İbrahim Yusifoğlu: "Nizaminin söz dünyası" Ədəbiyyat » Müsabiqə 24 Temmuz Nizaminin söz dünyasıNizaminin söz dünyası -əsrlərin sərt illərionun bircə kəlməsinin ahənginə toxunmayıb.Əsrlərin şairləri Nizami tək yazım deyəGecə-gündüz yazıb-yazıb,Ancaq, ancaq, yazdıqlarıŞeyx Nizami yazan kimiYazılmayıb, oxunmayıb.Tarix boyu qaniçənlər, Zülmkarlar, qantökənlər –Fars, ərəblər, ingilislər,Urus kimi şovinistlər;Ulu türkün torpağına,Bu torpağın havasına, Ləl-varına gözdikənlər-Yurd-yuvasız ermənilər Nəyimiz var talayıblar,Yurdumuzun köksü üstə Neçə tonqal qalayıblar.Gözləri ac, qəlbi darlar,İllər boyu dincimizi,Milli sərvət incimiziÖzlərinə var sayıblar,Dahilərdən söz düşəndəAzərbaycan üzərindənSükut ilə adlayıblar.... Topa-topa qara bulud Çəkildikcə göy üzündən,Göründükcə hər bir elinÖz sərvəti, öz dünyası,Bəşər dedi: -Bəsdir bizə fəxr etməyə,ürəklərə surəti ilə,qüdrəti ilə, nəqş olunan,beyinlərə hikmətiləəbədilik həkk olunanNizaminin söz dünyası.Bu dünyanın hər kəlməsiQüdrətlidi, hikmətlidi,Məna dolu sətirlidiİnsanları haqq yolunaədalətə sövq eyləyən,ruhu eşqi təzələyənqızılgültək ətirlidi.Nizaminin söz dünyasıHəm dalğalı, həm ləpəli,Cahan boyda bir ümmandı.Yer üzünə səpələnənDuyğuları məftun edən,Qəlb oxşayan, kölnü açan,Həmişə yaşar bir ormandı....Nizaminin söz dünyası – Əsrlərin sərt nəfəsionun şeir dünyasınınahəngini poza bilməz,Əsrlərin yazarları Neçə əsər yazsa belə Nizami tək yaza bilməzNizami tək yaza bilməz! İbrahim Yusifoğlu,Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı,Prezident təqaüdçüsü.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.