Faiq HÜSEYNBƏYLİ: DÜNYA BİR TƏRƏFDƏ, SƏN BİR TƏRƏFDƏ Poeziya, Müsabiqə 23 Mayıs "ZİRVƏ" İnformasiya Mərkəzi - ZiM.Az saytının yaranmasının 2 ilinin tamam olması münasibətiylə keçirilən yeni yaradıcılıq müsabiqəsinin “ƏN YAXŞI ŞEİR” nominasiyasına göndərilirHüseynbəyli Faiq Bilal oğlu 1983-cü ildə anadan olub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yaradıcılığına görə 2007-ci ildə Prezident təqaüdünə layiq görülüb. BÖYÜK ADAMSən böyük adamsan, mən adi şair,Sənin qiymətini Yaradan verib -Birinin qismətin ürək dolusu,Birinin qismətin yarıdan verib.Yenə göz yaşımla məst oluram mən,Yenə əllərimdə çırpınır sözüm.Sən böyük adamsan, mən adi şair,Nə gecəm bəllidi, nə də gündüzüm.Mənim arzularım yel qanadlıdı,Min il yüyürsəm də çata bilmirəm.Zaman əllərimdə can verəcəkdir,Zamanın nəbzini tuta bilmirəm.Sən böyük adamsan, amma böyüklər,Balaca adama gülüb keçərlər.Mən adi şairəm, sadə şairəm,Şairlər dünyadan qərib köçərlər.Kiçikdən kiçiksən, böyükdən böyük,Qulliver adamlar məmləkətində.Sən də çox öyünmə, ay böyük adam,Hərə bir böyükdür öz qismətində.Bir az təsəllidi, bir az ümiddi,Həyatı bir az da yaşamaq olmur.Böyük kədərləri, böyük dərdləri,Böyük ürəkdə də daşımaq olmur. ZAMANI TUTMAQ OLMURQələm-kağız götür, yaz,Yaz ki, unutmaq olmur.Bu sevgini-sevdanıKönüldən atmaq olmur.İçimi sökən qızı,Dərdimi çəkən qızı,Göz yaşı tökən qızıVallah, ovutmaq olmur.Xəyalına gətir, yaz,Bu məktubu bitir, yaz.Qələm-kağız götür, yaz,Zamanı tutmaq olmur.Söz üstə verdim canı,Ömür hanı, gün hanı?Səndən sonra dünyanı,Daha yaratmaq olmur.Qələm-kağız götür yaz,Yaz ki, unutmaq olmur.DÜNYA BİR TƏRƏFDƏ, SƏN BİR TƏRƏFDƏDedik, ömrümüzə günəş nur saçar,Bağlı qapıları hansı sirr açar?Qalmışam ortada qərarsız, naçar,Dünya bir tərəfdə, sən bir tərəfdə.Çözdüm ilmə-ilmə əski adları,Sıxdım gözlərimdə etirazları.Mən necə yaşayım bu təzadları,Dünya bir tərəfdə, sən bir tərəfdə.İlahi, dərdimi tən yaratmısan,Nə gözəl mehriban, şən yaratmısan.Üçüncü dünyamı sən yaratmısan,Dünya bir tərəfdə, sən bir tərəfdə.Yollardan hansını seçim, bilmirəm,Bəlkə bu dünyadan köçüm? Bilmirəm...Mən hansı körpüdən keçim, bilmirəm,Dünya bir tərəfdə, sən bir tərəfdə.Gecənin dərdini verdim gündüzə,Sığmadı həsrətim şeirə, sözə.Səni dünya ilə qoydum üz-üzə,Dünya bir tərəfdə, sən bir tərəfdə.Torpaq, məni apar, su, məni apar,Qadın göz yaşıyla yu məni, apar.İlahi, ya sən gəl, ya məni apar,Dünya bir tərəfdə, sən bir tərəfdə.ÇIXDI QARŞIMAGöynən kəsdi yolumu,Yernən çıxdı qarşıma.Nəzirnən qarşıladı,Pirnən çıxdı qarşıma.Gerçəkdi, ya yuxudu?Hisslərimi toxudu.Ürəyimi oxudu,Sirrnən çıxdı qarşıma.Aydan arı bənizlə,Tuş gəldi bəndənizlə.Dalğalandı dənizlə,Kürnən çıxdı qarşıma.Ahıma dağla gəldi,Ayrı maraqla gəldi.İki uşaqla gəldi,Ərnən çıxdı qarşıma.ÖZÜNÜ QORUSözlə çəkdim şəklini,Söz dodağın, söz gözün...Bir gözünü seçərəmArasından yüz gözün.Hər gün çıxır qarşına,Adımı sən qarşıla.Düyün vurma qaşına,Turşumasın üz-gözün.Danış çəməndən mənə,Güldən-süsəndən mənə.Çəkirmi səndən mənəYol gecə-gündüz gözün?Qəlbini közdən qoru,Bir quru sözdən qoru.Özünü “özdən” qoru –Dəyər sənə öz gözün.GÖRÜŞDÜK, AYRILDIQ...Dağ dağa rast gəldi, insan insana,Sən mənim rastıma niyə çıxmadın?Sənli duyğulara, sənli hisslərə,Sənli həsrətimə yiyə çıxmadın.Şəklini çəkmişəm - yaddaşımdadır,Saçın ağarıbmı?Dəyişmisənmi?Hardasan?Hardasan, ay üzü dönmüş?Fikrə ayaq verən mənmi, ya sənmi?Görüşdük, ayrıldıq - tanışlar kimi,Biz qaçdıq zamandan, zaman yeridi.Bizim yollarımız birləşən nöqtə,Yeni sevgilərin iman yeridir?Dağ dağa rast gəldi, insan insana,Barı çıx qarşıma, bilim ki, varsan!Bəlkə də xoşbəxtsən, xəbərim yoxdur,Bəlkə mənim kimi biixtiyarsan!Hardasan?Hardasan, ay üzü dönmüş?DÜNYAEy uyan dünyanın cah-cəlalına,Bürünüb laləyə, süsənə dünya.Deyirlər fanidi, Məmmədmisalı,Nə mənə qalacaq, nə sənə dünya.Canında yüzillik, minillik sirr var,Üstünü toz basan iz var, ləpir var.Deyirlər, genişdir, hamıya yer var,Dar gəlir həyatdan küsənə dünya.Başını itirən ayaq axtarır,Yuxulu gecədə oyaq axtarır...Yorulur, özünə dayaq axtarır,Çatanda yetmişə, səksənə dünya.Dünya başdan-başa dola nur ilə,Ruhlar səcdə edə yeni şur ilə.Zamanın sahibi gələ Sur ilə,Bir səsdən qəflətən səksənə dünya.Pak edə bilərmi su insanları?Pak edə bilərsə, yu insanları.Niyə fırladırsan bu insanları?Kimsən e axı sən? Nəsən e, dünya?GEDƏK UZAQLARAHicrana qəhqəhə çəkək,Gülüb gedək uzaqlara.Ömrü dədə malı kimiBölüb gedək uzaqlara.Faş eləyək həqiqəti,Sevgi adlı təriqəti.Kim yazıbsa bu qisməti,Silib gedək uzaqlara.Ver Faiqə öz yükünü,Bir eləsin yüz yükünü.Yaxınların söz yükünü,Bilib gedək uzaqlara.Açılmaz sirr uzaqlıqdı,Ən gözəl yer uzaqlıqdı.Ölüm də bir uzaqlıqdı,Ölüb gedək uzaqlara!KÖNLÜMGünəş necə doğur, Ay necə batır? –Gəl eylə günümə tamaşa, könlüm.Bu qızıl qəfəsdə, bu dar macalda,Yatmayır bəzəyə, qumaşa könlüm.Fələyin çarxını çevir tərsinə,Doğrusu budursa, bunun tərsi nə?Tələsə-tələsə həyat dərsinə,Gəlib yetişmişəm bu yaşa, könlüm.Dünya ərköyündü, naz edir hələ,Axır öz sirrini verəcək ələ...Bir eşqə, sevgiyə köləsən, kölə,Ey zadəgan könlüm, ey paşa könlüm.Qarğışa tuş gəldim, alqış dedilər,Yolçu yolda gərək, yığış, dedilər.Yanlış rəng qatdılar, naxış dedilər,Uydu hər rəngsaza, nəqqaşa könlüm.Ömrü gödək olar o mələyin də,Kədər xəlbirində, qəm ələyində.Dərdi məst etmisən qu lələyində,Çırpırsan özünü hər daşa, könlüm.Yenə fikirlərim qarışdı, neynim?Alnımın yazısı qırışdı, neynim?Ağrıyla-acıyla barışdı, neynim? –Girmədi qismətlə savaşa könlüm.NİDAYLA BASDIRINTorpaqla, suyla pak edin,Odla, havayla basdırın -Məni qədim şahlar kimi,Qalxanla, yayla basdırın.Ey gülab qatan, ətrimə -Məst ol misrama, sətrimə.Kimsə dəyməsin xətrimə,Nazla, ədayla basdırın.Aşkar olar nələr, nələr,Qəmlə dolar piyalələr...Ulduz-ulduz kəcavələr...Günəşlə, Ayla basdırın.Ruhumu sözdə axtarın,-Bakirə qızda axtarın.Kamanda, sazda axtarın,Düyünlə, toyla basdırın.Yar olmayan hər yar ilən,Mənəm, gedən rüzgar ilən.Bu əhd ilən, ilqar ilən,Eşqə vəfayla basdırın.Mən asiyəm sirr səsinə,Titrəyir göy-yer səsinə.Qulaq verin Sur səsinə,Bu son nidayla basdırın!AMMA...Qış ötsə, qar ərisə,Yaz olsa, nolacaq ki?Alın yazım yenidənYazılsa, nolacaq ki?Nə dəyişər həyatda?-Hərf eyni, say eyni.İl həmin il olacaq,Gün həmin gün, ay eyni.Yenə gec gələcəksən,Göz yaşı, Yağış və Yol...Heç nə dəyişməyəcək,Mən mən olum, sən sən ol.Yenə həmin taleyiBu Faiq yaşayacaq.Başqa cür ola bilməz,Amma, lakin və ancaq...MÜBARƏKMizrabını sinəm üstə oynadanBir eşq ilən durulmağım mübarək!Sim üstündə ocaq çatıb ruhuma,Pərdə-pərdə kül olmağım mübarək!Bir ilahi eşqə varıb ürəkdən,Gözəlliyi görk elədim mələkdən.Sevə-sevə öc almışam fələkdən,Çiliklənib qırılmağım mübarək!Qəm şələsi ağır gəlir sağrıma,Bir İlahi səs yetişər ağrıma.Bu sevgini, eşqi basıb bağrıma,Dönə-dönə sarılmağım mübarək!Budur sözün məhəbbəti, nidası,Yaman olur işvə-nazı, ədası.Min illərin yolçusuyam, qadası,Gəlib səndə yorulmağım mübarək!KOR YUXULARIMNağıldan nağıla ötürür məni,Alma yuxularım, nar yuxularım.Ömrümü yarıda qoyub gəlmişəm,Divlərə qismətdi bar yuxularım.Nə zaman dolacaq eşq həvəsinə?Nə zaman səs verər könül səsinə?Üşüyür hər axşam qəm havasında,Yağış yuxularım, qar yuxularım.Demə, ötüb keçər bir gün bunlar da,Təki xoşbəxt olum boş yuxularda. Hər səhər pak olur axar sularda, Sənsizlik adına yar yuxularım.Bu axar sular da durular nə vaxt?Gözlərim yollardan yığılar nə vaxt?Nə zaman dil açar, çin olar nə vaxt,Bu lal yuxularım, kor yuxularım?Söz-sözə, səs-səsə... kəsən kəsəndi, Nə sözə yatandı, nə səs kəsəndi.Könül diksindirən, nəfəs kəsəndi, Daş qəfəs kimidi dar yuxularım.Mən ki, çəkdiyimi bilib çəkmişəm, Ağlayıb çəkmişəm, gülüb çəkmişəm. Gecəyə-gündüzə bölüb çəkmişəmFikrimi... Nə yaxşı var yuxularım.QIZILGÜL DƏRDLƏRİMMən ölsəm, arabir xatırlayarsız,Çağırsam, səsimə hay verərsiniz.Ağrılı-acılı qalan ömrümü,Ağlayan qadına pay verərsiniz.Söz ilə qıydılar cavan yaşıma,Nələr gəlmədi ki, nələr, başıma.Ulduz səpərsiniz sinə daşıma,Günəş bağışlayıb, ay verərsiniz.Nədən anlamayır, nədən dərdlərimMəni ruh dərdlərim, bədən dərdlərim?Özümlə torpağa gedən dərdlərim,Qızılgül cildində boy verərsiniz.SƏSƏ GƏLİRƏMNəsə, gedirəm özümdən,Özümə, nəsə, gəlirəm.Sözlə əriyib sönürəm,Dirçəlib səsə gəlirəm.Zil nədi, pəsdən düşürəm,Sanma ki, qəsdən düşürəm.Hər gün həvəsdən düşürəm,Hər gün həvəsə gəlirəm.Özün bağışla günahı,Bağışla, könlümün şahı!Qarşıla məni, İlahi,Yanına kəsə gəlirəm.YADDAŞİz ayağın yaddaşıdı,Başın da öz yaddaşı var.Böcəyin böcək taleyi,Quşun da öz yaddaşı var.İki başı var, yüz dili,Şair dilidi söz dili.Qayanın, dağın öz dili,Daşın da öz yaddaşı var.Ömür var, əzaba dönür,Ömür var, kitaba dönür.Kababla kababa dönür,Şişin də öz yaddaşı var.İki deyil, üçdü dünya,Başımıza uçdu dünya.Şair, demə boşdu dünya,Boşun da öz yaddaşı var.GÖYLƏRƏ MƏKTUBEy mələk, gəl apar bu qara baxtı,Gəl apar, yenidən düz mənə göndər.Ömrümə vurduğun ilmə-düyünü,Allah xatirinə çöz, mənə göndər.Arzuya-muraza çatım Eşq ilən,Tənhalıq daşını atım Eşq ilən.Yenidən günaha batım Eşq ilən,Cənnət almasından üz, mənə göndər.Adəm övladıyam, tənhayam, təkəm,Qoyma yalnızlığı tək-tənha çəkəm.Bəlkə də mən özüm dərdimə yükəm,Bir Həvva cildində qız mənə göndər.Vaz keçdim uğursuz səadətimdən,Bir sona varmadım nəhayətimdə.Divlər ölkəsində kəsdim ətimdən,Yarama qoymağa duz mənə göndər.Başıma oyun aç, yenə iş artır,Səmadan torpağa bir az düş, artıq;Dərdimi-qəmimi birəbeş artır,Ocaq çatmaq üçün köz mənə göndər.Ta üzüm gəlməyir günah etməyə,Sirrimdən aləmi agah etməyə.Allaha dərdimi izah etməyə,Bir kövrək, duyğulu söz mənə göndər.Verirəm küləyə, rüzgara baxtı,Yarısı olmayan bu para baxtı.Ey mələk, gəl apar bu qara baxtı,Gəl apar, yenidən yaz mənə göndər.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.