Unutma məni... Ədəbiyyat » Poeziya 14 Haziran Rafiq MİRZƏDƏYMƏZİnsan olub insanlığı qanana, Bir sözü təzədən deməyə dəyməz.Üzdə qardaş deyib qəlbən danana, Açıb hər sirrini verməyə dəyməz.Biri eyləyibsə sənə yaxşılıq, Bunu tez özünə sanma qardaşlıq.Bir anlıq qısqanıb etsə nadanlıq, Bütün yaxşılığı heç nəyə dəyməz.Əliaçıq olasan dünya malına, Möhtac olmayasan düşman varına.Kasıba əl açmaq gəlsə arına, Varlının qapısın döyməyə dəyməz.Mərd insan səfərdə çıxsa qarşına, Səndə mərdlik eylə baxma yaşına.Namərdlə otursan süfrə başına, Dussuzdur çörəyin yeməyə dəyməz.Övladın borcudur ataya hörmət, Bəsləsin anaya böyük məhəbbət.Bir övlad şəninə gətirsə töhmət, Mirzə, unut onu sevməyə dəyməz.QOCALIQEy könül gəz dolan hələ cavansan, Ölməsən üzünə gülər qocalıq.Unutma gəncliyi, vəfasız insan, Vaxt gələr qapını döyər qocalıq.Mənasız yaşama ömür nə varsa, Üzülər taqətin əlində əsa, Düşünüb gəncliyi batarsan yasa, Əl çəkməz zəhləni tökər qocalıq.Titrəyər əllərin həm də dizlərin, Beş metir qabağı görməz gözlərin.Dost-tanış üstündən kəsər nəzərin, Sinənə dərin dağ çəkər qocalıq.Gün gələr, ay keçər, illər ötüşər, Qara saçlarına ağ dənlər düşər.Həm cavan, həm uşaq baxıb gülüşər, Polad qamətini bükər qocalıq.Qocalıq üz versə pələng zarıyar, Qartal nökər olar, qarğa hökmdar.Mirzə, nə çəkinər, nə də utanar, Tükənməz devranın sürər qocalıq.Unutma məni...Sevgilim gedirsən unutma məni,Sənsiz hər dəqiqəm ah-zar olacaq.Ürəyim heç zaman unutmaz səni,Kölnümdə xəyalın gülzar olacaq.Ayrılıq çətindir,kölnüm dayanmaz,Səndən sonra bir an xoş günüm olmaz.Eşqisiz həyatım bir gün də qalmaz,Tək canım dünyadan bezar olacaq.Qurumaz daima axan göz yaşım,Sən idin həyatım,yaxın sirdaşım.Sən getdin bilirəm,mənim baş daşım,Elə həmin günü hazır olacaq.Gedəni yolundan əyləmək olmaz,Arxasınca bəd söz söyləmək olmaz.Dünyanın işini heç bilmək olmaz,Axtarsan mənzilim məzar olacaq.Çox da belə gileylənmə sən yardan,Taleyini belə yazıb,yaradan.Ay Mirzə xudanın verdiyi paydan Sənə qalan bir intizar olacaq. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.