Fərqanə MƏHYƏDDİNQIZI: "Hardasan, ay ana, dillən, de harda?.." Müsabiqə, Qərbi Azərbaycan 26 Temmuz Əhmədova Fərqanə Məhyəddin qızı - 1979-cu il iyulun 5-də Goranboy rayonunda ziyalı ailəsində anadan olub. Orta təhsilini Goranboyda aldıqdan sonra, M.F.Axundov adına Azərbaycan Dövlət Pedoqoji Rus dili və Ədəbiyyatı İnstitutunun rus dili və ədəbiyyatı ixtisasına daxil olub və həmin institutun tam kursunu bitirib. 3 il Gəncə şəhərindəki 5 nömrəli məktəbdə müəllim işləyib. Doğma ana dilimizə və ədəbiyyatımıza olan sonsuz sevgisi onu yenidən ali təhsil almağa sövq edib və o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində ikinci dəfə ali təhsil alıb və oranı ələ qiymətlərlə bitirib.4 il vaxtı ilə ali təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universitetində) işlədikdən sonra, əmək fəaliyyətini AzMIU-nun əvvəlcə Azərbaycan və rus dili kafedrasında davam etdirib. Hazırda Əcnəbi dillər kafedrasının müəllimidir. Eyni zamanda, “F-5” kanalının təsisçisi və rəhbəridir, "Sənət dünyası" jurnalının baş redaktoru, "Vətən" ədəbi-bədii, elmi-publisistik məcmuəsinin tərtib edəni və ədəbi redaktorudur. "Abdulla Şaiq", "Zirvə" və "Qızıl qələm" mükafatları laureatıdır.Şeirləri, elmi və elmi-publisistik məqalələri "Vətən", "Zirvə", "Canım Azərbaycanım", "Poeziya çələngi", "Buta", "Rəvan" və s. poeziya antalogiyalarında, ədəbi-bədii, elmi-publisistik məcmuələrdə, "Yurd" jurnalında, "Şərqin səsi", "Ziya", "Elm və təhsil" və s. müxtəlif mətbuat orqanlarında dərc olunub.Bir övladı var. Biz də Fərqanə xanıma elmi-pedaqoji fəaliyyətində və bədii yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq və aşağıda dəyərli oxucularımıza böyük məmnuniyyətlə onun bir neçə şeirini təqdim edirik. Müşfiq BORÇALI, ZiM.AzHardasan, ay ana, dillən, de harda?Sənsiz bahar ömrüm yaman solubdur,Gözlərim həsrətdən yaşla dolubdur,Sənsizlik ürəkdə qübar olubdur,Hardasan, ay ana, dillən, de harda?Nə vaxtdır çəkmirsən sığal telimə,Xar qonub çəməndə qönçə gülümə,Yaman həsrət qalıb bəmim zilimə,Hardasan, ay ana, dillən, de harda?Səni soruşuram ötən hər ildən,Əkib becərdiyin çiçəkdən, güldən,Övlada ən əziz, mehriban dildən,Hardasan, ay ana, dillən, de harda?Tapmıram, iz düşüb izlər üstə,Torpaq pərdə çəkib gözlərin üstə,İstərəm baş qoyum, dizlərin üstə,Hardasan, ay ana, dillən, de harda?Sənə yetişməyə həvəsdəyəm mən,Ağıyla köklənmiş bir bəstəyəm mən,Karvanım yüklənib, yol üstəyəm mən,Hardasan, ay ana, dillən, de harda?Getmək istəyirəmGetmək istəyirəm...Yalanlar, böhtanlar,İftiralar olmayan yerə,Daş qəlbli insanların laqeyidliyindənÇiçəklər solmayan yerə...Getmək istəyirəm...Rəzalətin, səfilliyin olmadığı yerə,Tamahın qulu olanlarınAt oynatmadığı yerə...Getmək istəyirəm...Dənizlər arxasına,Günəşin batdığı yerəSevən ürəklərinVüsala çatdığı yerə...Getmək istəyirəm...ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.