TƏVƏKKÜL GORUSLU (1962) Müsabiqə, Turan 3 Nisan Təvəkkül Məmməd oğlu Məmmədov (Goruslu) - 01 iyul 1962- ci ildə Zəngəzur bölgəsinin Gorus rayonunun Ağbulaq kəndində anadan olmuşdur.1984- cü ildə Azərbaycan Neft Kimya institutunu mühəndis-mexanik ixtisası üzərə bitirmişdir.Təyinat müddətini indikı Sankt-peterburqda işləmiş, sonar vətənə dönmüşdür.Şeirləri dövri mətbuatda və müxtəlif saytlarda paylaşılır.Çoxsaylı şeir antalogiyalarında şeirləri çap edilmişdir.“Xaraba kəndim”, “Bu sevgi bir əbədiyyət”, “Gözlərinə qısılaydım”, “Məni misralarda qələm assada”, “Ömrüm, Çiçəyim”, “Qisas yağmuru” şeirlər kitablarının müəllifidir.“Qızıl qələm” və “ARAZ” ədəbi-bədii mediya mükafatı laureatıdır.Biz də Təvəkkül Gorusluya yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.Xalidə TURAN,ZiM.Az-ın şöbə müdiri,"Turan" ədəbi məcmuəsinin tərtibçisiZiM.AzDARIXMAĞIN Qapıdasa qışdan ötə yaz darıxır, Darıxmaqdan həm də alır həzz darıxır, Goruslu da elə bilmə az darıxır,Aşiqidi indi həm də darıxmağın. Darıxmaqsa dərdə salan hər yazarı, O fərqlidir, həm də sevir intizarı,Dəyişibdi həm baxışı, həm nəzəri, Aşiqidi indi həm də darıxmağın. Üzülməyə, darıxmağa könül verib,Çiçəyindən çələng hörüb, dəstə dərib, Yağış yuyub, yel qurudub, günə sərib, Aşiqidi indi həm də darıxmağın.NƏDƏN Sığalsız eyləyib dağı, dərəni, Yaradan yaratdı bəlli kürəni, Kəndinə, köyünə atdı hərəni, Məni öz kəndimə atmadı, nədən?Ən qatı qaranlıq aydına yaxın,Qapalı nohurda bilinməz axın, Səhərlər üzünə doğub sabahın, Günəş də o yerdən batmadı, nədən?Qürub yetişincə, günəş batınca, Qaranlıq torunu yerə atınca, Kainat mürgüyə batıb, yatınca, Ulduzlar göz vurub, yatmadı, nədən?Üst- üstə düşüncə rənglər qarışar, Biri digərini sorar, yarışar, Gücsüzü taleylə sonda barışar, Siyahı bəyaza qatmadı, nədən?Zalimlər qüvvəsin şərdən alınca, Təvəkkül qoymadı başın balınca, Cismiylə, ruhuyla düşüb dalınca, Səsiylə Tanrıya çatmadı, nədən?VARMI Elə bir yerdəyəm dörd yanım bomboş, Zamanmı keyflidir, dövranmı sərxoş, Cismim qov kimidi, ruhum əliboş, Həyatın ortası, mərkəzi varmı?Düşüncə özümün, bir qədər də yad, Əski xatirələr lent kimi bərbad, Hissim, duyğularım eyləmir fəryad, Hiss ölçən, ruh çəkən tərəzi varmı?Bu nə həyatdır ki, ətalət içrə,Bu cana, bu ruha olubdu hücrə, Simurq qanadında eyləyib hicrət, Getməli bir behişt ərazi varmı?DƏYMƏElə bil manqalam, közlə pörtmüşəm, Dünəndən yüz məzar üstü örtmüşəm. Tanrımı yanılıb...deyir dördmüşəm, Üçüm sənin olsun, birimə dəymə!Üfləyib o yandan azar- bezarı,Əzrayil salmasın burdan güzarı,Allahım, itibdi sayı məzarın,Seçim sənin olsun, dirimə dəymə!Bəlkə düşünürsən, qışda güləm mən,Ocağım sönübdü, daşda küləm mən?Ay canım, Goruslu Təvəkküləm mən, Özümə toxunma, şeirimə dəymə!)NƏDƏNAyazmı gətirir saçın bəyazı,Qışamı dönübdü ömrünün yazı,Unutdun qəmzəni, unutdun nazı,Təbəssüm üzünə yad gəlir, nədən?İçində ağrı var, üzün buz kimi,Elə bil seyr edir məhkum hakimi.Qul olsan dəyişməz talenin hökmü,Təbəssüm üzünə yad gəlir, nədən?Dilbərdi, mələkdi qadın deyilən,Nə güclər önündə oldu əyilən.Kipriklər nəm çəkmiş, qaşlar düyülən,Təbəssüm üzünə yad gəlir, nədən?Bəşərin gözüdü qadın əzəldən,Hüsnünə don geymiş şeir, qəzəldən,De, şair nə üzlə yazsın gözəldən,Təbəssüm üzünə yad gəlir, nədən?ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.