Rafayıl Qurban (1960) Müsabiqə, "Mən Şirvanın səsiyəm", Turan 7 Nisan Rafayıl Qurban oğlu Əhmədov - 1960-cı ildə Qazax rayonunun Çaylı kəndində anadan olub.Şeirləri bir sıra mətbuat orqanlarında və ədəbi məcmuələrdə dərc olunub.Biz də Rafayıl Qurbana yeni-yeni uğurlar arzulayır və aşaöıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.Məlahət SAHİBQIZI"Borçalı" nəşriyyatının redaktoru,"Abdulla Şaiq", "Zirvə" və "Qızıl qələm" mükafatları laureatıZiM.AzÇİNARLARSizin gördüyünüz bu xan çinarın,O qədər başına, çən ələnibdi.Bizim mərd babalar, köhnə kişilər,Bu, çinar altında kölgələnibdi.Tarixi yaşadıb, öz yaddaşında,Neçə qərinələr yola salıbdı.Sankı ana olub, öz balasına,Gecələr bu elə layla çalıbdı.Bu, ulu torpaqdan güç, qüvvət alıb,Mavi səmalara qucaq açıbdı.Bəzəndə qoşulub əsən yellərə,O, öz keçmişindən söhpət açıbdı.Küləklər bahardan verəndə soraqÇinarın sevinci aşıb, daşıbdı.Burda əhd bağlayan sevgililərəÜlvi məhəbbətdən söhpət açıbdı.Bəzən qucaq açıb, ona ev olub,Bu , yorğun yolları, yoran yolçuya.Bəzən bələdçitək o, yol göstərib,Yolunu, izini azan yolçuya.El-oba ad qoyub, xan çinarlara,Onlarda bu elin vətəndaşıdı.Ona dayaq olan, onu yaşadan,Vətən torpağıdı, vətən daşıdı.Kölgəli çinarlar, bu xan çinarlar,Namərdlər üsdünə kölgə salmasın.Bu, məğrur çinarlar, bu xan çinarlar.Eldən ayrı düşüb, tənha qalmasın.YazıramMənə şair deməyin siz,Çoxda hərdən, söz yazıram.İlham pərim naz eyləyir,Onagörə az yazıram.Söz yolunda mən azmaramYazdığımı heç pozmaram.Fikirləşib söz yazmaram,Hər nə yazsam tez yazıram.Keçib dağdan, gah dərədənSöz öyrəndim mən hərədən,İlham alıb gözəllərdən,Məsdi - xumar göz yazıram.Vəsv etməyə daşda gözəlGöz üsdündə qaşda gözəlPayız gözəl, qışda gözəl,Mən yazanda, yaz yazıram.Rəfailam bu adətdən,Heç doymadım şeyriyatdan,Dərs almışam həqiqətdən,Ona görə düz yazıram.CIĞALI TƏCNİSFələyin yanında nəydi günahım?Salıbdı ayaqdan, ayağa məni.Aşıq deyər ay ağa,Qar yoluma a yağa,Mən sənə neyləmişdim?Saldın məni ayağa.Bu, fani dünyada yoxmu pənahımYıxılsam qaldıra ayağa məni.Var, dövlət olmasa, gəzməzlər ağlı,Çobanın sarayı olubdu ağlı.Aşıq deyər ay ağlı,Yemək olar a yağlı,Səsimi eşidən yoxNeyləyirəm ay ağlı.Dünya yaranıbdı qaralı, ağlı,Nədən həsrət qoyub ay ağa məni.Gecə, gündüş qəm odunda ha yana,Bivəfa dost bil yetişməz hayına,Aşıq deyər hayana,Bu yol gedir hayana,Hayımı eşidən yoxVer səsimə hay ana.Rəfail dolanıb, getsən hayana,Axırda bükərlər ay ağa məni.NƏRGİZDodaqdəyməz gəraylıYenə gəlir yaz ayları,Açılacaq lala, nərgiz.Yağış cisgin çoxalanda,Sığınacaq kola nərgiz.Düzüləcək qatar-qatarƏtiri hər yana çatar.Qızlar dərər, dəstə tutarYaraşacaq ələ nərgiz.Günəş doğar, şəfəq saçar,Şeh üsdündən qorxar, qaçar,Hər yanında güllər açar,Qarışacaq gülə nərgiz.Səhər-səhər gözəlləşər,Yağan qara nə yaraşar,Rəfayılda sözlər qoşar,Yayılacaq elə nərgiz.GÖZƏL SƏNİAy bizim yerlərin ahu-ceyranı,De kimlər hürküdüb, ay gözəl səni?Yoxsa quzeylərin saxlanç qarısan,Saxlayıb yarına pay gözəl səni?Niyə ayrı gəzdin qızdan, gəlindən?Baldımı süzülən söylə ləbindən?Günəş şəfəqini alar telindən,Gecələr axdarar ay, gözəl səni.Çoxdu elimizdə nazlı gözəllər,Dərib çiçəklərdən telə düzərlər.Hüsnünə vurulub, yazdım qəzəllər,Tutmaram onlara tay gözəl səni.Bu, xəsdə cismimin qalmayıb sağı,Çəkdirmə Rəfayla səndə fərağı.Dolanıb, gəzdikcə bağçanı, bağı,Axdarır gözlərim hey gözəl səni.SƏHƏR-SƏHƏRSəhər-səhər dağ başındanAğ buludlar axar gedər.Yağış yağar narın-narınŞimşəkləri çaxar gedər.Günəş doğar ,şəfəq saçar,Şəfəqləri düzdə qaçar,Dağ döşündə güllər açar,Bülbülləri ötər gedər.Yaşıllaşıb, bax dağ dərəQaqqıldaşır kəklik fərəNə gözəldi bu mənzərə,Meh saçımı darar gedər.Dərə batıb çən dumana,Gül düzülüb cığırınaÜrkək baxar, dörd yanına,Cüyürləri mələr gedər.Dağ döşündə sızqa bulaqZülfü darar bir bal dodaqRəfayıl olub ona qonaqOna şeir qoşar gedər.Duyulur Abbasın şirin nəfəsi!(Elimizin, obamızın sənətkarları Abbas və Nəbi -allah sizə rəhmət eləsin.)Geydirsə elərə bir toy libası,Bürüyər hər yanı, bahar havası.İtirdi elimiz hayıf Abbası!Səslənir uzaqda zurnanın səsi,Duyulur Abbasın şirin nəfəsi!Çalınır “Şikəstə”, gah da “Dilqəmi”,Gah da oda düşür “Yanıq Kərəmi”.Gah da zilə qalxır, gəzir aləmi.Budur sənətkarın eşqi, həvəsi,Duyulur Abbasın şirin nəfəsi!Sankı bir nəğmədi, gülün açması,Şəfəqlər altında, ətir saçması.Lilpar bulaqların xoş zümzüməsi.Saxlayır yolundan, baxın hər kəsi,Duyulur Abbasın şirin nəfəsi!Günəş oylağını verəndə aya,Sayrışan ulduzlar göz vurar aya.Söyüdlər zülfünü düzüblər suya.Oxuyur qumrular hicran nəğməsi,Duyulur Abbasın şirin nəfəsi!Dünyaya gələnlər bir hava seçər,Oynayıb havasın, dünyadan köçər.Rəfail könlümdən bir hava keçər.“Çoban Bayatı”nın ucala səsi,Duyulur Abbasın şirin nəfəsi!Təzədən gələ(Təcnis)Quş kimi əlimdən uçan günlərim,Qayıda ömrümə təzədən gələ.Açıla ömrümün, bağı-gülşəni,Sovulan zəmimə, təzə dən gələ.Fələk təzdən yaza bəxdə a yazı,Çəkilə üsdümdən qışın ayazıAçıla ömrümün təzdən a yazı,Qaralan saçıma, təzə dən gələ.Rəfayılam rəngim oldu ha sarı,Aman təbib gəl yaramı ha sarı.Qızlar çəkə dörd yanımdan hasarı,Qanadlı arzular təzədən gələ.B İ L M İ R Ə MOlubdu həmdəmim, qərib axşamlar,At çapır xəyalım, yata bilmirəm.Oxuyur qumrular, hicran nəğməsi,Uzaqdı mənzilim çata bilmirəm.Bağbanam bağ saldım, gül həvəsində,Mey içdim sərxoşam, gül badəsində.Bir naşı ovçuyam, ov bərəsindəUçubdu tərlanım, tuta bilmirəm.Könlüm qərar tutmaz, ahu-zarında,Çalır nəğməsini, o öz tarında.Bir şair tacirəm, söz bazarındaLəli göhvərimi, sata bilmirəm.Güldən dəstə tutdum, eşqin bağındaDolanıb hey gəzdim, yar sorağındaRəfayıl qalıbdı, eşq fərağında,Bu fikri başımdan, ata bilmirəm.ŞƏHİDLƏRGetdilər, getdilər çıxıb getdilər,Dumandan, çənlərdən tutub getdilər.Alınmaz qalanı, alıb getdilər,Bizim qəlbimizə, köçən şəhidlər.Qurban eylədilər, vətənə canı,Vətən torpağına, töküldü qanı.Oldu elimizin, şöhrəti şanıBizim qəlbimizə köçən şəhidlər.Arzulu, diləkli bir nakam oldu,Ucaldı gözmüzdə bir ekam oldu.Yandı vətənüçün, sönməz şam olduBizim qəlbimizə köçən şəhidlər.Rəfayıl yurduma bahar gələcək,Kolların üsdündə, güllər güləcək,Qarışıb güllərə, o vaxt gələcəkBizim qəlbimizə köçən şəhidlər.APARIR Bəzi dostlarımın istəyilə, German Ağdamlının qəzəlinə nəzirə Bir baxın bu sarvana, gör necə karvan aparır,Salıb eşq kəməndinə, aşiqi canan aparır.İncidib aşiqini, bir belədə qəsd olarmı?Danmışam din-imanı, kafiri Sənan aparır.O, şirin ləblərinin, həsrətini çox çəkmişəm.Nazını bol eyləyib, göz yaşı leysan aparır.Dedim ey nazlı sənəm, xoşdu mənə qəmzən oxu.Atdı müjkan oxunu, sinəsi al-qan aparır.Kim verib hökmü-qərar, mən yazığı qul eyləyibEləbil Züleyxadı, Yusifi Kənan aparır.Bu, Yazıq Rəfayılı, görəndə bəxtəfər sanır,Elə zənn edirlərki, bağına bağban aparır.Y Ü K Ü M (Divani)Mən bu yolun yolçusuyam, qatar-qatar sözdü yüküm,Hər zaman şükür eylədim, demədim ki azdı yüküm.Oxumuşam gecə-gündüz, bu sözlərə qul olmuşam,Həqiqətdən dərs almışam, hər nə desəm düzdü yüküm.“Təcnis'' olub bir möcüzə, ləli-göhvərə vermərəm,“Müxəmməs”i “Divani''ni, yüz min əsərə vermərəm.“Qoşma''ları, “Gəraylı''nı, altuna zərə vermərəm,Heç yerdə tayı olmayan, bir sədəfli sazdı yüküm.Tanrı bizə bəxş eyləyib, bu dövləti bu sərvəti,Qərinələr yola salıb, heç vaxt düşməyib qiyməti.Muğamatım oxunanda, hər kəs eyləyər heyrəti,“Qatar''ımdı, “Caharga''dı, “Segah''dı “Şahnaz”dı yüküm.Rəfayılam fəxr edərəm, odlar yurdu vətənimlə,Qarabağda tarix yazan, neçə-neçə ərənimlə,Adını şəhid yazdıran, torpağa can verənimləTorpağmıza həkk olunan, silinməyən izdi yüküm.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.