Fuad Biləsuvarlının Borçalı sevgili şeirləri Ədəbiyyat » Müsabiqə 15 Mayıs BorçalıDağlarında gözəl yamac, çən-duman,Düşmənə verməzlər nə torpaq, aman.Gülərüzlü olur orda hər insan,Vətənin parası, məndə Borçalı!Rahatlıq tapmağa qoynunda səhər,Gəzir parklarında neçə min nəfər.O yer kimi cənnət deyil bu şəhər,Bitib ürəklərdə, canda Borçalı!Vətənimin gözü, nəfəsi, canı,Ayrılmaz hissəsi Azərbaycanın.Ustadlar yazıbdı böyük dastanın,Hüsnündən doymuram gündə Borçalı!Dadlı bulağından su içəndə mən,Meyvəsindən dadıb nuş edəndə mən.Toyunda oynayıb, hey süzəndə mən,Ürəyim olmayır qəmdə Borçalı!Şairlər şairi türk Zəlimxanın,Sözləri qəlbində cümlə-cahanın.Aşıq Kamandarın, Aşıq Aslanın,Aşıqlar diyarı həm də Borçalı!İladi, Vidadi, Xanım, Butanın,Ziyalı Abbasın, Müşfiq Çobanın.Tellinin, Anarın, çox qəhrəmanın,Dünəni, keçmişi səndə Borçalı!Gözümüzdə də nur, göz çırağımız,Daima sönməyən köz ocağımız.Dədə babalardan öz torpağımız,Çağlayır damarda, qanda Borçalı!Kəndim...Öpə-öpə torpağını, daşını,Böyümüşəm qucağında kəndimin.Mən bilirəm nə qədərdi - yaşını,Əcnəbilər sorağında kəndimin.Çox yerlərdən ziyarətə gəlirlər,Bəzi yerdən ticarətə gəlirlər.Abadlığa, bir cənnətə gəlirlər,Çoxu olub marağında kəndimin.Meyvələri şəkər kimi, bal kimi,Qızlarının yanaqları al kimi.Həyəti də, bacası da gül kimi,Əyləşmişəm çırağında kəndimin.İnsanları yaşayırlar şərəflə,Gəz bu eli, nəğmələr qoş, təriflə.Yazacam adını böyük hərflə,Kitabımın varağında - kəndimin!Kəndimizdən qayıdandaÜrəyimdən qopur ahım,Sıralanır qəlbdə dağım.Mənsiz qalır od-ocağım,Kəndimizdən qayıdanda.Heç baharım, yazım olmur,Bu canımda dözüm olmur.Vallah, gülən gözüm olmur,Kəndimizdən qayıdanda.Kədər mənə geniş düşür,Bəxt yoluma eniş düşür.Yazda mənə sərt qış düşür,Kəndimizdən qayıdanda.Dərd götürür məni əsir,Köksümü də kədər əzir.Üzür məni qəm, müntəzir,Kəndimizdən qayıdanda.Bu nə əzab, bu nə çilə,Əriyirəm gilə-gilə.Bənzəyirəm solmuş gülə,Kəndimizdən qayıdanda.Var Borçalı kimi eli Butanın(Sevimli şairəmiz Səadət Butaya)Gül kimi sözlərdən çələng toxuyan,Bir-birindən gözəl qoşma oxuyan.Xalqına sağlam can, qəlb arzulayan,Üzünü görməsin zülüm Butanın!Töhfədi, müjdədi, Azərbaycana,Bakıya, Təbrizə, lap Türküstana.Hayana getdisə Vətəndi ona,Var Borçalı kimi eli Butanın!Dönüb gözlərində qəmə, nisgilə,Oğlunun itkisi qoymur ki, gülə.Küsməsin doxsanda, lap yüzdə belə,Qələmdən, kağızdan əli Butanın!Keçmişin izləri ağıl, huşunda,Xəzinələr yatır, qəlb, yaddaşında.Xanım anasıtək lap yüz yaşında,İnşAllah bükülməz beli Butanın!İladi, Vidadi qardaşlarıyla,Könül həmdəmləri, sirdaşlarıyla.Şair yoldaşları, həmyaşlarıyla,Daim açıq olsun yolu Butanın!Nə dəhşət(Çox hörmətli şairə Səadət Butanın "Nə dəhşət" adlı şeirinə nəzirə)Sevdiyimlə danışmıram nə vaxtdı,Dünya boyda bir kədərəm nə dəhşət.Nə gecəm var, nə gündüzüm İlahi,Qapqaranlıq bir səhərəm nə dəhşət.Çölün düzü məskənimdi, evimdi,Əğyar məni dərdli görüb sevindi.Cunun gündə bu nə geyim, keçimdi,Məcnunlardan lap betərəm nə dəhşət.Vəfasızla yol çıxmağa inam yox,Xeyir-dua vermək üçün atam yox.Köçümü də aparası sarban yox,Dağıdılmış bir şəhərəm nə dəhşət.Həqiqəti deyən gündən veyiləm,Yenə elə doğru sözü deyirəm.Bu dünyanı tutub gedən deyiləm,Mən də elə bir qədərəm nə dəhşət.Başı qarlı dağ - Vidadi - 65Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Pedaqoji elmlər doktoru, Bakı Dövlət Sosial İqtisadi Kollecinin direktoru, dəyərli ziyalı Vidadi Orucova həsr etdiyi şeir)Ömrün mənasını elmdə görən,Özünə sevgini elində görən.Qarabağ dərdini telində görən,Sandı başı qarlı dağ Vidadini.Müdrikliyə gedir həyatında yol,Kədəri az olsun, sevinci də bol.Hələ bundan sonra 30, 50 il,Görüm vətənimdə sağ Vidadini.Daim haqq yolunda düz olubdu, düz,Bir ziyalı kimi üz ağardıb, üz.Zəlimxansayağı söz danışır söz,Misli- bərabəri yox Vidadinin.Sadələr sadəsi, öymür özünü,Yalan nə danışım deyim düzünü.Ona görə yazdım mən bu yazımı,Gördüm ki, xalq sevir, xalq Vidadini.Türk övladıyam("Mən təkcə Borçalıdan deyiləm,həm Qarabağlıyam, həm də türkəm…"-deyən Vidadi Orucovun dilindən)Təkcə Borçalıdan deyiləm, qardaş,Şuşalı, Təbrizli oğulam, yoldaş.Eşit, əziz dostum, deyirəm birbaş,Təpədən dırnağa türk övladıyam!Anam Nigar, atam igid Koroğlu,Sözümdə səmimi olmuşam doğru.Biz belə böyüdük şair, eloğlu,Təpədən dırnağa türk övladıyam!Türkçülük damarda axan qanımdı,Məni düşündürən Vətən canımdı.Bütöv Azərbaycan adım, sanımdı,Təpədən dırnağa türk övladıyam!Kasıba-kusuba çörək vermişəm,Namərd də görmüşəm, mərd də görmüşəm.Car çəkib dünyaya bəyan etmişəm,Təpədən dırnağa türk övladıyam!Mən kimi kimsədən ayırmamışam,Ac görüb bir varlı doyurmamışam.Bu ömrü şərəflə düz yaşamışam,Təpədən dırnağa türk övladıyam!Çox savadlı həkim bacım(Çox hörmətli Sevil həkimə, Sevil bacıma sayqılarımla)Özündən çox xalqa zaman,Ayırırsan yorulmadan.Çox çeviksən daim, müdam,Ağ xalatlı həkim bacım!Millətini özün kimi,Sevdin oğlun, qızın kimi.İndi azdı sizin kimi,Çox savadlı həkim bacım!Qiymətlənən əməyindi,Dürüstlüyün köməyindi.Atan, anan mələyindi,Cüt qanadlı həkim bacım!Ol əməkdar həkim kimi,Çox sevindir hətta məni.Az qalıb ki, görək səni,Fəxri adla həkim bacım!Orucova Sevil bəli,Kimlərdəndi bizə bəlli.Böyük nəsil, şəcərəli,Ad, soyadlı həkim bacım!Gülündən soruş!(Sevimli şairəmiz Səadət Butanın xoşladığı şeirim)Nəğməm bülbüllərin dillərindədi,Məni bülbüllərin dilindən soruş.Təbiət oyanıb bahar gələndəBahar çiçəyindən, gülündən soruş.Sərhədlər, ölkələr aşanda təbim,Min dastan, min şeir qoşanda təbim,Kükrəyib çay kimi daşanda təbimSən məni dağların selindən soruş.Qəlblərə məhəbbət ötürə bilən,Dərdimi-sərimi itirə bilən,Məni qanadına götürə bilənŞaqraq nəğmələrin zilindən soruş...Tanımaq istəsən yaxından məni,Arayıb seçərsən çoxundan məni.Neynirsən soruşub hamıdan məni,Sən məni Azəri elindən soruş!Fuad Biləsuvarlı,AYB və AJB üzvü, Prezident mükafatçısıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.