RƏNA AZAXLI: "Sənin gözlərinlə Şuşaya baxdım..." Ədəbiyyat » Müsabiqə 24 Nisan Rəna Azax qızı Mahmudova (Əbdürəhimova) - 1952-ci il dekabrın 27-də Qəbələ şəhərində müəllim ailəsində anadan olub.Orta təhsilini Qəbələ şəhər 1 saylı orta məktəbdə alıb. 1971-ci ildə Qəbələ rayonunda nəşr olunan "Qalibiyyət" qəzetində əmək fəaliyyətinə başlayıb. 1982-ci ildə Azərbaycan Respublikası Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. 1982-ci ildə Qutqaşın Şəhər Sovetinə deputat secilib. Həmin ili Qutqaşın Şəhər Sovetinə 18-ci çağırış, 1-ci sessiyada Qutqaşın Şəhər İcraiyyə Komitəsinin katibi vəzifəsinə irəli çəkilib. 4 çağırış Qutqaşın Şəhər Sovetinin deputatı seçilməklə, 1992-ci ilə kimi katib vəzifəsində çalışıb. 1992-ci ildə ailə qurub. 1999-cu ildən 2009-cu ilə kimi RİH-nin hüquq şöbəsində, 2009-cu ildən 2011-ci ilə kimi Uşaqların Beynəlxalq Xilası təşkilatında, 2011-ci ildən 2017-ci ilə kimi Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru vəzifəsində işləyib. 2017-ci ildən dövlət qulluqçusu kimi təqaüddədir.Rəna xanım hələ gənc yaşlarından musiqi və poeziyanı çox sevir. Eyni zamanda, bədii yaradıcılıqla da məşğul olur. Əvvəlcə yerli rayon qəzetdə, sonralar isə respublika mətbuatında şeir və hekayələri dərc olunub. Daha sonralar isə "Zirvə", "Canım Azərbaycanım", "Buta" ədəbi məcmuələrində, "Zirvəyə doğru", "Qarabağ həsrəti", "Qəbələnin səsi", "Gözüm yolda, könlüm səsdə", "Dolub boşalan dünya" antalogiyalarında şeirləri işıq üzü görüb. Hazırda Qəbələ Yazarlar Birliyinin sədridir.Biz də çox hörmətli Rəna xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzAZƏRBAYCANIM Adınla bağlıdır kamanım, tarım,Millətlər içində şərəfim, şanım,Göylərə ucalıb şanlı bayrağımAzad, bəxtəvərsən Azərbaycanım.Dünyanın gözləri üzərindədir,Azadlıq, şücaət öz əlindədir,Saflıq və təmizlik təməlindədir,Azad, bəxtəvərsən Azərbaycanım.İMANLA, İLHAMLA ucalir adın,Gözünə ox kimi batırsan yadın,Yayılıb dünyaya şöhrətin, adın,Azad, bəxtəvərsən Azərbaycanım. 19.02.2021. ANA, VƏTƏNİM (Bir əsgərin dilindən)Nə yaman istidir nəfəsin Ana,Səndən uzaqda da isidir məni,Sənin varlığındır qoruyan Ana,Yağış tək tökülən mərmidən məni.Vətənim uğrunda cəngə qalxmışam,Sinəmi etmişəm mən sipər Ana,Sən rahat yaşayıb rahat yat deyə,Mən düşmən bağrını sökürəm Ana.Qoy yağış, qoy yağmur, qoy tufan olsun,Qarşımda keçilməz qarlı dağ olsun,Təki duaların mənimlə olsun,Düşməni yurdumdan silərəm Ana.Vətən, Ana deyib dağlara qalxdım,Keçilməz dağları duanla aşdım,Sənin gözlərinlə Şuşaya baxdım,Şuşa gözlərintək gözəldir Ana.Mənə candan əziz Anam, Vətənim,Yolunda can qoyduq sənin, Vətənim,Azadsan işğaldan, azad Vətənim,Hər şeydən əzizdir Anam, Vətənim. 21.12. 2020.ƏSGƏR ANASISil gözün yaşını əsgər anasıHər damla göz yaşın qəlbə süzülür.Yurdumun namusu, qeyrət qalası,Göz yaşın axdıqca, qəlbim üzülür.Bir igid böyütdün, aslandır, şirdir,Bir öğul böyütdün, igiddir, ərdir,Bir oğul böyütdün yurda sipərdir,Sil gözün yaşını əsgər anası.Çətinlik çəkmisən, bilirəm yaman,Sən ala bilmədin, istəyin haman,Qırıldın, üzüldün, pərt oldun yaman,Bilirəm dərdini, əsgər anası.Nimdaş paltar geydi, almadı təzə,Yeməyi yanında olmadl məzə,İstəyi qəlbində, arzusu təzə, Bilirəm dırdini əsgər anası.O, bəla gedibdir, düşmən başına,Baxmaz heç onların bir göz yaşına.Sıxacaq gülləni bil qaşqaşına,Sil gözün yaşını, əsgər anası.O gedib qorusun Vətənin, elin,Dağıtsın düşmənin fitnəsin, felin,Qayıdıb gələcək, darayıb telin,Sil gözün yaşını, əsgər anası.Rənayam, mənim də göz yaşım axır,Silirəm, bilirəm düşmənlər baxır.Oğullar düşməni yandırır -yaxır,Sil gözün yaşını, əsgər anası.Elimin, obamın əziz sonası. 18.04.2021.ŞƏHİDİN BAŞ DAŞINABir gözəl söykənibdir şəhidin baş daşına,Sükuta qərq olubdur, dilsiz bir mələk kimi.Gözlərində min sual, baxır o yoldaşına.Qucaqlayır baş daşın, ömrünə gərək kimi.Cavan ikən qəlbini alıb yenə qüssə, qəm.Qollarında baş daşı, gözlərində həsrət, nəm.Görən nə fikirləşir, qəlbini albmı çən?Gözlərində min sual dayanıb xəyal kimi.Ürəyindən keçəni söyləyir baş daşına,Cavab ala bilməyir, bürünür göz yaşına,Bilmir nə çarə qılsın, tənha qalan başına,Gözlərində min sual dayanıb xəyal kimi.Daşa dönmüş ürəyi soyuyubdur buz kimi,İstəyir baş daşını yalasın bir düz kimi,Birdən ayılıb baxır ətrafına, diksinir,Gedir dala baxmadan, gedir bir xəyal kimi.Nə gözləyir həyatda cavan, körpə gəlini?Gənc yaşında üzsünmü o həyatdan əlini?Doyunca yaşamadı, görmədi heç ərini,Düşüncələr içində çırpınır xəyal kimi.Rəna, bax bir ətrafa neçə gəlin dul qalıb,Bu qanlı müharibə neçə evə ah, salıb.Bu sonsuz müharibə hələ yarımçıq qalıb.Bilirəm düşünürsən sonunu xəyal kimi. 10.04.2021.KAMRANIM(Şüvəvanlı Şəhid Kamran Füzuli oğlunun xatirəsinə ithaf)Bilmədim nə zaman sən yaşa doldun,Böyüdün, yetişdin qəhrəman oldun.Namərd gülləsindən gül kimi soldun,Qəlbimin atəşi, közü Kamranım,Adın ürəklərə yazdı Kamranım.Hərdən qulağıma gəlir sədası,Duruşu gözəldi, xoşdu ədası,Bir dəfə görmədim olsun xətası,Ay şirin söhbətli, sözlü Kamranım,Adın ürəklərə yazdı Kamranım.Nə yaman olurmuş oğul yarası,Bilirəm bu dərdin yoxdur çarası,Qeyrət timsalıydı, oğul balası,Qəlbimə dağ çəkdi igid Kamranım,Adın ürəklərə yazdı Kamranım.Ay oğul sanma ki, şəhid olmusanKönlümdən, gözümdən kənar olmusan,Qayıdıb körpə tək qəlbə dolmusanAy şirin söhbətli, sözlü Kamranım,Adını ruhuma yazdın Kamranım.Rəna, sən də bağlısan Vətənə, elə,Ömrünü vermədin çovğuna, yelə,Vətənin qızısan deyirəm belə,Şerin, sözlərinlə ucalsın adınGözünə tor gəlsin düşmənin, yadın. 26.02.2021.BAĞIŞLA MƏNİ(Şəhid Xeyirbəy Cəlil oğlunun əziz xatirəsinə)Xeyirbəyi gördüm, bir ad günündə,Əlində kamera, çox şad günündə,Atası Cəlillə söhbət edəndə,Hamı arzuladı toy-düyün ona.Xoşbəxtlik yaraşır, oğul boyuna.O şümal boyluydu, ədəb-ərkanlı,Məsum sifətliydi, həm dəliqanlı,İgiddir, cəsurdur, həm ailəcanlı,Hamı hörmət ilə yanaşar ona,Xoşbəxtlik yaraşır, oğul boyuna.Eşitdi dardadır yenə Vətəni,Sızladı ürəyi, coşdu bədəni,Söylədi cəbhəyə gedirəm ata,Xeyir-dua verdi ata oğluna,İgidlik yaraşır oğul boyuna.Xeyirbəy yollandı cəbhəyə sarı,Ata düşünürdü zəng edə barı.Oğul nişanlıydı, narahat yarı,Ana dildə dua, həsrət oğluna,Boylanıb baxırdı, hər gün yoluna.Xeyirbəy zəng vurdu, söylədi ata:-Öpürəm mən səni, basıb bağrıma,Heç fikir vermə sən, canda ağrıma,O geniş köksündə gizlə sən məni,İncitdim bağışla, bağışla məni.Atanın gözləri kədərlə doldu,Evə sığışmadı, sərkərdan oldu.Bu son danışıq, son xahiş oldu,Xeyirbəy geyinib, şəhid libasın,Sevən ürəklərə yazdırdı adın. 17.02.2021SADAXLIGəldim ki, seyr edim uca dağları,Gəzim, dolanım mən, al yamacları,Yaşıl ormanları, al yaylaqları,Vuruldum hüsnünə gözəl Sadaxlı. İçdim buz süyundan könül oldu saf,Suların buz kimi, ayna tək şəffafİnsanlar mehriban, həm də ki, sərraf,Bil, doğma yurdumsan,elim Sadaxlı. Qoynunda daima toy-düyün olsun.Qəlbiniz hər zanan fərəhlə dolsun,Cavanlar elində bəxtiyar olsun,Gözəl günlərinə gəlim Sadaxlı. İtirmə heç zaman cah-cəlalını,Üzündə görməyim heç məlalını,Qoru, möhkəm saxla, sən məkanını,Alınmaz qala ol, elim Sadaxlı. Rənayam, kənardan seyr edim səni,Dağların başında dumanı, cəni,Sındıra bilməsin düşmənlər səni,Alınmaz qala ol, Elim sadaxlı. 01.08. 2019.ELLƏR A ELLƏRİçimdə çiçək tək bitən sevgini,Dilimdə nəğməyə dönən sevginiÖmrümə ilğım tək enən sevgini,Hara aparmısan, hara a illər?Bir yaza bənzədi ilk məhəbbətim,Qəlbimi yandırdı sözüm-söhbətim,Küləklər sovurdu,qaldı möhnətim, Çovğuna döndərdin yellər, a yellər.Arzu muradına çatmadan soldu,Gül təki açıldı, gül təki soldu,Kamına çatmayan bir sevgi olduMəzara göndərdin illər, a illər.Rəna hardan bilsin Allah yazanı,Kimsə silə bilməz rəbbim yazanı,Ayağım altında quyu qazanıMən necə əfv edim, ellər a ellər? 7.02.2021.BƏNZƏRƏMAxtarma sən məni, sorma necəyəm.Ayı, ulduzları olan gecəyəm,Hələ yaşayıram mən bir gerçəyəm,Baharda açılan gülə bənzərəm. Qönçətək boylanan bir güləm indi,Bülbülün eşqilə qəlbim sevindi.Sanma ki, qəlbimdə nifrətdi, kindi,Ürəyim işıqlı, aya bənzərəm.Qoymaram qəlbimi didə kədər, qəm,İsti otağıma çökə, soyuq nəm,Ürəyim dil açar o saat, o dəm,Atəş tək od saçan Günə bənzərəm. 20.04.2021.ZiM.Az.-- Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.