Dünya məni çox sıxma, gedərəm bir gün... Ədəbiyyat » Poeziya 3 Aralık Dünya məni çox sıxma, gedərəm bir gün, Yatıb torpaq altda, ölərəm bir gün. Kəfənə bürünüb yataram bir gün Sonra dön desən də, dönmərəm geri. Tanımaq olmayır, geri baxanda Sən necə dəyişdin kiçik zamanda? Həyatdan iyrəndim, keçən hər andaMəzara gedərəm, dönmərəm geri. Hanı o Şirinin, hanı Fərhadın?Hardadı Kərəmin, hardadı Əslin? Sevginin yolunda mən darmadağın, Olmuşam, bezmişəm, dönmərəm geri. Dostluğu bilirdim pak və pakizə, Hər qardaş deyənə verdim icazə, Vurdular bıçağı, almadım vecə, Yaradı kürəyim, dönmərəm geri. Gedərəm arxamdan ağlayan olmaz, Ruhuma Fatihə tapşıran olmaz. Bəlkə də heç zaman axtaran olmaz Dünyadan əl çəkib, dönmərəm geri. Mənəm Allahverdi, qəmli bir şair, Sözümü demişəm hər şeyə dair, Əlbətdə deyiləm heç nəyə qadir, Getsəm son mənzilə, dönmərəm geri...Allahverdi Qeniyev,Borçalı, Aşağı Saral kəndi,Rza abbasov adina orta məktəbin XII sinif şagirdi. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.