-cüt göyərçin...uçur göylər tərəfə.Göy qübbəsi bərq vururçilçıraqlar, avizələr içində.Gülümsəyir gözləri...Nə dərin bəxtiyarlıq!..Necə dinc bir sükunət...Qırpılır kirpikləri.Ətrafında uçuşan bəmbəyaz kəpənəklər, meh əsdikcə titrəşən ətri ənbər çiçəklər, yarpaqları rəngbərəng, hündür boylu ağaclarvə “qəfəssiz bülbüllər”...ruhunu sığallayır...SƏADƏTDİR!Yuxu deyil,HƏQİQƏTDİR! İlğımlar orda qaldı...Orda...ölümdən əqdəm...Ruyində nə məşəqqət,nə üzüntü var, nə qəm...İndi o arxayındır,indi onun üzündəparıldayır təbəssüm şəfəqləri...–Allahın yanındadır!..İndi hər gün, hər səhərgünəşin saptək incətazə şəfəqlərindəngeyinir əlbəsələr. Hər səhər ehtiramlagünəşi salamlayıro şeir gözlü qadın –ƏBƏDİ SÜBH AŞİQİ...ELEGİYA(Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə...)Oh, nə güclü, nəhəng vücud! –Çiynində ərşi-fələkvə salxım-salxım kəhrəba şəfəqlər...dəryaların, dənizlərin üzərindən keçərəkgedir üzü göylərə...işıq səltənətinə!..Və şəfəqlər içində alovlanır saçları.Gedir günəşləşməyə...İgidim, hey!..Şəhidim, hey!..Əlvida...Fövqəlbəşər Mübariz!..Şanlı cəngavər!..Əlvida...Xudaya-xudavənda!Aç qoynunu, aç ona!Qəribsəyib səninçün!..Qollarını sallayıb, tək-tənhavə əliboş gedir üzü göylərə...Köksündəki güllələrdən savayı heç nə aparmır, Xudam!Uçur yan-yörəsində ağ göyərçin dəstəsi...pərqular qan içində.Gedir göylər adamı,gedir üzü göylərə...İgidim, hey!..Şəhidim, hey!..Ölümü öldürən OĞUL, – əbəda ölməyən diri!..Yaşa!....................................... Yaşa!.......................................ƏN GÜNAHSIZ FAHİŞƏGecədir...küçədəki lampaların kədərli işığındabir qadının silueti görünürvə getdikcə uzaqlaşan kabluk səsiçəkic kimi asfaltı döyəcləyir...Çiliklənir küçənin buz sükutu.Bu, odur. O...ən günahsız fahişə...istibdadın pəncəsində çırpınantül qanadlı kəpənək...iztirablı, müztərib!..Eheyy... zalım zorbalar!..Laübalı adamlar –yeriyən heykəllər,daşürəklilər!..Eheyy... maskalanmış vəhşilər,yırtıcılar,MÜQƏSSİRLƏR!..Eheyy... mənəvi fahişələr, – vicdanını, şərəfini pula satanpulpərəstlər,dünyagirlər!..Eyş və şəhvət düşkünləri, – kefçilər,tiryəkilər,tüfeylilər!..Qəhr olun!!!Sizdə vicdan nə gəzər!..Öncə onu çeynədiniz, əzdiniz, – onun bəkarətini, ismətini pozdunuz...sonra onu daşladınız,lağa qoyub güldünüz...siz, əvət siz!..Qəhr olun!!!Əcəba, zər-zibalı, forslu xanımlarınızbilirmi ÇARƏSİZLİK, ACLIQ, EHTİYAC nədir?!..Zənn etməm!Ax, nadanlar,qudurğanlar,dübbələr!..Həyat sizə əyləncə!..Həyat ona MƏŞƏQQƏT,ƏZAB,CƏFA,İŞGƏNCƏ!.. Ürəyində fırtınalar, üzündə gülüş maskası...nələr çəkir yaşamaqçün!..Eh... siz hardan biləsiniz?!Sizin üçün o sadəcəbir oyuncaq, bir əyləncə!..Onun da sizin kimiətdən, qandan ibarətbir İNSAN olduğunuunutmusunuz fəqət!“Öyüd”lər, “nəsihət”lər,qınamalar, söyüşlər...şillə kimi sifətinə çırpılankinayəli gülüşlər...Off! Həqarət... həqarət!..İnsanı ruhən əzmək –ən dəhşətli CİNAYƏT!.. Hamı “Allah adamı”,hamı “səhvsiz”, “günahsız”...bircə odur müqəssir?!.....İyrənin, nifrət edin,hətta tüpürün ona...Sizi görsəydi yəqinqəhqəhəylə gülərdiMariya Maqdalena.1 1 Mariya Maqdalena – İsa peyəmbərin sədaqətli davamçısı, xristianlıqda müqəddəs sayılan bir qadın. Rəvayətə görə Mariya fahişəliklə məşğul olmuş, İsa peyğəmbəri gördükdən sonra peşəsindən əl çəkərək Onun ayağını yumuş, saçları ilə silmiş, sonra isə arxasınca getmişdir... (red.)ÇƏHRAYI ARZULARPayızın çənində, qışın qarındaaçacam qoynumu sənə bahartək.Səmavi eşqimin qanadlarındaçəhrayı arzular çiçəklənəcək.Çətirli ulduzlar süzəcək bizi,biz - dəli-divanə iki sarmaşıq...Xəfifcə örtəcək üzərimizigecənin mehtabı - nurani işıq.Baxışlar... dodaqlar... çılpaq əzalarşəstlə bir-birinə toxunacaqdır.Dünyada sevgidən müqəddəs nə var? –Kim deyir, sevişmək, sevmək günahdır?!Payızın çənində, qışın qarındaaçacam qoynumu sənə bahartək.Səmavi eşqimin qanadlarındaçəhrayı arzular çiçəklənəcək.NƏSİHƏT SAYAĞIÖzgənin səhvinə tənə edərkənöncə öz səhvini mizana vur sən.Dünyada ən axmaq kəsdir ki, o kəsözgəyə don biçər, özünü görməz.EŞQ VƏ MƏKRNecə qəribədir qadın xilqəti! – Eşqində mələkdir o qəlb hakimi.Bir iblis məkrindən qorxmuram qətibir qadın məkrindən qorxduğum kimi!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.