İgid əsgər keşik cəkir

İgid əsgər keşik cəkirYaqub Raqub oğlu Bala-Kərəmov 2001-ci il iyunun 12 də Ağsu rayon Bico kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb.
2007-ci ildə Ağsu rayon Bico kəndində, şəhid Arif Cəbiyev adına məktəbin 1-ci sinifinə qəbul olunub. 2017-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirib. 2018-ci ilin iyul ayında Vətənə borcun ödəmək üçün hərbi xidmətə yola düşüb. 2020-ci ildə Vətən müharibəsi başlayarkən, Vətənin müdafiəsinə qalxib. İlk döyüşü Tovuz istiqamətində gedən döyüşlərdə olub. 2020-ci ildə Murov-Kəlbəcər uğrunda gedən qizgin döyüşlərdə rəşadətlə Vətənin müdafiəsinə qalxıb. 19 yasli gənc Yaqub Bala-Kərəmov misilsiz döyüşlərdə qəhrəmanlıqla top-atici alayında iştirak edib. Beləcə gənc olmasina baxmayaraq 44 günluk Vətən müharibəsi döyüşlərində qəhrəmancasına iştirak edib. Kəlbəcərin alınması uğrunda gedən döyüşlərdə, qəhrəmancasına vuruşub, medallarla və fəxri Fərmanlarla təltif olunub.
Hazirda Murov dağlarında hərbi xidmətini şərəf və ləyaqətlə yerinə yetirir.
Belə igid gənclərimiz haqqında yazmağı ózümə borc bilib, indiki gənc nəslə tanitdirmagi nəzərə aldım.


İgid əsgər keşik cəkirİgid əsgər keşik cəkir

Torpaq adlı anamın
Bağrından güllə keçir.
Ana torpaq inləyir,
Bizi gəl-gəl səsləyir.
Əldə İvan avtomat,
Yaxın gəlmə söyləyir.
İvan Karapetiyan
Keçir dəhliz yolundan,
İran gendən baxıb,
Əl altından hiyləylə,
Hücum edir türklərə,
Türkiyəyə Turan elim,
Arxa-dayaqdı bizlərə.
İgid əsgərimiz, çəkir
Vətən keşiyini,
Bir an gözün qırpmadan,
Gözdə yuxu almadan,
Qani-cani bahası,
Neçə şəhid balası,
Qurban verdi canını,
Azad etdi yurdumu,
Qalxdı daga-daslara,
Asdı bayrağımizi
O ən uca dağlara.

Tahirə Qarabağlı,
AYB üzvü, şairə -jurnalist,
"Qızıl qələm" media mükafatçısı,


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: