İBRAHİM AĞÇAYLI (1949) Ədəbiyyat » Müsabiqə 4 Nisan 395 100 1 2 3 4 5 İbrahim Qürbət oğlu Qədirov - 1949-cu il oktyabrın 3-də Xaçmaz rayonunun Qobuqrağı kəndində anadan olub. Orta ixtisaslı, natamam ali təhsillidir. “Payız açan çiçəkdə toz olmaz” adlı şeirlər, olmuş əhvalatlardan qələmə alınmış povestlər və hekayələr kitabının müəllifidir. Eləcə də, “Atalar sözü - Ağılın gözü” adlı dünya xalqlarının atalar sözləri toplusu və dünya ədəbiyyatının söz xəzinəsindən ibarət kitabı işıqüzü görüb. Hazırda “Dahi” qəzetinin baş redaktorudur.Evlidir. 3 övladı, 8 nəvəsi var. Biz də İbrahim Ağçaylıya yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.Məlahət SAHİBQIZI,AYB-nin və AJB-nin üzvü,“Borçalı” nəşriyyatının redaktoruZiM.AzBAŞ KOMANDANBir əlində qələm, birində silah, Xalqın baş rəisi, Baş Komandanı.Sevginde bir vətən, bir qadir Allah, Haqqınla mat qoydun haqsız dünyanı.Dəmir yumruğunda birləşdi eller, Yadların başına daş kimi dəydi. Lal oldu bizlərə küfr edən dillər, Qırıldı, düşmənin beli əyildi."Qarabağ bizimdir!" deyib, hayqırdın, Diksindi dığalar, diz üstə endi. Açıldı gözləri bu kor dünyanın, Gördülər Qarabağ bizim vətəndi.Təbibi sən oldun millət dərdinin, Zəfərmiz duyuldu bütün cahana. Sən böyük tarixin yazdın vətənin, Sən ruhun şad etdin ulu öndərin, Ucalıq gətirdin Azərbaycana.Sənsən qürurumuz, iftixarımız, Qalib komandanım, Baş Komandanım. Basır sinəsinə səni xalqımız, Öpür gözlərindən Azərbaycanın.Dünyanın hərb və sülh salnaməsində, Adına əsərlər yazılacaqdır. Türklüyün zəfərlər kitabəsində, Soyad, adın şərəflə həkk olacaqdır.XAÇMAZIMDağ vüqarlı qədim Quba qardaşı Oğuz dilli ulu Dərbənd yurd daşı, Müdrik Xəzər, bir əbədi sirdaşı Tarixlərdən yoğrulubdu Xaçmazım.Təbiəti Tanrımızın tövhəsi,Hər fəslində gözəlliyin lövhəsi,Nəfəsində anamızın nəfəsi,Məhəbbətdən doğulubdu Xaçmazım.Yaz gələndə dumanlanar çənlənər Meşələri yarpaq-yarpaq tellǝnǝr Bağça bağı çiçəklənər, güllənər Sevgi dolu gül qoxulu Xaçmazım.Payızında buludları baş alar Şimşəyindən yağış, leysan başlanar Çaylar daşar vadiləri daşlanar Sal daşlardan bina oldu Xaçmazım.Torpağında övliyalar ocağı Yeddi çayı, isti suyu bulağı Əziz tutar gəlib gedən qonağı Özü halal, gözü toxdu Xaçmazım.Səni sevən sığal çəkir hüsnünə, Bu sevgiden nur çilənir üzünə. Bu gözəllik, bu təravət, hüsn nə Doğma yurdum, səndən yoxdu Xaçmazım.Ülviyyətdir, sədaqətdir mayası,Neçə xalqın dost qardaşlıq dünyası.Azərbaycan sərhəddinin qalası. İgidlərin ana yurdu Xaçmazım, Vətən üçün bir ordudu Xaçmazım.KƏNDİMİZNənələrin təndirləri tökülüb, Nəvələrin ləliləri sökülüb. Evlərinin sərgi damı çökülüb, Nələr vardı, nəyi qaldı kəndinin.Sac qırağı qonşu payı yox indi, Axşamların hay-harayı yox indi.Böyük-kiçik haqqı-sayı yox indi,Nələr vardı, nəyi qaldı kəndinin.Bayramlarda bir mərǝkǝ qurardıq, Tonqal çatıb, halay vurub durardıq. Cərgələnib qoltuq altı vurardıq, Nələr vardı, nəyi qaldı kəndinin.Uşaqların uşağlığı yaşlanıb, Çər-çəpərlər dəmirlənib, daşlanıb, Kəndimizin şəhər ömrü başlanıb, Getdi adı, getdi dadı kəndinin. Nələr vardı, nəyi qaldı kəndinin.2016PAYIZ AÇAN ÇİÇƏKLƏRDƏ TOZ OLMAZ (İki qəlbin pıçıltıları)- Sən gedəli bu yerlər də boşalıb,Gözlərimin giləsini yas alıb. Sənə tərəf gələn yolu daş alıb, Gələ bilsəm bir də səni görərdim.Harayladım durna lələk atmadı, Ha çəkdimsə oxum yaya yatmadı, Nə edim ki, əlim sənə çatmadı, Gələ bilsəm əllərindən öpərdim.- O günlər də bir yuxu idi yozulmaz, Tanrı yazan yazıydı bu, pozulmaz, Payız açan çiçəklərdə toz olmaz, Gələ bilsən baharıma dönərdim.Yubanma gəl, gəl, hələ də təkəm mən, Can qalmayıb, bu həsrəti çəkəm mən, Sənsiz keçən ömrə indi yükəm mən, Gələ bilsən səni görüb ölərdim. 1998 SON ZƏNGŞagirdlik dünyası yaşadız burda Sevin, məktəbnizi qədrini bilin. Siz yaşa dolduqca həyat yolunda Hərdən bu ocağa yığışın gəlin.Bir də uşaqlaşın, dəcəllik edin Doluşun qoynuna xatirələrin. Dərib ilk baharın tər çiçəklərin Sancın yaxasına ötən illərin.Basın bağrınıza müəllimləri Öpün kövrək-kövrək ağ saçlarını Onlar bilik verib, sevib sizləri Eşidin bir daha dualarını.Son zəng dünyaya açır qapıları! Son zəng ömrünüzün ülvi səsidir! Son zəng uşaqlığın son akordları! Son zəng həyata bir vəsiqədir!2015QAR DAŞITərsinə danışan gedər tərsinə, Ağac tǝrs əkilməz. Bitər tərsi nə? Tər tellər içində itər mər sinə, Telləri sığalla sinəni qoxla.Yığıb ətəyinə topa qar daşı, Tutub qar daşına tanı qardaşı. Qədir bilən üçün qardan qar daşı, Adamı adamla sınayıb yoxla.Ağçaylı, pozmadın sözünü, andı Sən Allahı sevdin, o səni andı. Qələm al, şer yaz, nə gözəl andı, Ətirli sözlərlə bir gözəl oxla.SEVGİLƏRİN GÖZÜ NƏMLİYadındamı deyirdin ha, Ulduzumuz sönən deyil, O ulduzu arama daha, O səma biz görən deyil.Bir bulaqdan su içərdik, Son ovcumdan, mən ovcundan. Bir-birimizə su çilərdik, Mən ovcundan, sən ovcumdan.O bulaq da yoxdu daha, Yer üzündən çıxıb gedir.Bir gecə sübh sabaha Gözlərini sıxıb gedib.Keçdiyimiz cığırları Tapammadım itib gülüm. Gəzdiyimiz çəmənlərdə Qanqal-tikan bitib gülüm.Qızıl gülün üzü qəmli, Budağına bağlar gördüm. Sevgiləri gözü nəmli, Bu dünyanı ağlar gördüm. May, 2016-cı ilZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.