Şükür MƏMMƏDOV: Cağlaya, qaynaya, coşa, BAŞKEÇİD!..

Şükür MƏMMƏDOV: Cağlaya, qaynaya, coşa, BAŞKEÇİD!..
ŞÜKÜR ƏLİ OĞLU MƏMMƏDOV

(1.12.1971)

Şükür Əlı oğlu Məmmədov 27 oktyabr 1971-ci ildə qədim Baş­ke­çid (indiki Gürcüstan Res­­publi­kasının Dmanisi) rayonu­nun Or­meşən kəndində anadan olub. 1979-ci ildə Ormeşən kənd orta mək­təbinin
1-ci si­ni­fi­nə gedib. 1987-ci ildən təhsilini Bakı şəhərindəki fizika-riya­ziy­yat təmaüllü internat tipli məktəbdə davam etdirib və 1989-cu ildə oranı bitirib. BDU-nun mexanika-riyaziyyat fa­kültəsinə daxil olub. 1995-ci ildə ali təhsilini bitirib.
Hal-ha­zır­da fer­mer təsarüfatı ilə məşğuldur.
Ailəli­dir, iki ovladı var.



BAŞKECİD

Şirin xəyallarla, yuxuya dalam,
Çin ola yuxular, heç oyanmayam.
Uşaqlıq çağıma, geri qayıdam,
Çatam arzulara, səndə Başkecid.

Çubuqdan at minəm, çıxam yarışa,
Səyirdəm o başa, surəm bu başa,
Hərdən də ilişib, yıxılam daşa,
Ağlıyam, göynəyəm, dözəm, Başkecid.

Arzularım qalaq-qalaq çinlənə,
Yurdumda toy ola, elim şənlənə.
Biri gəlin köcə, biri evlənə,
Bəzənə qız, gəlin toyda, Başkecid.

Həsrətin, hicranın, qırıla beli,
Lal olmuş, Şükürün açıla dili,
Qayıda yurduna, Ormeşən eli,
Cağlaya, qaynaya, coşa, Başkecid!..


GƏZƏCƏKSƏN

Köçmək istəyirəm, deyən “eloğlum”,
Düşüb mahal-mahal, el gəzəcəksən.
Ömrün payız vaxtı, kövrək çağında,
Eldən-elə düşüb, yurd gəzəcəksən.

Pulu qazananda üzün güləcək,
Arvad al geyinib qumaş gəzəcək,
Saçını kəsdirib, sürmə çəkəcək,
Ara-bir özün də kef gəzəcəksən.

Qazanc yoxa çıxıb, pul qurtaranda,
Qərib yolçu kimi, yol qurturanda,
Bir gün də tükənib var qurtaranda,
Başına tökməyə daş gəzəcəksən.

Bu Dünya başına, bil, dar gələcək,
Qohumlar yad olub, qıraq gəzəcək,
Ölün də urvatsız, ursuz öləcək,
Pul əlində qalıb gor gəzəcəksən.

Ömürünü küləklər günlər kəsəcək,
Arvad naz eyləyib, ağız büzəcək,
Oğul qəşş eyləyib, qız da güləcək,
Düşüb qapı-qapı pul gəzəcəksən.

Sən çox çəkəcəksən, bu qeyri-qalı,
Vaxtsız ağardarsan saçı-saqqalı,
Dərdini deməyə el ağsaqqalı,
Gizli ağlamağa, yer gəzəcəksən.

Döyən olmayacaq bir də qapını,
Bəndəmi, Allahmı bağlyacaq baxtını,
Axtararsan, bir gün kecən vaxtını,
Bezib onda candan, zar gəzəcəksən.

Eloğlu cox düşüb, bu bərkə boşa,
Atdığı oxları çox dəyib daşa,
Elindən bərk yapış, yurdunda yaşa,
Kefi kök, damaği çağ gəzəcəksən!...


AY SƏDƏFLİ SAZ

Səni duya bilməz, hər ağlıdayaz,
Nə payız, nə bahar, ay sədəfli saz.
Şair dedi, aşıq dedi, durma yaz,
Səndə nə hikmət var, ay sədəfli saz.

Dəyişir abhava, dəyişir avaz,
Qələm Kağız götur, elə burda yaz.
Qarı da, eləyir qocaya bir naz,
Eləki sən dindin, ay sədəfli saz.

Atdın məni qara yolun bərkinə,
Mindirmədin, yel atının tərkinə,
Əzəldən Şükürun durdun qəstinə,
Bu necə höcəti, ay sədəfli saz?!.


"AY MAMAOĞLU"

İstədim ki, qonaq gələm,
Üz vermədin, ay mamaoğlu.
Qurda, quşa yoldaş oldum,
Çoldə qaldım, ay mamaoğlu.

Duman gəldi, çiskin aldı,
Suya dönmüş, damda qaldı,
Yarı canım, yanda qaldı,
Yağılcada ay mamaoğlu.
Şükür MƏMMƏDOV: Cağlaya, qaynaya, coşa, BAŞKEÇİD!..
Dost yanında, üzü qara,
Bilmədim ki, gedim hara?
Belə malı dönsün qıra,
Lap xar oldum, ay mamaoğlu.

Sığışmadım sizin elə,
Düşdüm ağıza dilə,
Şükür deyər indən belə,
Biz yad olduq, ay mamaoğlu.

Şükür MƏMMƏDOV


(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid",
III cild, Bakı, 2015, səh.690-693).


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: