Rəsul Rza və Anar! Ədəbiyyat » Poeziya 23 Haziran Bu şeirimi dahi, Xalq şairimiz Rəsul Rza müəllimə, və dahi Xalq yazıçımız, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllimə həsr edirəm.Biri zirvə, biri dağdı,Bol meyvəli güllü bağdı.Biri haqdı, biri sağdı,Rəsul Rza və Anar!Sözümüzün Allahıdı,Gələcəyi, sabahıdı.Nəzmin, nəsrin padşahıdı,Rəsul Rza və Anar!Tarix yazdı qələmləri!Dillərdədi kəlamları... Doğru yazdı olanları,Rəsul Rza və Anar!Yaşayacaq illər boyu,Rzayevlər nəsli , soyu!Yaradanın dahi payı, Rəsul Rza və Anar!Ulduz kimi sönməzdilər,Zirvələrdən enməzdilər.Amalından dönməzdilər,Rəsul Rza və Anar!Məkanları göylərdədi,Kitabları əllərdədi.Neçə ildi dillərdədi,Rəsul Rza və Anar!Dünya boyda hörmətləri,Yer-göy tutmaz şöhrətləri.Dahilikdi qismətləri -Rəsul Rza və Anar!Fuad Biləsuvarlı, Azərbaycan Yazıçılar birliyinin üzvü, 06. 22. 2016 Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.