ƏLÖVSƏT TAHİRLİ: Bu sınıq könlümü köklə sevincə... Poeziya, Müsabiqə 1 Kasım ƏLÖVSƏT TAHİRLİ - 1958-ci ildə Cəlilabad rayon Tahirli kəndində anadan olmuşdur. 1966-cı ildə Cəngan kənd orta məktəbində birinci sinifə qəbul olunmuş, 1976-cı ildə orta məktəbi müvəffəqiyyətlə bitirmiş və Bakı Plan-Uçot Texnikumuna daxil olmuşdur. Bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərində başlamışdır. Şeirləri “İcmal”, “Sərbəst dūşūncə”, “Azad Qələm” və sair qəzetlərdə, “Sözūn işığı” jurnalında çap olunub. "Ürəyimdəsən hələ" kitabının müəllifidir. Bunlardan başqa şairin şeirləri “Avrasiya şairleri antolojisi”ndə və “Atəş 2016” antalogiyasında çap olunmuşdur. Evlidir. 3 övladı və 5 nəvəsi var.DūnyanınYağdırdı başıma yağışı, qarıSoldu gözlərimdə ömūr baharıBu imiş verdiyi tükənməz varı?Dəysin təpəsinə payı dūnyanın.Gözūmdə nur bitir, titrəyir əlim.Dəyişib yerişim, əyilib belim.Qalmayıb saçımda bir qara telim,Dağılsın, çalınsın vayı dūnyanın.Yaddaşım pozulub dəyişib səsimDinib danışanda çatmır nəfəsimAzalır gūnbəgūn eşqim, həvəsimKəsilsin biryolluq hayı dūnyanın.Namərdə arxadır, mərdinə qənimQoynunda qəribdir haqqı deyənim.Söylə, bu dūnyanı necə bəyənim?Yoxdur namərdlikdə tayı dünyanın.16.10.2016.DūnyaNə erkən yağdırdın saçıma qarı?Doldurdun qəlbimə qəmi, qubarı?Birazca insafın olaydı barı,Yapışıb yaxamdan çəkməzdin dünya.Uşaqkən aldatdın başımı qatdın,Böyūdūm dalğadan, dalğaya atdın.Dərd verdin dərdimlə məni ovutdun,Daşını başıma tökməzdin dūnya.Yeridim, yolumda badalaq vurdun,Min hiylə işlətdin, min bir tor qurdun.Olan olmazımı göyə sovurdun,Ömür sarayımı sökməzdin dūnya.İNDİÖmür evimə ilmə-ilmə hördüyüm,Həm aşkarda həm yuxumda gördüyüm.Vüsalına yetmək üçün öldüyüm,Sənsizlədim, gəl yanımda dur indi.Viranədir, sənsiz dünyam talanıb,Sinəm üstə həsrət odu qalanıb.Könlüm evi min yerə parçalanıb,Sənsizlədim, gəl yenidən qur indi.24.07.2016DünyanınQoyub qabağıma qaraçı tasın,Baxacam falına, tutacam yasın.Sizdə qol çırmayıb gözünü basın,Nə qədər ayılmır başı dünyanın.Aqili, nadanı bilinmir nədən?Halallıq əlini çəkib süfrədən,Kişisi papaqsız,qadın lüt bədən,Tökülmür başına daşı dünyanın.Haqqın tərəzisi çəkmir düzünə,Göydən od ələnir yerin üzünə.Bəylər boyun əyir arvad sözünə,Tökülüb ağzından dişi dünyanın.Dəyib qulağına deyəsən adı,Çoxalır günbəgün fitnə fəsadı,Dünya dünya kimi dünya olmadı,Gəlsə gəlməsədə xoşu dünyanın.19.07.2015.Bilsənİllərin, ayların intizarını,Gülüm, gözlərimdən sil, silə bilsən,Nələr yaşamışam nələr çəkmişəm,Oxu gözlərimdən,bil, bilə bilsən,Baharda düşmüşəm borana,qara,Həsrətin sinəmdə sağalmaz yara.Bir odlu baxışın dərdimə çara,Süzdürüb qaş, gözü, gül gülə bilsən.Bu sınıq könlümü köklə sevincə,Danış şirin-şirin, din incə-incə.Çəkərəm nazını desən ölüncə,Dağ olan dərdimi böl, bölə bilsən.03.07.2015.GələsənBahar mehi əsə çəmənə, çölə,Buludlar şehindən pay verə gülə,Ulduzlar gecənin bağrını dələ,Hər dərdi, möhnəti atıb gələsən.Baxçamda gül əkəm, aça güllərim,Saçının sığalı ola əllərim.Qəlbimdən qəlbinə könül tellərim,Yol ola, yolları tutub gələsən.Yel vura budaqda yarpaqlar əsə,Quşlar nəğmə deyə, verə səs-səsə,Baxışın od saça,səbrimi kəsə,Sevinci sevincə qatıb gələsən.Sənin üçün(Sevda xanımın "SƏNİN ÜÇÜN" şeirindən təsirlənərək)Ömrün gözəl, şən vaxtıdır,Bahar fəsli, çən vaxtıdır.Baxma saçın dən vaxtıdır,Darıxmışam sənin üçün.Odum,közüm qorumda sən,Eşq soraqlı yolumda sən.Sağımda sən, solumda sən,Darıxmışam sənin üçün.Məni odlara salanım,Od ol, oduna qalanım,Dönüm, başına dolanım,Darıxmışam sənin üçün.Bağban olum gül bağına,Hər gün dönüm qonağına.Dodaq sıxım dodağına,Darıxmışam sənin üçün.İstə sən, gəlim gətirim,Baxçanda güllər bitirim.Olginən müşkim,ətirim,Darıxmışam sənin üçün.Sevda sevincin olaram,Axıb gözünə dolaram,Hər gün qadanı alaram,Darıxmışam sənin üçün.Qulaq asma hər qınağa,Öpüş düzüm al yanağa,Əlövsəti çək sınağa,Axtarıram sənin üçün.Hay ver hardasan ay anaGəzdirərdin çöl-çəməniSevib oxşayardın məniSən idin könlūm həmdəmiHay ver hardasan ay ana.Səsim çatmır ūnūm yetmirHəsrətin tūkənib bitmirSurətin gözūmdən getmirHay ver hardasan ay ana.Yoxsan, ömūr baxçam solubQəm kədər qəlbimə dolubKönūl dūnyam viran olubHay ver hardasan, ay ana.Daşa dönsūn zalım fələkSənsiz necə ömūr sūrəkYoxluğuna dözmūr ūrəkHay ver hardasan, ay ana.Oyuluram oyum-oyum,De mən səndən necə doyum,Hay ver bir səsini duyum,Hay ver hardasan, ay ana. 05.05 2016. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.