Nailə YIRĞANÇAYLI (1977) Müsabiqə, Başkeçid 2 Haziran Bayramova Nailə Hacıbala qızı - 1977-ci il martın 1-də qədim Borçalı mahalının Başkeçid, indiki Gürcüstanın Dmanisi rayonundakı Yirğançay kəndində anadan olub. İlk təhsilini də elə doğma kəndindəki orta məktəbdə alıb.1990-ci ildə Borçalıda baş vermiş məlum olaylardan - təqib və təziqlərdən sonra, minlərlə soydaşımız kimi, onlar da ailəliklə Bakı şəhərinə köçüblər.Təhsilini Bakı şəhərindəki 51 saylı orta məktəbdə davam etdirib. 1992-1993-cü illərdə kiçik tibb işçisi kursunda oxuyub. 1993-1994-cü illərdə Politologiya İnstitutunun ixtisasartırma fakültəsi tərəfindən təşkil edilmiş mühasibatlıq üzrə tam kursu bitirib.Daha sonra Bakı şəhəri Uşaq Birliyi Təşkilatı Rəhbərləri məktəbində təhsil alıb. 2008-ci ildən İslayillı rayonunun E.Həsənov adına Mücühəftəran kənd tam orta məktəbində Uşaq Birliyi Təşkilatı rəhbəri işləyir.Üç uşaq anası olan Nailə xanım həm də bədii yaradıcılıqla da məşqul olur. Sözə-sənətə marağı böyük olduğundan, o, öz düşüncələrini mütamadi olaraq şeirə çevirərək oxucukarın ixtiyarına verir.Şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə çap olunub."El həsrəti" adlı bir kitabı işıq üzü görüb.Biz də Nailə xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.Məlahət SAHİBQIZL,AYB-nin və AJB-nin üzvü,"Borçalı" nəşriyyatının redaktoruZiM.AzCan AzərbaycanAzad ölkəm doğma diyar, Torpağına can deyirəm. Neçə igid ərlərin var, Can Azərbaycan deyirəm.Ay ulduzlu bayrağına, Vətən! sənin torpağına. Hər daşına, hər dağına, Can Azərbaycan deyirəm.Qəhramanlar diyarisan, İgidlərin ad sanisan,Mübarizlərin canısan, Can Azərbaycan deyirəm.Azərbaycan əsəriO bir əsər yaratdı, Azərbaycan əsəri. Səsi dünyaya çatdı, Azərbaycan əsəri.O vətənim can dedi, fəxr edən insan dedi. Azərbaycan dedi, Azərbaycan əsəri.Hər kəlməsi sözü nur siması nur üzü nur. Duyğusundan yoğrulur, Azərbaycan əsəri.Yaşayacaq hər zaman, Qəlbimizdə o insan. Yolunda verərik can, Azərbaycan əsəri.Dillərdə Ulu öndər, Yaşayar ər oğlu ǝr. Yaratdı baba Heydər, Azərbaycan əsəri.Keçsə illər əsirlər, Qərinələr, fəsillər. Öyrənəcək nəsillər, Azərbaycan əsəri.Peyğəmbər adı ismi, Bizimlə ruhu cismi. İlah bir nur kimi, Azərbaycan əsəri.Salam olsunSərhəddimdə keşik çəkən, Əsgərimə salam olsun. Düşmənlərin belin bükən, Əsgərimə salam olsun.Qorxu bilməz o nərlərə, Qeyrət çəkən ərənlərə. Dağ vüqarlı ər ərlərə, Əsgərimə salam olsun.Səmasında qartal süzən, Səngərində cəsur gəzən. Yağıların başın əzən, Əsgərimə salam olsun.Dəmir yumruq dəmir bilək, Neyniyəcək əssə külək. Şir nərəli aslan ürək, Əsgərimə salam olsun.Vətən qeyrət namus ari, Şərəfi şöhrəti vari. Ulu tanrım onu qoru, Əsgərimə salam olsun.El həsrətiYollarının hər daşı da tanışdıYandı bağrım oda düşdü alışdıSanki qələm dilə gəlib danışdıBizim elin həsrətinə düşəndən.Gödəkdərə sinəsini gəribdiƏtəyindən qızlar çiçək dəribdi Qayalı bulaq el dilində tərifdiGözəllərin minnətinə düşəndən.Qoruqlarda kəkotunun iyi varGözəlliyin nişanıdı bu diyarBinələrə məsgən olub ƏyriqarYaz ayları şöhrətinə düşəndən.Sürülərin dağ döşündən enməsinə xoş olur axşamçağı toy səsiBizə yaxın Mehralının çeşməsiÇayla çeşmə vəhdətinə düşəndən.Ortaçayın gurultusu qulaqdaQız gəlinlər növbə tutur bulaqdaBir gözəlin bayatısı dodaqdaməhəbbətin ülfətinə düşəndən.Haçaqaya haçalanıb nədəndiÇaylar daşıb yuyar bərəni bəndiNailənin sevimli ulu kəndiYırğançaydı qismətinə düşəndən.İsmayıllınınDağların qoynunda yaşıl meşələr görəni məst edir tər bənövşələrMəni heyran etdi bütün guşələrHüsnünə tay hanı İsmayıllının.Burada könül verib həm könül aldımƏbədi bu yurda meylimi saldımGəldim bu yerlərə buralı oldumNə çoxdu mehmanı İsmayıllının.Boylandım soluna sağına baxdımZiyarətgahına dağına baxdımBabadağa gedən axına baxdımÇox pakdı insanı İsmayıllının.Bu yerlər ruhuma canıma candıƏziz anam mənim AzərbaycandıNailə heç zaman deməz usandıCənnətdi hər yanı İsmayıllının.Baharı sevdimRuhuma könlümə bəzək naxışdı,İnandım sözünə o yarı sevdimMəni məftun edən xumar baxışdı,Baxanda gözünə o yarı sevdim.Günəş buludları yarıb baxanda,İldırım kükrəyib şimşək çaxanda.Narın-narın yaz yağışı yağanda,Vuruldum özünə baharı sevdim.Çəməndə çiçəyin gülün vurğunu,Pətəkdə bal kimi dilin vurğunu.Nailə obanın elin vurğunu,O mötəbər yurdu diyarı sevdim.Yaz yağışıYenə göy guruldayır,yağış yağmaq istəyir.Şimşəklər parıldayır,şaq-şaq çaxmaq istəyir.Göyün üzü tutulub,bulud yamanca dolub.Günəşin rəngi solub,hardan baxmaq istəyir.Kim xətrinə dəyibdi,görən kim nə deyibdi.Dodağını əyibdi,süzub axmaq istəyir.Bu da bir yaz yağışı,bu da yazın naxışı.Bu da şair baxışı,duyub baxmaq istəyir.Bəxtindən küsən qadınÇəkdiyin əzabların,İmtahan cavabların.Bəlkə də savabların,Bəxtindən küsən qadın.Dərdin dərdə calandı,Sinəndə od qalandı.Ömrün belə talandı,Təxtindən düşən qadın.Rəngi solmuş tül kimi,Qəfəsdə bülbül kimi.Sovrulmusan kül kimi,Ümidin kəsən qadın.Nədir qəmli baxışınNiyə yoxdu çıxışın?Gətirmədi naxışın,Titrəyib əsən qadın.Yükünü şələləyib,Xəlbirləyib ələyib.Tanrıdan nə diləyib,İstədi ki, sən qadın!Bir dostun dilindənMən sənin eşqinlə yaşadım hər an,Sən mənim sevgimi yaşadanmadın.Mən sənin yolunda can verən zaman,niyə sən bu yolda daşa dönmədin.Mən səni sevdim ki mənim olasan,mən səni sevdim ki qoşa gəzək biz.Sevmədim özgədən sevgi umasanyadlar qapısına salasan yol iz.Daha gecdi gülüm illər ötüşdübizim sevgimizi yellər apardı.Ötən bir xatirə yadıma düşdüeşqi gözdən axan sellər apardı.Sən özgə birinə vəfadar oldunmən başqa birinin qəlbinə girdim.Sən də için-için ağladın soldunmən də öz ömrümü illərə verdim.İlk görüşToxundu baxışlar biri birinəTəbəssüm dodaqdan-dodağa düşdü.Coşdu iki ürək dəniz yerinəbir candan bir cana sadağa düşdü.Gözlər ürəkləri aşikar etdiayrılıq intizar qovuldu itdiTəzə məhəbbətin çiçəyi bitdiBir sevda bülbülü budağa düşdü.Görüşə tələsdi sevən ürəklərÖpdü cöhrələri əsən küləklərHopdu ruha cana arzu-diləklərməhəbbət əbədi bir çağa düşdü.Bir anda duyğular qaynadı coşduxəyallar ən uca dağları aşdıBu sevgi çox ünvan gəzdi dolaşdısəninlə görüşdə sınağa düşdü.QoşmaNanəcib insana könül verəninəvvəli gəlməmiş sonu yetişər.Vəfasız bağında çiçək dərəningünü ahu-zarla gəlib ötüşər.Öyüd almayana söz nə gərəkdiürək duymayana göz nə gərəkdiƏyri olan kəsə düz nə gərəkdionsuz da əyrisi əyri bitişər.Kökü olmayanın budağı yoxdubudaqssız ağacın yarpağı yoxdu,Həyatın əbədi bir çağı yoxdu,nə vaxtsa əyilib torpağa düşər.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.