MƏHƏBBƏT MÖVZUSU AYNUR QAFARLI YARADICILIĞININ İLAHƏSİ KİMİ Ədəbiyyat » Müsabiqə 1 Kasım Uzun illərdir ədəbiyyatımızda bir imza mövcuddur. Bu özü kimi qəlb oxşayan gözəl şeirləri və məlahətli diksiyası ilə tanınan Aynur Qafarli imzasıdır.Aynur Qafarlı 19 yanvar 1976-cı ildə anadan olub. Əslən Şəkidəndir. Xırdalan şəhərində yerləşən B.Y.Cəfərov adına 3 saylı orta ümumtəhsil məktəbində, sonra isə ADPU-da təhsil alıb. Hal-hazırda ADPU-da laborant vəzifəsində işləyir. Bir övladı var. Şairənin yaradıcılığında Şəki ləhcəsinin şirinliyi ilə bərabər, bədii düşüncə, müxtəlif motivli mövzu rəngarəngliyi, orjinallığı duyulur. Ancaq Şairənin yaradıcılığının əsas qayəsi məhəbbət mövzusudur. Bu mövzu şairənin yaradıcılığının ilahəsidir: -Saraldı həsrətdən gözümün kökü, Ağırdır, sevgimin tənhslıq yükü, Yoxdur yandırmağa bir Simurq tükü, Bir azdan düşməmiş qarlı qış, qayıt, Durnalar cənuba uçmamış qayıt. Poetik gücü, zehni-intellektual misraları, fəlrəfi dərinliyi güclü olan Aynur Qafarlı yaradıcılığında məhəbbət mövzusunda yazılan şeirlər müxtəlif olsa da, şairənin şeirlərindən daha çox nakam eşq ruhu sezilir: -Qanadı qırılmış "qu"ya dönürəm, Üzləşib qalıram çox çətinlə mən. Hər gecə bir ovuc suya dönürəm, Barışa bilmirəm həsrətinlə mən. Eşq movzusunda yazılan bir şeirində XXI əsrin sevgi poeziyası spesifik yer tutur: -Qırx yaşında sevilən qadın, qırxı çıxmış körpə kimidi. Uzaq yolları yaxın edən körpü kimidi. Qırx yaşında sevilən qadının ürəyi göz yaşından düzəlmiş şüşədi, kədəri də nəşədi. Mayasın eşqdən almış, yaralanmış qəlbdən ağ kağız üzərinə hopan şeirlər sanki insanı ağuşuna alır. Bu şeirlərdə insan sanki bir anlıq özünü tapır: -Bacarırsan yolumdan et, Apar ayrı yolla məni. Sinəm dəftər, əlin qələm, Tut sinəmdən qolla məni.YUNİS QARAXANLI,AJB-nin üzvü, şair, jurnalist.10.09.2021.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.