Mirzə MƏMMƏDOĞLU: Qədim Tiflisin sirri... Poeziya, Müsabiqə 1 Ocak Müsabiqə üçün Qədim Tiflisin sirriBu qədim Ttiflisin qədimliyində,Bü qədim Tiflisin qədəmliyində,Bir tanış iz vardır,Babam izidir.Bu qədim Tiflisin qoca yaşında,Bu qədim Tiflisin öz yaddaşında,Bir doğma söz vardır,Babam sözüdür.Bu qədim Tiflisin öz nəğməsində, Bu qədim Tiflisin zümzüməsində,Bir layla çalınır,Babam sazıdır.Bu qədim Tiflisin əzəlliyində,Bu qədim Tiflisin özəlliyində,Bir əzəl, özəllik var,Babam özüdür. Qədim Tiflis nağılıBiri vardı, biri yoxdu,Dünyada olanlar çoxdu...Tiflis qala-qəsr idi,Qala qəsr Tiflis idi,Tiflis bir ulus idi,Öz gözəllikləri olmuşÖzəl Tiflisliliyində.Öz özəllikləri olmuşGözəl ulusluğunda,Fatehlərə sinə gərmişƏyilməmiş, məğrur durmuşNarınqala, Ana qala,Qoruyucu, Qorçi qala,Qala, İsgəndər qalasıYaddaşda, dildə qalası,Məscid minarələrindənAzan səsi ucalardı.Bir zamanlar türk camesi,Şah Abbas məscidi vardı.Abbasabad, Sərdarabad,Bürcləri də üzbəüz, Ana, İstambul, Təbriz.Mirzəabad, Seyidabad,Bu Tiflisi abad etmiş,Hər tərəfi cala örtmüş:Ortacala, Dirsicala,Neftcala, Əncirli cala,Bağcala, İlanlı cala,Bir yanda dovşan calası,Bir yanda bülbül calası.Bağlar olmuş solu, sağı.Tiflis, Ortacala bağı,Seyidabad, Vera bağı,Viranə bağ, Behbud bağı,Yeni bağ, Qeybulla bağı.Bir yanda Tatar meydanı,Bir yanda Təbriz meydanı,Meydanlar meydanı meydan.Fətəli qəbri, Yerbatan.Sokakları var yan-yana,Evləri də xana-xana,Alafxana, Bəzzazxana,Bazarxana, Aşbazxana,Siracxana, Qəssabxana,Urduvarxana, Gorxana,Kababxana, Çitazxana,Xarrazxana, Hovuzxana,Zərrafxana, Dabbağxana,Hər məhlədə bir çayxana.Çuğureti, çuxur yeri,Körpüləri bəzər Kürü.Şeytanbazar, Şəkər dağı,Aləm olub Kür qırağı.Xarpux, Hamamlar məhləsi,Xıdır Həbibin kilsəsi,Qaynar sulu hamamlarıTiflisin fəxri, vüqarı.Mirzə Fətəli, Nəriman,Xanəndə Seyid, Səttarxan,Bakıxanov, Mirzə Şəfi,Cəlil, Şaiq çoxdur səfiBu yerlərdə ad-san alıb,Xalqının qeydinə qalıb.Dağıstan, Gümüşün yolu,Karvan keçib, yükü dolu.Qoçoğlu suyu, Dəvə yolu,Lilo yolu, Lilə yoluKarvansara yaxın-yaxın,Karvan gəlib axın-axın,Qapılara gəlincə,Birinin adı Gəncə,Biri qapılar qapısı,Biri də Kocor qapısı.Eşqin butasını içdi,Qərib Tiflis bağlarında.Sənan Xumarın axtardı,Qədim Tiflis dağlarında.Bu Tiflisin öz yaşında,Hər daşında, yaddaşında,Tarixlərin izi vardır,Deyilməmiş sözü vardır.Bir vardı, biri yoxdu,Dünyada olanlar çoxdu.Tiflis qala-qəsr idi,Qala-qəsr Tiflis idi. * * *«İRƏVANDA XAL QALMADI»Vaxt var idi…«İrəvanda gəzən gözəl»,Xalı qoşa düzən gözəl,Nazlanaraq süzən gözəlİrəvanda xal qoymadı, Xalı saya saymadı……İndi isə əcəb işdiÇərxi fələk tərsə düşdü. İrəvanda gözəl gəzməz,Xalları da qoşa düzməz, Nazlanaraq daha süzməz, İşə bax ki,nələr oldu, Xal gözəlsiz, Gözəl xalsız qaldı.Şux gözəllər qalmasa da İrəvanda xallar qaldıO başında, bu başında,Torpağında, hər daşında, Mürgüləyən yaddaşında. * * * QƏDİM İRƏVAN NAĞILIBiri vardı, biri yoxdu, Dünyada olanlar çoxdu.Varlı-hallı, çox büsatlıBir Allah bəndəsi vardı.Rəvan, düzən yer axtarıbİrəvana təməl atdı.Binə qurub, yuva salıb,Arzu-istəyinə çatdı.Bu olaydan, işdən sonra, Xeyli zaman , dövran keçdi.Şah İsmayılın əmriləRəvanqulu bura köçdü.Zəngi-Qırxbulaq arasıQala tikdi, izi qaldı.Bu qalanın yaddaşındaAdı qaldı, özü qaldı.Osmanlıdan Fərhad paşaBu qalaya bir əl çəkdi,Bürclərini artıraraqYan-yörəsin möhkəm tikdi.Keçi qalanın bürcündənBir iamaşaydı Qarxbulaq.Şəhrin məhlələri:Şəhər,Təpəbaşı, Dəmirbulaq.Sonralar şəmin xanlıqdaAylar, illər ötdükcə,Hamam, məscid hey çoxalmışXanlar xanlıq etdikcə.Addımbaşı çayxanalar,Hər məsciddə mədrəsələr,Dörd bir yanda karvansara,Karvan gedər, karvan gələr.Dörd dolanar bu şəhəri.Döngələri, küçələriTürk soraqlı, türk ünvanlı.«Daşlı», «Adsız», «Dükanlı»,«Vəkillər», «Qala», «Pənah xan»,«Şəriət», «Naib», «Rüstəmxan»,«Karvansara», «Qəbiristan»,«Təpəbaşı» və «Naxçıvan»,«Bəy», «Hamamlar», «Qaxtağan»,«Qəriblər ocağa», «Memar»,«Mir Cəfər», «Sallaxlar»,«Güzgülü»,»Bağ» küçələriYada salır nələri.İndi başqa zaman gəldi,Bütün o yerləri sildi.Yaxşı bilir tarix özü,Saxlanc edir hər bir izi. * * * . İbadətdirİslama sadiq olsaq,Rükəti saya alsaq, Üç qılsaq, beş də qılsaq,Namaz bir ibadətdir.Daim vətən soraqlı,Özüm sözümə bağlı,Sözüm özümə bağlı,Söz də bir ibadətdir.Biçərsən, nə də əksən,El önündə diz çöksən,Onun nazını çəksən,Naz da bir ibadətdir.Sazını götür ələ.Nəfəs ver “Sarı telə”.Bağlıdırsa saz eləSaz da bir ibadətdir.Çalış, öz sözün olsun, Açıq bir üzün olsun,Öz yolun, izin olsun, İz də bir ibadətdir.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.