BAYRAM AŞIQLI (1960) Müsabiqə, Turan 13 Haziran 1063 Məmmədov Bayram Əli oğlu - 1960-cı il martın 22-də Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya göz açıb. Orta təhsilini doğma Aşağı Quşçu kəndindəki İsmayıl Mürşüdov adına 1 saylı tam orta məktəbində alıb. 1986-cı ildə Bakı şəhəri Neft və kimya texnikumunun Mexanik fakultəsini bitirib. Ailəlidir, 3 övladı - iki qızı, bir oğlu var. Qızları ailəlidir, oğlu isə subaydır. Üç nəvəsi var; iki oğlan, bir qız.Gənc yaşlarından köksündə olan bədii yaradıcılıq istedadını altmış yaşa qədər dayşıyaraq, ahıl yaşında üzə çıxarmışdır. İlk şeirləri “Şərqin səsi” qəzetində və “Zirvə” poeziya antologiyasında çap olunub. Daha sonra “Vətən”, “Canım Azərbaycan”, “Qarabağ Azərbaycandır”, “Xarıbülbül”, “Dəmir yumruq, polad bilək”, “Zəfər”, “Şah dağı”, “Ləlvər dağı”, “Rəvan”, “Turan”, “Sazlı-sözlü Borçalı”, “Poeziya çələngi”, “Bakı-Təbriz”, “Şərqin səsi”, “Şam işığı”, “Nəğməli könüllər”, “Mən Şirvanın səsiyəm”, "Turan ellərinə salamlar olsun!", "Odlar yurdu Azərbaycan", "Ziya" və s. adlı ədəbi-bədii, elmi-publisistik məcmuələrdə,“Telli Sənəm” jurnalında, “Murov Qartalı” toplu-kitabında, ZiM.Az, Zirve.info, Bolnisi.az, Borcali.org və s. saytlarda şeirləri dərc olunub, oxucular tərəfindən böyük maraqla qarşılanıb.Azərbaycan Jurnalistlər Birliyinin üzvü seçilib. “Abdulla Şaiq”, “Qızıl qələm” və “Zirvə” mükafatları laureatıdır. “XXI Əsrin Ziyalısı” Fəxri dipıomu ilə təltif olunub.Hazırda “Şərqin səsi” qəzetinin əməkdaşıdır.“Ana torpağım”, “Gözəl Tovuzum” və “Zirvə” adı tapdı məni” adlı ilk üç şeirlər kitabı 2023-cü ildə “Borçalı” nəşriyyatı tərəfindən çap olunaraq oxucuların ixtiyarına verilib.Kitablara şair Bayram Aşıqlının şeirləri, hekayə və kiçik novellaları daxil olub. Şeirlərində müxtəlif mövzulardan; - Məişət və Sevgidən, Qəhrəmanlıqlardan, Şəhidlik məqamından, Vətən və təbiətin tərənnümündən bəhs olunur.Budur, Bayram Aşıqlının şeirlərindən ibarət dördüncü kitabını çapa hazırlayırıq.Bu münasibətlə Bayram Aşıqlını ürəkdən təbrik edirik! Xeyirli, uğurlu, düşərli olsun! – deyirik. Ona həm bədii yaradıcılığında, həm də şəxsi həyatında yeni-yeni müvəffəqiyyətlər, yeni-yeni nailiyyətlər arzulayırıq. İnanırıq ki, gələcəkdə, daha dolğun, daha poetik fikirlərlə zəngin olan yazıları işıq üzü görəcək və o, seçilib, sayılmışlardan olacaq. Məlahət SAHİBQIZL,AYB-nin və AJB-nin üzvü, "Borçalı" nəşriyyatının redaktoruZiM.Az ANA TORPAĞIMVətən eşqi ilə yaşayırıq biz,İntizarda qalıb, Ana torpağım.Vətəni can kimi sevməliyik biz,Dünyanın bəzəyi, Ana torpağım.Hey, gözlərim dolur,sevinc yaşına,Baxdıqca Vətənin çopur daşına.Kül olacaq düşmənin başına,Azad olacaqdır, Ana torpağım.Ana torpağa var etibar-vəfa,O verir hər xəstəyə, sağlam-şəfa.Verməz nə qədər sevib çəksən-cəfa,Aldığını geri, Ana torpağım.Sevinib şadlanıram, gülə-gülə,Torpaqlar alındıqca geri, güclə.Əsgərlərə məhəbbət artır, hələ,Yenə birləşdikcə, Ana torpağım. Arada sərhədlər olmayaydı, kaş,İnsanlar-insana olaydı qardaş.Anadan halal doğulaydı, sirdaş,Bayramın ünvanı,Ana torpağım.03-04-2022SINAYIR O ÖZÜNÜ Hər qələm sahibi meydana çıxanda, Dahi birinə oxşadır o, özünü.Hər söz əhli qələmini sınayanda,Təkrar xətt üzrə sınayır o, özünü.Uca olub hər bir söz əhli gözümdə,Kaş görə biləsən sevinci üzümdə.Özümü oxşadım, istədi sözüm də,Dahiyə debi; sınayır o, özünü.Mən də qələm sınadım özüm-özümdə,Nə gözəl oldu, mətəl qaldım özüm də.Başqa izdə, günah görürəm özümdə,Təqlidçi kimi sınayır o, özünü.Getdiyim yol gəncliyimdən gedən yoldu,Qocalığın son dayanacağım oldu. Qocalığım sual etdi, gəncliyimə,Bayram son deyil sınayır o, özünü.17-04-2022.KASIB SAYMADIM ÖZÜMÜMalım, pulum, olasa da az,. Heç kasıb saymadım özümü. Arzularım artdı, az-az, Kasıb etdi, mənim özümü. Varlı ye, axşam yağ balı, Kasıb şor ye, aç sabahı. Şəhər ac oyanacaq hamı,Varlı ya kasıb bil özünü. Kasıb məlum, varlı da ac, Çörək bişirər, təndir, sac. Kasıb başına qoysan tac,Kasıb bilər, özünü. 31-12-2021.YAŞ ALIB GEDƏRQisas sinədə qalmasa yaxşıdır,Yoxsa düşmənçilik baş alıb gedər. Məhəbbət hər insanın naxışıdır,Cavanlıq gözləməz, yaş alıb gedər. Namərdə fitfa verib qızışdırma,Nanəcibi nəciblə qarışdırma. Naqabildən kənar gəz, acışdırma, Gələr qənbər deyər, daş alıb gedər. Dəyərinı bilən hər kəs həyatda, Çox xoşbəxt yaşar, işıqlı dünyada. Zəmanəyə sədaqət var üst qatda,Xəyanət alt qat da daş olub gedər. 05.05.2022.QALIM DEYƏXəyallarımda tuturam əlindən.Sənin hərarətini duyum deyə.Qəlbində, buraxma mənim, əlimdən.Ömürlük gül qəlbində, qalım deyə.Qoxunuzu ciyərimə çəkərdim.Gizli sevgimin, toxumun əkərdim. Açılan gülü yoluna sərərdim.Gül ətinin içində, qalım deyə.Öyrətdin hicranla dostluq etməyə.Sənə olan məhəbbətim bitməyə.Həyatım, ölümüm ilə geyməyə.Əfsanədən qopub, qalım deyə.04-03-2021GƏLƏ BILƏYDİMÜrəkdən-ürəyə yol olaydı.O yolla sənə gələ biləydim.Könüldən-könülə yol olaydı.Mən də könlünə gələ biləydimBulaq üstə gözəllər düzülər.Kədərinə ürəyim üzülərək.İncə dodağından bal süzülərək.Xoş sevincinə dələ biləydim.Gözəldir qızın-gəlinin, ellər.Hər birinə bərabərdir güllər.Danışsın mənimlə şirin dillər.Bayramam sənə gələ biləydim. 03-11-2021.GÖRƏSƏN GƏRƏKHər gözəlin gülə bənzəri olur, desək,Sevsən gülü, tikanına dözəsən gərək.İnsanın bir neçə görkəmi olur, demək,Sən istədiyin görkəmdə görəsən gərək.Sərxoşluq naminə acılar qəbul etdim,Məhəbbət eşqinə yadla qohumluq etdim.Sən qəlbimdə qaldın, mən xəyallarla getdim,Sən də xəyallar içində sevəsən gərək.Dərdlərim aşiqdir, dərdsizlərin halına,Xallı Bayram vurulub sənin o xalına.Bir gözəli sevdim, düşdüm beçə balına,Yüksək qiymətini Sən də biləsən gərək.15-05-2022. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.