Dilarə Süleyman Çarıqçı Ədəbiyyat » Müsabiqə 8 Haziran Dilarə Süleyman Çarıqçı(Dilarə Zahid qızı Hacıyeva) - 24 aprel 1982-ci ildəUcar rayonunun Məlikballı kəndində anadan olub.Məlikballı kənd orta məktəbini bitirdikdən sonratəhsilini Azərbaycan Dövlət Pedoqoji UniversitetininFilologiya fakultəsində davam etdirib.Şeir və hekayələr müəllifi Dilarə xanımın ilk şeiri 2003-cü ildə "And" qəzetindəçap olunub. Sonra "Sərbəst düşüncə", "Şərqin səsi", "Elm və təhsil", "Ziya", "Oxu məni" qəzetlərində,İranda dərc olunan "Ədəbi Körpü" dərgisində,Zirve.İnfo, Vetenim.info saytlarında,"Zirvə" poeziya antologiyasında və"Bitməz olan duyğularım var mənim"poeziya almanaxında,Türkiyədə nəşr olunan"Türk dünyası şiir antologiyası"nda şeirləri işıq üzü görüb."Qızıl Qələm"Media Mükafatı laureatıdır.DUACəmalının həsrətini çəkirəm,Bu fanini nəzərindən düşürmə!Səbrim ilə yoluna göz dikirəm,bu fanini nəzərindən düşürmə!Mən görüşə necə gəlim bu yüklə?Həlim oldum hər kiçiklə, böyüklə,Yaşayıram bir arzuyla, istəklə,Bu fanini nəzərindən düşürmə!Hər gün sirat körpüsüdür keçdiyim,Göz yaşımdır ,peşmanlıqdır içdiyim,Ey ümidlə əllərimi açdığım!Bu fanini nəzərindən düşürmə!Hər tikəni halal keçir boğazdan,Yalan kəlmə süzülməsin ağızdan!Ölüm yaxın,xəbər gələr birazdan,Bu fanini nəzərindən düşürmə!Kara gəlməz bu yığdığım yük deyə,Yetiş, gücüm yox cəzamı çəkməyə,Əl açmışam rəhmində böyüklüyə,Bu fanını nəzarindən düşürmə!Səxavəti,qüdrəti sonsuz olan,Dara düşsəm köməyi ansız olan,Sənə möhtac hər canlı,canaız olan,Bu fanini nəzərindən düşürmə!Zindanımdır dünya, bunu anlaram,Səndən uzaq hər nəfəs,hər an haram.Rəhmin üçün gecə -gündüz inlərəm,Bu fanini nəzərindən düşürmə!Ey qəlbimin tək sevgisi, tək yarı!Üzümə aç sənə gələn yolları!Yoldaş eylə sən sevdiyin qulları!Nolar məni nəzərindən düşürmə!Həsrətinin çöllərində dərvişəm,Səadəti varlığında görmüşəm!Dilarənin bədənində ölmüşəm,Bu fanini nəzərindən düşürmə!GƏRƏK GEDƏYDİMGəncliyin karvanı gedəndə mən dəGərək o karvanla çıxıb gedəydim,Axı əsir qaldım mən bu bədəndəGərək o karvanla çıxıb gedəydim.Qəfildən,heç kəslə sağollaşmadan,Doğrunun, yanlışın həddin aşmadan,Bir qəlbi qırmadan,gözdən düşmədən,Gərək o karvanla çıxıb gedəydim.Qar,çovğun basmamış bahar ömrümü,Həsrətə dönməmiş vüsalın dəmi,Elə üzüsulu gedənlər kimiGərək o karvanla çıxıb gedəydim.İndi bu yollarda tənha dərvişəm,Zərrə-zərrə ümid yığmaqdır peşəm,İlahi,yol göstər izinə düşəm!Gərək o karvanla çıxıb gedəydim.VARDünya yoxdur gözlərimdən o yanaBaharı var,buludu var,nəmi var.Dəryası var həsrət boyda sükutdanBu dünyada ruhum kimi gəmi var.Üçurumu,qayası var, dağı varSəhrası var,gül ətirli bağı varMinbir rəngli bir də xəzan çağı varGözlərimin gözləməyə kimi var?EŞQBir baxışla dünyaları uçuran,Bir gülüşlə dünyaları quran eşq!Bir kəlməylə nəfəsləri durduran,Bir kəlməylə könülləri qıran eşq!Bir ummandır gözlərimin ucunda,Bir gümandır gözlərini açanda,Elə çəkir ondan uzaq qaçanda,Sığındıqca yerdən yerə vuran eşq!Nəkarəsən duyğuları yenəsən,Qalib gələn, məğlub olan yenə sən,Üsyan edib istəyirsən dinəsən,Xilaskarın elə səni yoran eşq!Dərviş kimi dağı-daşı dolan, gəz!Min vüsal eyləməz həsrəti əvəz,Unudulmaz tərk etməmiş son nəfəs,Abad olmaz,sən olmamış viran, eşq!GƏLMƏÜmidlərim pərişandır saçıntək,Ömrümdən uzağa gedənim,gəlmə!Ürəyim sənindir,ruhum Allahın,Torpağın bu xəstə bədənim,gəlmə!Gül ətirli saçları qoxlamayan,Bircə dəfə axtarıb yoxlamayan,Bu sevginin xətrini saxlamayan,Xəyalları viran edənim,gəlmə!Gedənləri qayıdanda hər kəsin,Titrək könlüm həsrətində bir səsin,Dəli Dərviş yoxluğunla neyləsin?Bəsimdir həsrətin ta mənim,gəlmə!KÖLGƏSİNDƏGöz gözü görməz oldu qəminin kölgəsində,Ümid süzüldü gözün nəminin kölgəsində.Selləndi göllər oldu, axdı ümmana döndüQərib salam ümidsiz, gəminin kölgəsində.Əlac eylə dedim, yar! Yandı bağrım ,alovuGörünmədi Allahın şəminin kölgəsində!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.