SADAXLI Sabir Mahmudovun ŞEİRLƏRİ Poeziya, Borçalı 23 Temmuz Dağlar o dağlara bənzəmir dahaDərələr dumanlı, dağlar çənlidi,Ürək qubarlıdı, gözlər nəmlidi,Yurd yeri yaralı, ellər qəmlidi,Dağlar o dağlara bənzəmir daha.Muşul meşəsindən keç, həmən deyil,Vələsdi bulaqdan iç, həmən deyil,Yaylaq o yaylaqdı, köç həmən deyilDağlar o dağlara bənzəmir daha.Dəyələr qurulmur, ocaq qalanmır,Daha gözəllərin könlü alınmır,Aşıq Məhəmmədin sazı çalınmırDağlar o dağlara bənzəmir daha.Üst-üstə qalanır günbəgün qəmim,Elə bil qərq olur dəryada gəmim.Daha qonaq gəlmir Ziyəddin əmimDağlar o dağlara bənzəmir daha.Ulu babaların izindən soruş,Ahıldan,qocadan,ozandan soruş,Sadaxlı Sabirin özündən soruş,Dağlar o dağlara bənzəmir daha.Muşul - Sadaxlıda meşə;Vələsdi - Sadaxlıda bulaq;2013-cü il.Daha bu dünyadan bezmişəm, Allah...Daha bu dünyadan bezmişəm, Allah,Nolar, dərgahına tez apar məni!Etdiyim günahlar dünyada qalsınHara aparırsan, düz apar məni...Qarlı zirvələrdən aşıb gəlmişəm,Kükrəyib, çağlayıb, coşub gəlmişəm,Vallah bu dunyaya çaşıb gəlmişəm.Keçir süzgəcindən, süz, apar məni.Hər tərəf laləzar, hər tərəf yaşılSənə həmdəm ola ömür yoldaşın.Nə cavan olasan, nə ahıl yaşın...Payızda gəlmişəm, yaz apar məni...Vətənsiz ağlayan Sarı bülbüləm,Boynu bükük qalan Xarı bülbüləm,Özgə çəmənində solan bir güləm,Özün Öz əlinlə, üz, apar məni...21. 05. 16.Dağlar, sizlə görüşməyə gəlmişəm("Dağlar, sizə baş əyməyə gəlmişəm". İ. Tapdıq)Zirvəyə səsləyir hər cığır, hər iz,Məni salamlayır bənövşə, nərgiz.Yaman darıxmışam, a Ləlvər, sənsizDağlar, sizlə görüşməyə gəlmişəm,Dərd - sərimi bölüşməyə gəlmişəm.Dərdi dərd üstünə qalayır fələk.Qəribi həsrətlə sınayır fələk.Ahu - zar edəndə qınayır fələkDərd - sərimi bölüşməyə gəlmişəm,Dağlar, sizlə görüşməyə gəlmişəm.Həsrətəm, a dağlar, sizdəki qara.O uca zirvəyə, o şux vüqara.Könül , aparırsan de məni hara!?-Dağlar, sizlə görüşməyə gəlmişəm,Dərd - sərimi bölüşməyə gəlmişəm.2012-Sadaxlı.HəsrətHeç nə istəmirəm mən ilahidən,Bir Vətən havası, bir də göy çəmən,Sürü yaldan aşa, quzu mələşə,Dağlar duman ola, ətəyi sis-çən,Heç nə istəmirəm mən ilahidən.Mənə layla çala çay şırıltısı,Bulaq zümzüməsi,göy gurultusu,Nənəmin cəhrəsi, daş kirkirəsiKeçən günlərimi üyüdə dən-dən.Heç nə istəmirəm mən ilahidən.Çıxam səhər tezdən "Tarpın qaşı"na,Qız - gəlin yığışa "çeşmə başı"na,Bir alagözlünüm şux baxışınaÖmrü fəda edəm,canımı qurban.Heç nə istəmirəm mən ilahidən.Duman gələ Vəlihlini bürüyə,Qərib bulud kəcavəsin sürüyə,Damla-damla səpələnə, əriyə.Həsrət dolu gözlərimdi yol çəkən.Heç nə istəmirəm mən ilahidən.Dədə yurdum Tarpın qaşındadır.Vəlihli Kəndimizin ucalıq simvolu - dağ.21 yanvar 2014-cü ilÖMÜRÖmrünün "Qızıl payız"ını yaşayan ömür-gün yoldşım Darecan xanıma həsr edirəmBaşını çiynimə qoy, bir az mürgüləDağlara aparsın yuxular biziKövrək könlümüzə su səpə bəlkəBir az ovundura bulaqlar bizi.Ötüb baharımız, indi payızıq.Payızı ötürsək- nə qalır qışa!?Dumanlı, çiskinli yollar aşmışıq.Qırx ildir gedirik bu yolu qoşa.İndi dövrümüzün gümüş çağıdır.Yarpaq tökümünə başlayıb ömür.Artıq karvanımız səfər üstədirDurna qatarımız uçmağa hazır.Başını çiynimə qoy, bir az mürgüləGəncliyə aparsın bizi duyğular.Ömür yaşamışıq məhəbbət dolu.Daha qorxudammaz bizi qayğılar.30.05.2014.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.