Raqif Raufoğlunun YENİ ŞEİRLƏRİ Poeziya, Müsabiqə 31 Ocak Raqif Rauf oğlu Əliyev 1984-cü ildə Bakıda anadan olub. İxtisasca iqtisadçıdır. 2000-ci ildən başlayaraq dövri mətbuatda yazılar, şeirlər və tərcümələrlə çıxış edib. İlk şeirlər kitabı 2003-cü ildə çap olunub. 2008-ci ildə B.Obamanın "Atamın arzuları" kitabını azərbaycancaya tərcümə edib. 2001-ci ildə Raqif Raufoğlunun da daxil olduğu 3 müəllifin birgə kitabı - "Ölü yazarlar dərnəyi" çap olunub. 2014-cü ilin aprel ayında isə "Qadağan olunmuş kitab" romanı çap olunub. "Çirkinlik" onun müəllifi və həmmüəllifi olduğu 5-ci kitabdır. 2009-cu ildən 106.3 FM-də çalışır. "Bumeranq" səhər şousu və "106.3-ün dairəsi" verilişinin aparıcısıdır.Biz də gənc və istedadlı qələm dostumuz Raqif Rauf oğluna yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.Müşfiq BORÇALI,ZiM.AZGörəsən neçəyə susub?Çoxdandır səsi gəlməyən.Baxın, bəlkə nəsə yazıb,Yazıq danışa bilməyən.Tutaq ki, ağzı bağlıdır,Bunun əli var, qolu var.Niyə susub, maraqlıdır,Danışmağın min yolu var.Burda belə saydırırlar,Dəlilərin qədərini.Ağıllılar uydururlar,Dəli lətifələrini.Sonra isə izləyirlər,Kim gülüb, kim ağlayacaq.Belə-belə gözləyirlər,Axıra kimlər qalacaq.Bunu da mütləq görəcək,Şeiri bilən-bilməyən.Bəlkə bu dəfə gələcək?Çoxdandır səsi gəlməyən.2017-nin ilk şeiriBurada çoxdandır göy guruldamır,Qurdların yerinə quzğun ulayır.Tülküyə ox atmaq qadağan olub,Ocağı çaqqallar, itlər qalayır.Gör neçə əsrdir göy guruldamır,Çölləri satmışıq soyuq evlərə.İndi nə çöl bizim, nə də ev bizim,Dönə də bilmirik doğma yerlərə.Burada çoxdandır göy guruldamır,Göyləri titrədən kişilər ölüb.Duanı göyə yox, yerə edirlər,İndi yer titrəyir göylərə dönüb.Çoxdandır, çoxdandır göy guruldamır,Yerin bərəkəti gedib, görürsüz.Yuxuma qəribə bir adam girir,Hər dəfə soruşur, nə vaxt gəlirsiz?Burada çoxdandır göy guruldamır,Göylər qəzəblənib bizə deyirlər.Yerdəki səs-küydən qulağım batıb,Eşidə bilmirəm nəsə deyirlər.Çoxdandır, çoxdandır göy guruldamır,Səhərlər dumanlı, yorğun açılır.Həkimlər qorxusu yoxdur deyirlər,Hərənin ürəyi bir cür sancılır.O qədər çoxdandır göy guruldamır,Yadımdan da çıxıb qütb parıltısı.Bəlkə başımızı göyə qaldırsaqBizə cavab verər göy gurultusu?..22.01.2017Kişilər onsuz da azad doğular...Yox cənab hakim!Mənə azadlıq verməyə haqqın yoxdur.Azadlığa qadınlar can atar.Kişilər onsuz da azad doğular.Qərarını ver,Gedim cəzamı çəkim.Bəli cənab hakim!İnan mənəHamı sənin qərarından danışacaq.Hər şey yaxşı olacaq...Məni nədə ittiham edirsən?Sərxoşluqda?Mən onsuz da sərxoş ola bilmirəm.İçən kimi ayılıram.Ya ağlamaqdan,Ya da gülməkdən.Yoruldum deməkdən.Ancaq sənə çatır ərkim.Yox cənab hakim!Bu yalvarış deyil,Bu müraciətdir.Deyirsən azadlıq böyük nemətdir?Nə verəcək mənəSənin azadlığınSevgililərin bir-biriniQucaqlaya bilmədiyi ölkədə?Xəbərin yoxdur bəlkə dəAzadlıq keçəndə,Yolları bağlayırlar.Parkları tək-tək gəzənlərə,Otları əcnəbilərə saxlayırlar.Sənin hökm verdiyin şəhərdəBir-birinə baxıbGülümsəyə bilməz heç kimBəli cənab Hakim!Daha məni qınama.Bacara bilsən,Bir günlük azadlıq götürGəl mənim dəlixanama.Bütün qurbanlarınaGöz yaşı tökümİmza:Baş həkim.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.