SAHİB MAYILOĞLU (1954) Ədəbiyyat » Müsabiqə 17 Aralık Sahib Mayıloğlu (Sahib Mayıl oğlu İbrahimov) - 1954-cü ildə Şəmkir rayonunun Düyərli kəndində anadan olub. Əslən Kür-dəmirin Şilyan kəndindəndir. 1971-ci ildə Şilyan kənd orta məktəbini, 1983-cü ildə isə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. 1980-ci ildən 2019-cu ilin 14 iyununa qədər Elşad Qurbanov adına Şilyan (indiki Qarasu) kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib.Ədəbi bədii yaradıcılığa 1970-ci ildən başlayıb. 8 kitab müəllifidir. Onun "Tanrı, məni tanıyırsan" (2000), "Dəyişmərəm" (2001), "Hara belə tələsirsən" (2004), "Qəzəllər" (2007), "Taleyimin Tanrı payı" (2007) adlı şeir kitabları "Şirvannəşr"də, "Yanıq Kərəmi"yə oynamaq olmaz" (2012), "Yaşadacaq bu səs məni" (2014) adlı şeir kitabları isə "Şəms" və "Yazıçı" nəşriyyatlarında çap olunub.Sayca 8-ci kitabı olan "Xatirələr dil açanda" adlı publisistik kitabı da 2016-cı ildə "Şirvannəşr"də çap olunub.. Ailəlidir, 7 övladı var, 5 oğul, 2 qız atasıdır."Cəsarətli qələm”, "Vicdanlı qələm" və “Müqəddəs qələm" media mükafatları laureatıdır.Biz də Sahib Mayıloğluna ədəbi-bədii yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayırıq!ZiM.Az ÇATA-ÇATQalib ordum Zəngəzura üz tutub,Yurd yerinə çata-çatdı, çata-çat.Göyçəmiz də alınacaq yağıdan,El-oba sevinir xəbər çata-çat.Yüz ildi ki, ayrı düşüb el-oba,Talan olub,viran qalıb yurd-yuva.Bütöv Vətən davasıdır bu dava,Düşmən od tutub yanacaq çata-çat.Sahib gəlib ilhama şad xəbərdən,Düşmənləri çıxarır bölgələrdən.Allah bizi qorusun bəd nəzərdən,Son arzuya,son məqsədə çata-çat.16.05.2021GÜLDÜGül adama gül nə gərək,Gözəl elə güldü, güldü.Bu söümü eşidəntək,Gözəl baxıb güldü, güldü.Üzü güldü, gözü güldü,Danışanda sözü güldü.Gülüşüylə ətir saçdı,Gördüm gözəl özü güldü.Gülüşündən od ələndi,Canım bu oda bələndi.Mən yanıb külə dönürdüm,Ürəyimin közü güldü.Yanmaq-ömür, yaşamaqdır,Ürəkdə eşq daşımaqdır.Əhvalımı duyan kimi,O gözəlin üzü güldü.18.08.2019NECƏ YAŞAYAQMən sənin yanında dururam, sənin,Küçənin tinində dilənən qadın.Başından var-dövlət yağan ölkənin,Bəxtəvər günündə dilənən qadın.Ramiz Rövşən.Milyonçu ölkənin dilənçisi çox,Heç birinin qayğısına qalan yox.Bu hal vətənpərvər ürəklərə ox,Oxlanmış ürəklə necə yaşayaq?!Bu ölkənin var-dövləti talanır,Millətin yurduna sular calanır.Vətənin sevənlər oda qalanır,Biz bu görəcəklə necə yaşayaq?!Haqsızlar kef edir, dövranın sürür,Haqlı insanların dalınca hürür.Bir tikə çörəkçün xalq can çürüdür,Quru duz-çörəklə necə yaşayaq?!Daha dirənibdir bıçaq sümüyə,Nə ölüyə tayıq, nə də diriyə.Günbəgün güzaran gedir geriyə,İmdad diləməklə necə yaşayaq?!02.06.2019BUNU GÖRƏ-GÖRƏSAHİB QOCALDINamərdlər kəsdilər bəndi-bərəni,Neçə arzularım gözümdə qaldı.Sinirə bilmədim gözüm görəni,Daha dözəmmədim, səsim ucaldı,Bunu görə-görə Sahib ucaldı.Zalımlar milləti çox incitdilər,İyrənc nəfislərin hey kiritdilər.Mərdi qova-qova namərd etdilər,Haqsızlar haqlıdan hər gün bac aldı,Bunu görə-görə Sahib qocaldı.Hər gün nalə çəkir, dad edir millət,Ömrünü-gününü çürüdür millət.Cavabdeh olanlar çəkmir xəcalət,Xoş günün gəlməsi hələ xəyaldı,Bunu görə-görə Sahib qocaldı.Sahib daha dözmür bu rəzalətə,Niyə son qoymuruq biz xəyanətə?!Başımız qarışıb boş-boş qeybətə,Millət çox sarsıldı, yaman alçaldı,Bunu görə-görə Sahib qocaldı.09.06.2018SƏNƏ SARILA BİLSƏMAh sana sarılsam şimdi,Kırılsa yalnızlığımın kemikleri!Lütfiye TorunSənə sarıla bilsəm, təkliyim yox olardı,Nəfəsinə həsrətəm ömrümün bu çağında.Dodaqların gəzəydi boynumda, boğazımda,Məsti-xumar olaydım, yataydım qucağında.Qoxlayaydım qovrulan bədənini doyunca,Həzin sığal çəkəydim şamamaya tağında.Əməydim bal dadıyan qaymaq dodaqlarını,Mən alışıb yanaydım isticə yatağımda.Sarmaşıb sarmaşıqtək birləşib bir olaydıq,Tənhalıqdan bezdiyim mənim can otağımda.Yetirəydin vüsala bu sevgi möhtacını,Elə azıb qalaydın sevgimizin bağında.02.06.2019EYLƏMİSƏN(qəzəl)Ey sənəm, sən nə gözəl yerdə məkan eyləmisən?Getmisən gözdən iraq, qəlbi şan-şan eyləmisən.Nə zamandır gəzirəm arxanca, ey nazlı pəri,Getdiyin o yerləri nədən pünhan eyləmisən?Nə zamandan bəridir həsrət qaldım vüsalına,Bu biçarə bülbülü niyə nalan eyləmisən?Nə səbəbdən bu qədər gen gəzirsən, ey gözəlim?Bəlkə məndən inciyib yeni üsyan eyləmisən?Sahib dözüb, dözəcək hər cəfa qılsan ona,Biləsən, sən onu artıq yarıcan eyləmisən.23.03.2020OLDUM(qəzəl)Səni gördüm, ay gözəl, hüsnünə heyran oldum,Mənə məhəl qoymadın, ürəyi al qan oldum.Baxdıqca gül üzünə qopardı fəryad ürəyim,Alışıb eşq oduna yandı, yarı can oldum.Heyranam qüdrətinə səni yaradan Allahın,Əlim çatmır əlinə, halı pərişan oldum.Nola bir rəhmə gəlib dərdimə dərman edəsən,Mən səni görən gündən gözləri giryan oldum.Çox hər gün neçə cür hureyi-qılman görürəm,İnan ki, onlara yox, səninçün nalan oldum.Sahibi salma nəzərdən, belə aşiq az olar,Küsüb bir gün həyatdan deməsin yardan oldum.26.03.2020ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.