Səbinə FƏRHADQIZI: "Bir damla göz yaşi tək, Qoy mən axım qəlbinə..." Poeziya, Müsabiqə 9 Aralık Səbinə Fərhad qızı Məmmədova - 1985-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. 2002-ci ildə Bakı şəhərindəki 160 saylı orta məktəbi bitirib. 2006-cı ildə ADDU-nun ingilis dili filologiyası fakultəsini bitirib. İlk şeirini rus dilində yazıb. Daha sonra doğma Azərbaycan dilində yazmağa başlayıb.Səbinə xanıma biz də yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik. Mehparə MANSUROVA,Bakının Pirallahı rayonundakı231 nömrəli tam orta məktəbin direktoru,Yeni Azərbaycan PartiyasıPirallahı rayon təşkilatınınQadınlar Şurasının sədri. YOLLAR Gedirəm bu yolları,Gedirəm dönə - dönə,Gizlədim dərdlərimi,Demədən bir kimsəyə.Gedirəm yavaş - yavaş,Gözümde bir damla yaş...Artıq son dayanacaq,Bu yollar bağlanacaq.Qırılıbsa arzular,Geriyə nə qalacaq?Dumanlıdır səhərim,Kədərlidir ürəyim,Həsrətin kölgəsindəSürünür gecələrim.Bir daha bu yollardaQalmayacaq izlərim...BU PAYIZIN YARPAQLARIBu payızın yarpaqları,Həsrət dolu yağmurları,Acı verən yaralarıMənə doğma olub indi.Səni sordum yarpaqlardanYalqız qalan budaqlardan,Səni hər gün dönə - dönəSordum, sordum bu payızdan.Yarpaqları saya - sayaSöylə keçərmi bu zaman?Gəlsən de sen, gəlməsən de,Ürəyimdəsən hər zaman.MÖHTACAMCavabsız suallarla,O itmiş arzularlaQaldım tənha yenə də.Bir damla goz yaşi tək Qoy mən axım qəlbinə.Pərişan baxışlarla,Üşuyən duyğularlaQaldım tənha yenə dəBir damla göz yaşı tək Mən qonum kipriyinə.Bəlkə əsən bir rüzgar, Bəlkə yağan yagışlarGətirər səni mənə,Möhtacam nəfəsinə.TƏNHALIQ Susub baxırsan gözlərimə,Tək dostum, həmdəmim, Tənhalıq,Qışı deyib gəlmisən yenəÖmrümə, günümə, Tənhalıq.O görünməz çətirinlə sənDayanıb başımın üstündə,Qorumusan məni nələrdən,Bəs onda qəlbim üzgün niyə?İndi özün cavab ver mənə,Sən ki hər şeyi belə bilən,Daim əlimdən mənim tutan,Mənlə danışan, mənlə gülən.SƏNSİZZərif çiçəklər soldu,Bağçalara gəldi qış,Xəfif buludlar doldu,Yağır durmadan yağış.Sənsiz tənha qəlbimə,Sənsiz sənsizəm yenə.Soyuq arzular dondu,Baxışlarımda kədər,Bir anda axşam oldu,Gələr ne vaxt o səhərSənsiz tənha ömrümə?Sənsiz sənsizəm yenə.Sənsiz gözlərim dolar,Qəlbimi həsrət oyar,Heç bilməzdim ki sənsizBu qədər çətin olar... Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.