Ad Gününüz mübarək, hörmətli Səyavuş UYĞUN!.. Poeziya, Borçalı 28 Ocak Bu gün Çağdaş Borçalı ədəbiyyatının istedadlı nünayəndələrindən biri olan, uzun illərdi ki, imzası qəzet və jurnal səhifələrindən düşməyən, şeirləri, publisist məqalələri mütamadi olaraq Gürcüstan və Azərbaycan mətbuatında çap olunan,5 kitab müəllifi,tanınmış şair-publisist Səyavuş Uyğunun Ad günüdür. Biz də Səyavuş Uyğunu Ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, ictimai fəaliyyətində və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini oxucularımızın nəzərinə çatdırırıq!.. Müşfiq BORÇALI. GəlmişəmKürəyimi söykəyərək bir dağa,Dərd önündə mətanətlə durmağa,Bu dünyada yaşamağa, qurmağa,Tanrı verib ərş-əladan gəlmişəm.Boğdu məni, ömrüm boyu bir niskil,Uğursuzdu taleyimdə bu mənzil,Öz içimdə dustaq oldum neçə il,Ərlər yatan bir qaladan gəlmişəm.Qayaların sığal çəkib sənginə,Tuş oldum qəfildən bəxt tüfənginə,Sinə gərib həyat-ölüm cənginə,Gül-çiçəkli bir dünyadan gəlmişəm,Şəfəq kimi bu cahana saçmağa,Şər-böhtandan, hər hiylədən qaçmağa,Neçə-neçə tilsimləri açmağa,Sirlər dolu bir mövladan gəlmişəm.Təmiz ürəyidir Uyğunun varı,Od-alovdan yoğrulubdu vüqarı,Dərya olub göz yaşımın suları,Qəffas olub o dəryadan gəlmişəm. 11 sentyabr 2002-ci il Bəxtin səfəriQayğılar çiynimə yüklənən zaman,Mindim taleyimin ağ səməndini.İxtiyar atalar oldu ustadım,Gəzdim Borçalının neçə kəndini.Səhər mehman oldum bağça-bağlara,Axşam səcdə etdim. Gözəl çağlara,Vətən torpağına, qoca dağlara,Həsr etdim şeirimin ən saf bəndini.Hiss etdim özümü bəxtiyar kimi,Nurlaşdım, saflaşdım bir bahar kimi,Döndüm şir-pələngə cəngəvar kimi,Qırdım əllərimlə bəxt kəməndini.Əziyyət çəksəm də, dözdüm bir təhər,Min şükür zəhmətim getmədi hədər,Götürüb qələmi mən axşam-səhər,Yazdım Borçalının möhrbəndini.Alışdı qəfildən alovu, közü,Yayıldı hər yana Uyğunun sözü,Vaxtında yetişib Tanrının özü,Bağladı qoluma bazubəndini. 2003-cü il Ömrü Zəlimxan Yaquba Heç kəs ala bilməz, əlindən sənin, Allahın verdiyi bu, gözəl ömrü. Şairlər tanrının danışan dili, Sizlərə bəxş edib o, əzəl ömrü. Ömür dağ çayıdır axır harayla, Üşüyür qış ilə, isinər yayla, Beşikdən qəbrə tək çalınar, layla, Bürüyər hər zaman bu, özəl ömrü. Allah səcdəgahi Məkkəyə getdin, Müqəddəs torpaqda kamala yetdin, Bütün ellərimə ərmağan etdin, Borçalı ünvanlı o, təməl ömrü. Uymadın heç zaman hər fitnə-felə, Dözdün ərənlər tək ən coşqun selə, Ərzail yüz əməl etsədə belə, Səndən ala bilməz o, əcəl ömrü. Səni Borçalılar bir fəxr sayır, Demirəm ellərdən elləri ayır, Səndən ricam budur, ey böyük şair, Döndərmə geriyə gəlha-gəl ömrü. 24 yanvar 2015-ci il Olaydı Dörd fəsil yaşayır həyatda insan, Deyərlər ömrümün yazı olaydı. Özüm haqq aşığı düşəydim yola, Əlimdə Əmrahin sazı olaydı. Düşməni olaydım qəmin-kədərin, Olaydım mehmanı mavi səhərin, Ana təbiətin, yaşıl düzlərin, Qəlbimi oxşayan nazı olaydı. İstisi azalıb ömrün yayının, Fərqi bilinməyir ilin- ayının, Uyğuna verilən ruzi payının, Mənə qismət olan azı olaydı. 8 yanvar 2015-ci il Dərdin açarıAğlamaqla müşkül dərdlər azalsa,Gözümdən müntəzəm sellər axardı.Tanrı doğma bilib üstümü alsa,Canımı alova, közə yaxardı.Ömrün bu yaşında açıb cəngini,Dərdi dərd üstündən qalayıb indi.Salıb ürəyimə öz kəməndini,Azadlıq şərəfi bilki çətindi.Kimdi haqq yolumu kəsən gizlicə,Bu ki, taleyimin nicat yoludur.Üstümdən yellər tək əsən gizlicə,Hansı bir atanın namərd oğludur.Ömür də bir borcdu əlli il, yüz il,Borcu ödəməyə zaman gərəkdir.Heç nə ürəyimə təsəlli deyil,Bunu tale yolum göstərəcəkdir.Ağlamaq lazımmı dərdin önündə?Ay dərdlər, önürdən gəldi-gedərdin.Nə qədər dərd çəksən ağrılı gündə,Nə ağrın azalmaz, nə də ki, dərdin.Bəxtin qanadında uçsan həmişə,Tale də, qismətdə öz vaxtındadır.Zülmlə, əzabla dözsən gərdişə,Tanrının verdiyi söz vaxtındadır.Dünya öz işində dəyirman kimi,Yaşamaq heç olub yaşamamaqdan.Çax-çaxın işini anlayan kimi,Həyata gəlişin olub nahaqdan.Cavab ver sualı eşidən kimi,Kimdədir dərdlərin çarə açarı.Olsada qəlbinin məlhəm hakimi,Özün verməlisən özün qərarı.Dağamı üz tutum, düzəmi qaçım,Bu dünya könlümə yaman dar olub.İstərəm hər zaman şəfəqlər saçın,Bəxtim taleyimə həmkar olub. Mən tələsmirəmVaxt minib atına çapdırır hər gün,Heç yana, heç yerə mən tələsmirəm.Nə gedir, hər zaman ömürdən gedir,Heç yana, heç yerə mən tələsmirəm.Fağırın başına hər an döyüblər,Günahsız adamı bəzən döyüblər,Tələsən təndirə düşər deyiblər,Heç yana, heç yerə mən tələsmirəm.Olur mərasimlər, olur büsatlar,Çatmır mənzilinə neçə qır atlar,Keçir dəqiqələr, ötür saatlar,Heç yana, heç yerə mən tələsmirəm.Şöhrətə çatmağa san tələsiyir,Ruhum tələsiyir, can tələsiyir,Zaman tələsiyir, an tələsiyir,Heç yana, heç yerə mən tələsmirəm.Ömrümüz düşübdü bəxt kəməndinə,Düşmüşük zamanın feli-fəndinə,Minsəm də taleyin ağ səməndinə,Heç yana, heç yerə mən tələsmirəm.Arxamda tanrıdır, üstümdə allah,Odur ki, dünyaya gətirdim pənah,Yavaş gedənlərdə olsa da günah,Heç yana, heç yerə mən tələsmirəm!Heç yana, heş yerə mən tələsmirəm. Cavanlıq sevdasıSinəmdə bir sevda tuğyan eyləyir,Cavanlıq çağına aparır məni,Ləcvərət göyləri seyr etmək üçün,Quş kimi yerimdən qoparır məni.Bu yaşda könlümdə bir xəyal olur,Mehriban simalı əhli-hal olur,Bu sevda çevrilib ağsaqqal olur,Getdiyim bəd yoldan qaytarır məni.O xoşbəxt duyğular dolur sinəmə,Uçuram quşlat tək başqa aləmə,Bu sevda geriyə qayıdıb demə,Qocalar içində arayır məni.Dönüb ildırıma çaxır Uyğunu,Doğrayıb şişlərə taxır Uyğunu,Diriykən yandırır, yaxır Uyğunu,Nə alır, nə satır, nə sayır məni.Babam mənim gözümdəYaxşı yadımdadır ana-babamın,Başında bir qara sarıq varıydı.Əynində bir uzun əskər şineli-Onun arxasında yarıq varıydı.Hər gün işləyərdi, olmazdı halı,Gendən görünərdi üzdəki xalı,Qalın bir dəridən telli-toqqalı,İri ayağında çarıq varıydı.Bir bağ yaratmışdı, adıydı Mürsəl,Hər görən bu işə qalmışdı mətəl,Babam kökəlmədi nə son, nə əzəlMən onu görəndən arıq varıydı.Qızlar bulağından su içən zamanGözəllər gül kimi ətirlənərlər,Gah dolub-boşalıb çətirlənərlər,Seçər, qayğılanar sətirlənərlər,Qızlar bulağından su içən zaman.Kiməsə ov olar, nəzər tuşlanar,Kiminsə eşqiylə alışar, yanar,Dünyada özünü bəxtəvər sanar,Qızlar bulağından su işən zamab.Uçar bir quş kimi bulaq başına,Söyləyər sirrini öz sirdaşına,Nəzər də yetirər, gözə-qaşına,Qızlar bulağından su işən zaman.Dönər pıçıltaya, dönər hər səsə,Çevrilər illahi bir müqəddəsə,Verər öz könlünü sevdiyi kəsə,Qızlar bulağından su içən zaman.Uyğunun qəlbində qəzəlləşərlər,Nurlanıb, saflaşıb əzəlləşərlər.Dönər məleykəyə gözəlləşərlər,Qızlar bulağından su içən zaman. Payız toylarıGəldi payız ayı, toy-büsat ayı,Qara zurnaların səsi ucaldı.Bu ay toy edənin çoxaldı sayı,İsti yay günləri arxada qaldı.Mərasim dəstəsi tutdu yolları,Hər yanı bürüyən güldü, ətirdi,Toy etdi elimin çox oğulları,Neçəsi evinə gəlin gətirdi.Köçdü ər evinə hayla-harayla,Qonşunun qarımış o donqar qızı.Bir oldu doğmalar evlə, sarayla,Gətdilər imana etibarsızı.Bir çoxu yay boyu çəkdi zəhməti,Xeir işə sərf etdi qazandığını.Gördü bu payızda gözəl səadəti,Toy edib gətirdi öz andığını.Sevinc yağışına dönüb hər səhər,Elatı bəzədi payız toyları.Əzəldən başlamış ta sona qədər,Ömrə nur ələdi payız toyları.Saxlaya bilmirəm coşqun qəlbimi,Toylar sədasıyla üzmək istəyir.Girib ortalığa cavanlar kimi,Qoşulub onlarla süzmək istəyir. Tapılmır Yaz gəlib ömür bağıma,Açmağa gülüm tapılmır.Cəh-cəh vurur şeyda bülbül,Coşmağa könlüm tapılmır.Tanrı istər qəddim əyə,Həsrət qaldım mən hər şeyə,İki kəlmə söz deməyə,Ağzımda dilim tapılmır.Əyri yolum olubmu düz?Gördüm allah nə qədər üz,Öz içimdə gecə-gündüz,Çəkməyə “zülüm” tapılmır.Batıb səda, batıbdı ün,Uçub göyə ruhum bütün,Çəsətimi bükmək üçün,Quruca kilim tapılmır.Gecə-gündüz könlüm səsdə,Umacağım yox heç kəsdə,Qalmışam dəmir qəfəsdə,Çıxmağa yolum tapılmır.Başıma qəm yağa-yağa,Qaçıram sona çatmağa,Üstümə torpaq atmağa,Kürəyim, belim tapılmır.Həyat şirin, yaşamaq şən,Uyğun başa düşdümü dənÖlməliyəm vallah birdən,Ölməyə ölüm tapılmır. Bu dünyaÇağırdım allah tək yetə hayıma,Nə yaman dönükdü, sərtdi bu dünya.Qanana ləzzətdi, qanmaza nifrət,“Çəksən özü boyda dərddi bu dünya.Bilmədim qəlbinin dərdi-sərini,Keçirdi boynuma simu-zərini,Cütləmək istədim bəxtin zərini,Qoşası olmayan nərddi bu dünya.Batırır ucadan gələn səsləri,Boğur beşikdəcə gur nəfəsləri,Dedim ucuz tutma qanan kəsləri,Di gəl ki, əzəldən kərtdi bu dünya.Yada doğma olub, doğmaya yaddır,Dağları hamardı, düzü abaddır,Düşünmə kədərdən, qəmdən azaddır,Həmişə əsəbi, pərtdi bu dünya.Verib çiynimizə dərddən bir şələ,Salıb ürəklərə qorxu, vəlvələ,Uyğunla dost olub versə əl-ələ,Deyərəm xeyirxah, mərddi bu dünya. Arasındayam Vurğunluq necə də gözəl olarmış,Ətirli güllərin arasındayam.Heyranam dünyanın hər fəsilinə,Ayların, illərin arasındayam.Dağlar çələng kimi mavi toxuna,Şeiriyyat meh ola sənə toxuna,Hər yanda xoş olan nəğmə oxuna,O, şirin dillərin arasındayam.Vurğunluq sevgidə bilki soraqdı,Sevməyib yaşamaq vallah nahaqdı,Tək qalmaq əbədi məndən uzaqdı,Həmişə ellərin arasındayam.Sevdalı könlümü duymayan gülər,Qaldırar dumanı ömrünə çilər,Uyğuna qasırğa neyləyə bilər,O daşqın sellərin arasındayam.Əvvəlcə özünü dərk eylə insan (İnsanlara)Sən kimsən, nəçisən, nəya qailsən,Ömrün bu yaşında nəyə nailsən,Bəlkə canlar alan bir əzyailsən,Əvvəlcə özünü dərk eylə insan.Yükləndi çiyninə işin çətini,Gizlətdin hər yerdə cinayətini,Qoruya bildinmi ləyaqətini,Əvvəlcə özünü dərk eylə insan.Uduzar ağlına gələni edən,Həyatla küsüşüb birgə yol gedən,Utana bilsən də xəcalətindən,Əvvəlcə özünü dərk eylə insan.Taleyin bələnsə nifrətə, kinə,Özünə ürək ver düşmə çətinə,Qoysalar səni də adam yerinə,Əvvəlcə özünü dərk eylə insan.Düzələn bir işi sən əyirsənsə,Ağlına gələni söyləyirsənsə,Həyatı dərk etmək istəyirsənsə,Əvvəlcə özünü dərk eylə insan.Varlıqdan yox olub, yoxdan var olsan,Sevinmə heç zaman bəxtiyar olsan,Əlinin əlində zülfiqar olsan,Əvvəlcə özünü dərk eylə insan.Aca əsirgəmə dövlət-varını,Vermə özgəsinə ixtiyarını,Dərk etmək istəsən başqalarını,Əvvəlcə özünü dərk eylə insan.Ölsən qara torpaq eybini örtər,Dönüb buza dönər alnındakı tər,Günahın üzünə oxunsa əyər,Əvvəlcə özünü dərk eylə insan.Xırmanda döyüşmək yabadan qalıb,Nəciblik kobutdan, qabadan qalıb,Dərk etmək atadan-babadan qalıb Əvvəlcə özünü dərk eylə insan.Tanrı qanad versə bilki dəvəyə,Dünya heç olardı bənzərdi nəyə,İstəsən hər şeyi dərk eyləməyə,Əvvəlcə özünü dərk eylə insan.Xırmanı görməyən vəldən danışar,Əlləri olmayan əldən danışar,Nadan gəlib yüz əməldən danışar,Əvvəlcə özünü dərk eylə insan.Hörmətin olmasa elin içində,Boğulub gedərsən selin içində,Qalsan da yüz fitnə-felin içində,Əvvəlcə özünü dərk eylə insan.Sənə arxa olub sinə gərsələr,İşıqlı günlərə yol gostərsələr,Səni adam bilib salam versələr,Əvvəlcə özünü dərk eylə insan.Anla fəlsəfəni, idrakı anla,Keçirmə ömrünü ahla-amanla,Ayaqlaş həyatla, yol get zamanla,Əvvəlcə özünü dərk eylə insan.Yaxına buraxma dövləti-varı,Gətirər ömrünə dərdi-azarı,Köçür taleyinə sərt qanunları,Əvvəlcə özünü dərk eylə insan.Çoxdan imtina et, aza qail ol,Uğurlu zəfərə hər an nail ol,Aqil ol, müdrik ol, ya da sail ol,Əvvəlcə özünü dərk eylə insan.Əvvəkcə özünü dərk eylə insan. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.