CAVİDAN: Əllərim göydən gəlirdi... Poeziya, Müsabiqə 28 Nisan CAVİDAN (Orxan Sadəddin oğlu Əfəndiyev) 7 şeir kitabı, 1 sözlərinə bəstələnmiş mahnılardan ibarət diskin müəllifidir. Sözlərinə mahnılar bəstələnmiş, mahnıları dəfələrlə müsabiqələrdə qalib olmuşdur. Mahnıları dəfələrlə “V&V Company”tərəfindən keçirilən “İlin mahnısı” nominasiyası üzrə qalib olmuşdur. 2009-cu ildə Yeni Azərbaycan Partiyası tərəfindən Bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə üzv seçilmiş, “Gənclər, İdman və Turizm Məsələləri Daimi Komissiyası”nın sədr müavini vəzifəsində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.Tənha adamın elegiyasıYağış yağır...Mən başımın üstündə çətir,başımda dolaşıq fikirlərimayağımın altında islaq asfaltağır addımlarla keçirəm yoluq küçələrdən.Budur, həmin küçə,həmin upuzun ağaclar...və yelləncək...Küçə bomboş və sevincsiz.Ağaclar lüt və mütəkəbbir,eynən səfeh fahişələrtək.Yelləncəkdə isə külək yellənir,sırtıq külək. Cəhənnəmə ki...Da gözümdən düşüb hər şey! –Sənsiz! Bədənim tənha,qollarım bədənsiz,əllərim key...Hey, qəvi ruzigar, hey!..Bu zırrama yağışlardan usanıram.Hanı ərşi-fələyin mavi bayrağıvə ipək qövsi-qüzeh?..Eh!Nə isə...Gedim evə,gedim bir az şərab içim...Tanış olaq, bu mənəm!Hisslərimdən... utanmıram!..Eşq... nifrət...ehtiras... –Bu mənəm! Gizlətmirəm heç nəyimi!Birdir üzüm, astarım!“Nəsənsə, o cür də ol!” -budur mənim şüarım...Mən yalanı sevmirəm!Qəşəng, şirin yalandan yüz min dəfə yaxşıdırçirkin, acı həqiqət!Məni qəzəbləndirir üzəvari ibadət,üzəvari itaət!Gizlətmirəm tərzi-həyatımı, fikrimi, sözümü...Barama qozasında gizlənmiş tırtıl kimi gizlətmirəm özümü!Mən su kimi şırıl-şırıl axıram,cığırıma düşmən daşı dolsa da!Mən günəşin düz üzünə baxıramparıltısı gözlərimi yolsa da!Külək kimi əsirəm,yarpaq kimi əsmirəm!Mən təklikdən qorxmuram, –taleyimdən küsmürəm!..Döyüşkəndir, dəyişkəndiriçimdəki duyğular! – Dörd fəsiləm:baharım var...yayım var...payızım var...qışım var...Aşinamdır poeziya və şərab...Məhəbbətdir fəlsəfəm! – Bu mənəm! Əllərim göydən gəlirdiƏllərim göydən gəlirdi,Xudavəndin qapısından.Ovucumda göyərçinlər uçuşurdu.Göyərçinlər azad idi, –nə qəfəs var idi, nə zindan.Ovucumda ayaqyalın uşaqlaroynaşırdı, ora-bura qaçışırdı.Uşaqlar şad idi, –nə daş-kəsək var idi, nə tikan.Ovucumda küreyi-ərz fırlanırdı.Küreyi-ərz abad idi, –nə savaş var idi, nə də qan!..Əllərim uzalı idi...əllərimdən tutmaq üçünİNSAN axtarırdım, İNSAN!Elegiya(Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə.)Oh, nə güclü, nəhəng vücud!Çiynində ərşi-fələkvə salxım-salxım kəhrəba şəfəqlər,dəryaların, dənizlərin üzərindən keçərəkgedir üzü göylərə...işıq səltənətinə!..Və şəfəqlər içində alovlanır saçları.Gedir günəşləşməyə...İgidim, hey!..Şəhidim, hey!..Əlvida...Fövqəlbəşər Mübariz!..Şanlı cəngavər!..Əlvida...Xudaya-xudavənda!Aç qoynunu, aç ona!Qəribsəyib səninçün!..Qollarını sallayıb, tək-tənhavə əliboş gedir üzü göylərə...Köksündəki güllələrdən savayıheç nə aparmır, Xudam!Uçur yan-yörəsində ağ göyərçin dəstəsi,pərqular qan içində.Gedir göylər adamı,gedir üzü göylərə...İgidim, hey!..Şəhidim, hey!..Ölümü öldürən OĞUL, – əbəda ölməyən diri!..Yaşa!................................Yaşa!................................Balıqçı qızı(verlibr)Bonjur, bonjur... Paris qızı – şlyapalı madmazel!Yosma qız,ədalı qız!Atan əsil-nəcabətli aristokrat,əntiqfüruş,Anan moda həvəskarı,süslü-püslü bir qadın.Onlar səni bəsləyiblərçiçək kimi,ipək kimi...yağ içində böyrək kimi...Bixəbərsən ehtiyacdan,kasıbdan, fəqirdən, acdan.Gördüklərin:ipək yataqlar...çilçıraqlı salonlar,tənbəki qoxulu məxmər pərdələr...tanqo, vals...səliqəli kavalerlər...lüks avtomobillər...əntiqə geyim-kecim...cazibəli ətirlər...dikdaban ayaqqabılar...pudralı üzlər...sürməli gözlər...boyalı dodaqlar...kremli əllər, şirmayı barmaqlar...Oxay... dolçe vita!.....Osa balıqçı qızıdır.Gümüş pullu balıqlardır onun dövləti, varı.Bəzək-düzək görməyib saçlarının qızıl qıvırcıqları.Bət-bənizi azca soluq,fəqət gözləri atəş kimi parlaq!Təmiz hava yanağını qızardıb,sahil qumu paltarının ətəyini bozardıb.Nə tanqo bilir, nə vals.Nə kremi var, nə duxusu,üst-başından gəlir dəniz qoxusu.Aralı dur,iyrənərsən,çiyrənərsən.Varlı qızı, – inteligent mühitinin ağ zanbağı!O, azadə, vəhşi gözəl!Dili sadə, ütüsüz,yalan-palansız,fəlsəfəsiz-filansız.Ürəyi tərtəmiz!..Zinətidir, incisidir alın təri, əllərinin qabarı!O, balıqçı qızıdır, – yosun qoxulu dəniz, havada uçuşan martılar, köhnə balıqçı qayığı, ağımsov balıqçı toruvə gümüş pullu balıqlardır onun dövləti, varı! Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.