GÜLÜSTAN HİLAL Müsabiqə, Turan 10 Haziran Gülüstan Həmid qızı MehtiyevaQazax rayonun Aslanbəyli kəndində anadan olub. Sumqayıt Dövlət Tibb Məktəbini bitirib. Uzun müddət aptekdə əczaçı işləyib. Ailəlidir. 2 övladı - 1 oğlu, 1 qızı, 4 nəvəsi var.Şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə çap olunub.Biz də Gülüstan xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!..Məlahət SAHİBQIZL,AYB-nin və AJB-nin üzvü,"Borçalı" nəşriyyatının redaktoruZiM.Az SƏNSİZ Qoşa gəzdiyimiz yerləri sənsiz,Gəzməyə bilmirəm gəzə bilmirəm.Ürək dözmə deyir ağıl döz deyir Zərif kürəyimdə çəkdiyim yükə,Dözməyə bilmirəm dözə bilmirəm.Niyə yaşayıram mən niyə sənsizSən orda mənsizsən mən burda sənsiz Yarpağı tökulmüş budaq kimiyəm,Səni arxa dayaq bilmişdim axı,Məni bu dünyada qoydun kimsəsiz Sən orda mənsizsən, məm burda sənsiz.GEDİRSənə neynəmişdim, ay zalım fələkGözümün yaşını silənim gedir.Dözüb dayanmayıb oğul dağına,Bir gündə min dəfə ölənim gedir.Əlləri uzalı gözü yollarda,Dağ da dözəmməzdi o dözən dərdə,Gözünün yaşını gizlədib mənnən,Üzümə xəfifcə gülənim gedir.Əcəl köhlənində hazırdı yəhərÖzünü toplayıb yenə birtəhərÜzülmə yaxşıyam yaxşıyam deyibƏlləri əlimdə gözü ğözümdəÇiçək tək saralıb solanım gedir.Ana əvəzim, Anamnan sonra,Olanım gedir, Qalanım gedir,LALƏLƏRMən sizi görəndə gözlərim dolur,Şehli yanaqları allı lalələr,İlk məhəbbətimin şahidi sizsizHanı o günlərim hanı lalələr.O mənim könlümün sevgi payıydıLalələr açanda görmüşdüm onuÖmrümün çat verən divarlarınaBir qala bir səngər hörmüşdüm onu.Getdi elə getdi izi də yoxdu,İzimi qoyaydım izinin üstə,Elə boylanıram gedərgəlməzə,Əllərimi qoyub gözümün üstə.HEYİFYollarına baxıb çox ağlamışamGözlərimnən axan yaşıma heyif.Ömrümü gör kimə sərf eləmişəmBaharıma heyif qışıma heyif.Bilindi kimliyin zaman içindəYox oldun gözümnən yalan içində Sənə vurulmuşdum bir an içində O gözəl məhəbbət anına heyif. Suyum bulanmışdı axdım duruldum Gözümü könlümə sıxdım duruldum Sənin cazibənnən çıxdım duruldum Günlərim keçibmiş boşuna heyif. Sən bir heç imişsən heçliyə getdin Bil niyə gəlmişdin bil niyə getdin Elə bilirdin ki gəlməyə getdin!!?? Arxanda yol bağlı qarşında… Heyif… Heyif…YADA DÜŞÜR... Sənli günlər düşür yada, Kədərlə yüklənirəm, Əlim çatmır özünə, Xatirənə köklənirəm. Hər kəs evə çəkilincə Səs səmir kəsilincə Sükutu ruhumu sıxan Boş otağın işgəncə. Gözlə, gözlə, gələcəm, Bir gün həsrət bitəcək, Onnan sonra Məzarına gedən yol tamam itəcək Ayaq izlərimin yerində Sarı çiçəklər, göy otlar bitəcək. ALLAH, MƏNİ BAŞDAN YARAT Allah, məni başdan yarat, Bu ağıl bu başnan yarat Ağımda qaranı bilim Yaxşını yamanı bilim. Allah, məni başdan yarat Uzaq durum namərd kəsdən İşıq gələnə getməyim Qorxmayım it hürən səmtdən. Allah məni başdan yarat Başımı başlara qatım Aşımı suya qatmayım Aşımı aşlara qatım.AXTARIRAM İtirmişəm özümü Özümü axtarıram. Dilimdə düyün düşən Sözümü axtarıram. Gözüm görmür dünyanı Gözümü axtarıram Canıma təpər verən Dözümü axtarıram. Tükənmişəm bitmişəm Öz içimdə itmişəm Yeddi yol ayrıcında Tək çinar tək birmişəm. Açması bir tapmaca Sonu yoxdu bu şeirin Sonu tapılanacan Sonu çatacaq ömrün.Səni ürəyimdən çoxdan silmişəm Sən mənim gözümün qəminə baxma, Saqraq qəhqəhəl gülüşümə bax Səni ürəyimdən çoxdan silmişəm, Gözümün içində saxlayıb Allah. Səni ürəyimdən çoxdan silmişəm Kövrək bənövşələr üzümə gülmür Qışda çiçəkləmir dahaa gilənar Qışda qaranquşlar qapımı döymür. Məni bu sakitlik yaman qorxudur Dənizin də üzü tufanqabağı Beləcə tərtəmiz beləcə səssiz Qumlu sahillərə sığınıb durur Məni bü sakitlik yaman qorxudur.DARIXMA Yəqin qoynundadır yenə əllərin Gəlmək gümanıma marağın keçib Zülmət qaranlığa axıb tellərin Gözündən könıündən axan sellərin. İlıq sularından dodağın içib Yastığın islanıb çırağın keçib Günlərin bir günü yuxun çin olar Pəncərən alışıb yanar darıxma. Əllərim qoşaca göyərçin olub Üzünə saçına qonar darıxma.DEYİLƏMBir gəldim yaşadım nə verdi mənəBir də bu dünyaya gələn deyiləmGəldim özü boyda dərd verdi mənəBir də bu dünyaya gələn deyiləm.Oğlumu qızımı yerbəyer etdimÇox vaxt ürəyimin əksinə getdimBu son dayanacaq tükəndim bitdimBir də bu dünyaya gələn deyiləm.TAXTIMDAN ENMƏRƏM DÜNYA DAĞILA...Taxtımdan enmərəm dünya dağıla,Baxtıma göz dəydi taxtım yerində,Yuxuda hər işim nizama düşür,Yuxular çin olar günün birində.Qönçə arzularım çiçəkləyərlərÜzümə gözümə nur ələyərlərİstəməyənlərim baxıb deyərlərTaxt da həmin taxtdı,Baxt da həmin baxt.Əyləşib yenə də Sultan yerindəXanə həmin xanə xan da yerindəAyağım yerdədi əlim göylərdəBəxtim ayaqdasa yolum açıqsaƏzrayılın özü qarşıma çıxsaMənə gücü çatmaz şükür Allaha Sağlığım yerində ağlım yerindəTaxt da həmin taxtdıBaxt da həmin baxt.Əyləşib yenə də sultan yerindəXanə həmin xanə, xan da yerində!...***BİRCƏ XAHİŞİM VARƏlini uzatma əlimə dəyər,Ürəyin bir anlıq aldana bilər.Sən allah adımı çəkmə heç yerdəAdın adım ilə hallana bilər.Mənim o kitabım çoxdan bağlanıbO ocaq sönübdü tüstüsü qalıbYüz il bundan belə ömr eləsəm dəO mahnı oxunub qurrtarıb çoxdanSimləri qırılıb bəstəsi qalıb.Mənə bel bağlama, uzaq dur məndən,Hər ötəri duyğu tərpətməz məni.Elə batmşam ki qəm dənizindəFırtına qopsa da tufan qopsa daSən olan sahilə heeç atmaz məni.Mənim ömrüm günüm qırış qırışdıÜtülü əynimə başıma baxmaHər nə itirmişəm qarşına çıxsınSən allah bir daha yoluma çıxma get,Bircə xahişim var, arxaya baxma.BƏNÖVŞƏYenə bahar gəldi güllər açıldı,Güllərin sultanı xanı bənövşə,Səni sevdiyinlə qol boyun gördümBəs mənim sevdiyim haanı bənövşə.Sevən sevdiyini qəlbində saxlarYarın həsrətindən ürəyim ağlarViranə qalıbdı sən görən bağlarBağlar o bağdımı tanı bənövşə.Əlin əlimdən üzdü o gözəlGözümə göz yaşı düzdü o gözəlHamıdan gözəldi düzmü o gözəlYolunda qoymuşduq canı bənövşə.Bəxtinə qəm düşən təkcə mən oldumAnamın südüylə dərd əmən oldumSağ solum namərddi mərd də mən oldumDöşünə döyənlər hanı bənövşə.Gəl dəstə bağlayım telimə düzümYollardan çəkilsin həsrətli gözümƏlin əllərimdə gözündə gözümDünyada nə varsa fani bənövşə.MƏN İNSAN OLMAQDAN BEZMİŞƏMMəni torpaq elə, məni daş elə,Mən insan olmaqdan bezmişəm,Allah!Məni yarpaq elə məni quş eləMən insan olmaqdan bezmişəm,Allah!Məni torpaq elə çiçək bitirimMəni daşa döndər başdaşı olumMəni quşa döndər qanad ver mənə,Uçum durnaların yoldaşı olшumBəlkə dediklərim günahdı günahSən məni bağışla, ey böyük Allah,Mən gördüklərimi görsəydin vallah,İnsan yaratmaqdan bezərdin, Allah!HƏQİQƏTİ BİLƏNDƏBircə kəlmə söz dedin,Səni tanıdım.İçində gizlətdiyin"Məni" tanıdım.Heyf sənə verdiyim,Dəyər uçdu dağıldı.Bundan sonraNə desən,Elə biləcəyəm ki,Uydurmadı, nağıldı.Əfsus mənim zəndimə,Mən adam tanıyandım,Bircə kəlmə sözünlə,Elə bil yatmış idimYuxudaydım oyandım,Elə bil,Allah gözümü açdı,Həqiqəti biləndə,Başımın üsündən səma,Ayağımın altındanYer qaçdı.SOL YANIM YAMAN AĞRIYIRSən elə bir vaaxtda tərk etdin məni,Yaş o yaş deyildi yenidən sevim.Ya başıma yığıb oğul uşağı,Nağıllar danışım nənəlik edim.Hə, uzaqdaydı yaşın soyuğu,Ürəyin istisi can yandırırdı.Gözümə dikilən bir göz görəndə,Abır, ismət məni dayandırırdı.Bu sənin günahın deyildi axı,Fələyin əlindən de kim qaçdı ki?Hələ yaşayıram sağam amma ki,O vaxtdan sol yanım yaman ağrıyır.ÖLÜRƏMÖlmək də cürbəcür olur,Mən gündə bir az ölürəm.Qışı yola verə bilsəm,Bəlkə də bu yaz ölürəm.Dərd çiynimdə yüküm ağır,Yollarıma kədər yağır,Əzrayıl anamı çağır,Bir ağız bayatı desin.Deyim, ana, döz ölürəm,Nə çəkdim kimsə bilmədi.Üz güldü ürək gülmədi,Bilin ki, indi ölmürəm,O torpağa qoyulannanGörmürsünüz siz???Ölürəm !!!!AY EV YİYƏSİBilirəm haçansa bir qış axşamı,Göylərdən quşbaşı qar ələnəndə,Soyuq otağıma qor ələnəcək.Qapı çalınacaq,Bir səs gələcək,- Ay ev yiyəsi...Necə tanış gəlir, bu səs, ay allahNecə tanış gəlir...Elə bil illərin bağrını yarıb,Elə bil hicranın belini qırıb,Özünü yetirib o kəs, ay Allah,Axır ki həsrətdən hicrannan bezib,Uzaq diyarları dolanıb gəzib,Ya axşam, ya sabah, ya gecəyarı,Qapımı çalarsan,- Ay ev yiyəsi!..Boşuna çağırma çox gecikmisən,Səkillərdən baxır evin yiyəsi...UNUTMAGedirəm, yetişib ayrılıq dəmi,Yerişim, duruşum gözündən itir.Gedirəm sakitcə gəldiyim kimi,Könlündə xatirə çiçəyi bitir.Özüm də bilmirəm, getdiyim yolu,Dərdimi sərimi bir kimsə bilməz.Gedirəm bu dünya adamla dolu,Bir qapı döyməyə gümanım gəlməz.Sən kövrək könlümə yazdığım istək,Bu dəli istəkdən göyərər daş da.Sən sevdiyim könul, sevdiyim ürək,Gəl məni qısqanıb odlara yanma.Yaşamaq başqadı, dolanmaq başqa,Gedirəm bacarsan bu dərdi daşı.Sən allah, kövrəlib qolumdan tutma,Dolanmaq dərdinə qarışar başım.Gedirəm, bəlkə də qayıdammadım,”Əlvida!” demirəm, məni unutma.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.