Müşfiqə Baladdin qızı: "Gəl, sənə şeir oxuyum..." Poeziya, Müsabiqə 24 Kasım Müşviqə Baladdin qızı Baxşiyeva - 1984 -cu ildə Lerik rayonunun Boykəndil kəndində anadan olub.1990-cı ildə Bakı şəhərindəki 274 saylı orta məktəbi bitirib. Hazırda elə həmin məktəbdə İbtidai sinif müəllimi işləyir. Ailləlidir.1 ovladı var. Gəl, sənə şeir oxuyum... Gecə səssiz, bulud yorğun, Gəl sənə şeir oxuyum. Qışdı, sevgin üşüməsin, Ürəyimin üstə qoyum. Bu nəğməyə saz yaraşır, Gülüşümə naz yaraşır, Çiçək ömrə yaz yaraşır, Ətir saçım, gül qoxuyum. Dindir könlün, dilə gəlsin, Yarım "gülə-gülə gəlsin", "Elə getsin, elə gəlsin"-Ürəyimdə eşq toxuyum. Gunahsız məhbus Esir etdin məni baxislarına, Gunahi izahsiz mehbus olmusam. Umudden koklenen qanadlarimda, Caresiz cirpinan bir qus olmusam. Esir etdin meni tebessumuneUzunden asilib goz bebeklerim.Qocalmis arzunun ter sevdasindaMin cur etir sacir naz ciceklerim. Hele saf hisleri demirem seneEn hezin mizrabin uste koklenib Butun qem qusseni yigib basina Ele bil ureyim derde teklenib Yollara tokulub xatirelerim Her yanda gorurem senin eksini.Elimden almisan yuxularimi Cekmisen gozume sen oz resmini. Dünən sənə rast gəldim Dünən sənə rast gəldim,Gözlərində bir giley,Dodağında titrəyiş.Əsim əsim əsirdin...Bir az dəyişib üzün, Solğunlaşıb bənizinSınıxmısan,bu nədir?..Dünən sənə rast gəldim.Gözlərini qaçırdın xəcalətin gözündən,Mənim sədaqətimi sən tapmadın özündə....Hanı sənin qürurun?Məğrurluğun bəs,hanı?Kitab kimiydin mənə, oxuduqcamarağı artırırdın özünə.Nə gileydi gözündə?İllərin naxışını sən yığmısan üzündəNecə ki,illər əvvəl susdun,yenə sus,adam!.Daha varlığın deyil, yoxluğuna möhtacam.Qaya kimi sərt görünƏzilib qabağımda bir çınqıla dönüşməBu qədər hiylə yetər,daha da kiçilərək çalış, gözümdən düşmə.Məndən sonra Pəncərənə iz qoymusan baxışınıGözlərində dunya qədər "mən" görürsənQollarını kilitləyib dar köksündəSoyuqlaşan məhəbbətə üzülürsənDağ qururun damladan da kiçik olub Qaşlarına düyün düşüb qəmdən sonraDoğma evin ogeyləşib , uzaqlaşıbEşitmişəm qocalmısan məndən sonra Hər musiqi qulağına tanış gəlir Uzaqlara süründürür xəyalınıXatirələr göz yaşında eks etdirir Görməyəydim kas ki sənin bu halınıMən ki səni bir dünyaya sığdırmadımNəyi tapdın həyatında indən sonra Çox olacaq urəyinin qonaqlarıGəlmyəcək bu dunyaya "məndən" sonra Bu dunyadan gözüm doyub Mən küsmüşəm bu dünyadanHər daşından kədər baxırMən küsmüşəm bu cahandanBulağından nifrət axırMən küşmüşəm qaranlıqdanGöz yaşıma sığal çəkirÜstümdəki günahlarıZülmətindən kənar çəkirDuyan ürək, yanan ürəkKimdir başqa cəfakeşimQinamıram anamı mənDoğub ki mən cəfa çəkimMən küsmüşəm bu dünyadan Gələn vurub,gedən vurubNə fərqi var yaşım neçəBu dünyadan gözüm doyub...Sorusmusanmı məndən Soruşmusanmı məndən nə keçir ürəyimdəmNə demək istəmişəm, nə etmək istəmişəm?..yoxmu arzu, diləyim.Soruşmusanmı məndən, niyə solğundur üzün,Niyə kövrəkdi gözün?Bir baxmısanmı mənə,görmüsənmi qəlbimi?Axı ömür yoldaşı ömrə dayaq deyirlər.Soruşmusanmı məndən, bu günün necə keçib?Üzüldüyün nəsə var, üzündən sevinc küsüb? Əlimi əllərində dost kimi sıxmısanmı?Gözümün içindəki qüssəyə baxmısanmı?Üstümə hücum çəkir hər gün, hər gün ağrılar,Üzümdəki təbəssüm kədərimi parçalar.Dilindən sormusanmı qəlbimi incidəndə?Heç olmasa bir kərə" Hər şey yaxşı olacaq" demisənmi dilində?Məni görməyin üçün necə bir göz gərəkdir?Hansı bir qəlb gərəkdir, necə vicdan gərəkdir?Məni görməyin üçün mən nələr etməliyəm?Üsyanımı içimdən bağırıb tökməliyəm?Soruşmusanmı məndən, neçə gecə yuxusuz,ah içində keçirtdim.O ahlarım sayında , mən sevgimi bitirdimMənim qüssəmin üstə yad nəfəslər, yad ətir neçə gecə gətirdin?Vəfanı qoy kənara sən vicdanı itirdin....Mənim arzularımı başqasında tapmısanMənim gözlərimdəki işığı azaltmısan.Sən oğrusan, qəlbimi, ömrümü oğramısan.Gözümdəki sevinci, arzunu doğramısan. Soruşmusanmı məndən, nə keçir ürəyindən?.... Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.