ELNURƏ AĞAZADƏ: ÖLÜMƏ GEDƏN YOL (Hekayə) Nəsr, Müsabiqə 5 Mayıs Köhnə binanın qaranlıq giriş hissəsindən nəfəsi kəsən kəsif iy gəlirdi. Binanın həyətindən yerdə görünən siqaret tullantılarını üçüncü mərtəbəyə qədər kötüyünə qədər çəkilmiş hald a görmək olurdu. Nəm və mədə bulandıran köhnə binanın cansıxıcı iysinə siqaret iysi də qarışaraq insanı boğulma həddinə çatdırırdı. Siqaret kötüklərinə rast gələn binaya yad adam gəlsə elə zənn edərdi ki bunu bina sakinləri edir.Ancaq əsla.Bu pis vərdişə xüsusiylə meyilli bir insan vardı. 3-cü mərtəbədə 21-N-li mənzildə yaşayan Kamil. O, gənc yaşlarından siqaret aludəçisi olaraq onun xəstəsinə çevrilmişdi.Bir gündə 3-4 qutu ona belə bəs etmirdi.Dodaqları göyərmiş,dişləri çürük ,dərisinin rəngi boğuq və qırışlı idi.Yaşının qırx olmasına baxmayaraq ona elli bes-altimis yaş vermək olardı.Onu siqaretsiz görmək mümkün deyildi.Siqareti elə çəkirdi ki ,sanki oksigen qəbul edirdi.Siqaretin törədiyi fəsad onun ağ və qara ciyərinə sağalmaz yara vurmuşdu.Əvvəlcə sarılıq sonra pnevmaniya ,nəhayət vərəm xəstəliyinə tutulmuşdu.Müalicə olmaqdan qaçaraq öskürdükdə ,ağzından qan gəldiyi an belə siqareti atmazdı.Siqaret olmadıqda əlləri əsirdi.Həkim ona qəti qadağan etsədə tərgidə bilmirdi.Evdə yaşayışı acınacaqlı idi. Yeganə bir qız övladı məhz bu pis vərdiş ucbatından şikəst dünyaya gəlmişdi.Nəzrin olduqca gözəl və ağıllı olsada sümük xəstəsi idi.Bir əli və bir ayağı yaxşı işləmirdi. On iki- on üç yaşlı bu gözəl qız atasının ucbatından xəstəliyə dücar olmuşdu.Həyat yoldaşı evdar qadın özü isə arabir fəhlə işləyirdi.Ancaq qazanc bəs etmirdi. Bəzən kirayə pulunu gecikdirir, hətta elə günlər olur ki, evdə yeməyə belə çörək tapılmırdı.Ancaq ən dəhşətlisi isə o, aclıq və susuzluğa evdəkiləri də məcbur edərək dözür təki siqaret pulu olsun.Vay o günə ki, siqaret almağa pulu olmaya.Evlərində bir dava,mərəkə yaradırdı ki.Əvvəlcə həyətə düşüb dilənçi kimi gəlib gedəndən siqar alar,tapmadıqda həyətə göz gəzdirərək utanmadan kötükləri axtarardı.Əli hər yerdən üzüldükdə qadının döyərək məcbur edib qonşuya pul üçün göndəriridi. Onun həyat yoldaşı Yaqutun da yeganə ümüd ocağı bizim ev idi.Üz gözü göyərmiş halda qapını döyərək xırda pul istəyirdi.Mən yalnız onun və qızının halına acıdığım üçün pul verərdim ki ,günü xoş keçsin.Bir gün Yaqut mənə dediki bəs onun yolunu Nəzrin tapıb.Qız atası siqaret aldığı zaman bir iki ədəd götürərək gizlədir atasının siqareti olmadığı zaman ona verib sakitləşdirirdi.Bir gün dəhşətli hadisə baş verdi.Nəzrin məktəbdən evə yenicə gəlmişdi ki Kamil də onun arxasınca evə girdi. Qaş qabağı yer süpürürdü.Yazıq qız çox acmışdı.Çörək qabına göz gəzdirdi. Boş idi. Hətta evdə çay içməyə belə qənd yox idi.Yaqut yazıq nəzakətlə körpəsinə nəzər yetirərək:-Can balam acmısan? Evdə heç nə yoxdur.-nəmli gözlərini silərək:-bir az gözlə .Elnarə xalagil evdə yoxdu.gəlsin gedib pul istəyərəm.Kamil onun sözünə bəndmiş kimi:-Heç sənin 50 qəpik pulun yoxdur?Mənim bir ədəd siqaretimde yoxdur-söylədiYaqut nifrətlə onun üzünə baxaraq:-Mənim pulum hardan ola bilərki sən verməsən?Sən necə insansan ?Balan acından ölür .Çörək almağa pul yox.Sən siqaret axtarırsan-səsini yüksəldi.Kamil hövsələdən çıxaraq Yaqutun üzünə bir sillə vurdu:-Alçaq qadın kəs səsini.İfritə-qızına tərəf çevrilərək:-Sən küçük mənim siqaretlərimi oğurlayırsan?.Harada gizlətmisən?Tez ol tap ciyərini çıxardaram.Axsaq it küçüyu-onun zərif qollarından tutaraq silkələdi.Nəzrin zəif səslə atasının onu vuracağından qorxaraq :-Ata axşam axırıncını sənə vermişəm-deyib üzünü gilətməyə çalışdı.-Küçüy-onu vurmaq istədikdə Yaqut özünü qabağa verdi-Burax uşağı alcaq.Haqq şahiddir ki onu sən şikəst etdin .Allah cəzanı versin.-Tez ol tap yoxsa ikinizi də öldürəcəm-Kamil ona yaxınlaşdı.-Öldür onsuzda acından ölürük-Yaqutun səsinə cavab olaraq Kamil onun yaxasından tutaraq uzünə bədəninə yumruq zərbələri endirdi.Qadın müqavimətini itirərək yerə yıxıldıqda carəsiz qızcığaz həyəcanla ev-eşiyi qab qacağı axtarmağa başladı.Siqaret olmadığına əmin olsada anasını qurtarmaq üçün əlac axtarırdı.Anasının qışqırığına dözməyərək otağa qayıtmaq istədikdə qapının küncündə gözünə siqar kötüyü sataşdı.Sevincək götürərək otağa daxil oldu.Qəzəbdən vəhşi heyvanı xatırladan Kamil cəld hərəkətlə mətbəxə keçib bıcaq götürərək otağa qayıtdı.Yerdə taqətsiz halda uzanan qadına yaxınlaşaraq zərbə endirmək istədikdə Nəzrin yaşlı gözlərini ona dikərək əlini ona uzadaraq araya girdi.Kamilin endirdiyi zərbə Nəzrini qana qərq etdi.Yaqut dəhşətlə çığıraraq körpəsinin üstünə yıxıldı.Nəzrin əllərini sıxaraq :-ana demək istəsədə ağzından 2 damcı qan axdı.Yaqut vahiməylə çığırıb saçını yolmağa başladı.Kamil isə key kimi dayanaraq qızına baxırdı.Yaqut birdən qəhqəhə çəkərək güldükdən sonra qəzəblə anidən gözünü bıçağa dikdi.Bıçağı qızının bədənindən çıxararaq canlı ölünü xatırladan ərinə yaxınlaşaraq ona dalbadal zərbələr endirdi.Mən binaya daxil olduqda səslərin vahiməsi məni onların mənzilinə apardı.Açıq qapıdan içəri baxdıqda dəhşətli mənzərəni görüb evə daxil oldum.Kamil qan içində can verirdi.Nəzrinin gözləri qapanmışdı.Yaqut onun başı üzərində gah gülüb gah ağlayırdı.Mən və səsə gələn qonşular onlara yaxınlaşdıqda o heç hiss etmədi.Mən Nəzrinin əllərini ovcuma almaq istədikdə onun əlindəki siqar kötüyü düşərək atasının axan qan gölməçəsinə qarşıdı.Hər şey bəlli idi.Axan göz yaşlarım dodqlarımda bu kəlmələri səsləndirdi;-Nə üçün...Nə üçün vərdiş edilən pis əməldən yaxa qurtara bilmirik...nə üçün pis vərdişə vaxtında son demirik ki ...o bizim canımıza qanımıza hoparaq təkcə özümüzü yox bizə səadət bəxş edənləri də bizimlə bərabər məhv edir...nə üçün...nə üçün? . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.