Əmrah Kərimov: "Ondan xəbər gətir şair..." Poeziya, Müsabiqə 25 Eylül Əmrah Kərimov 1999-cu ildə Lerik rayonundakı Mastail kəndində anadan olub.2017-ci ildə Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki 136 saylı orta məktəbi btirib.Hazırda Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinin II kurs tələbəsidir.Şeirləri ilk dəfə dərc olunur.Ondan xəbər gətir şairMəni o yar salıb dərdə,Qəzəllərdə, şeirlərdə,Gül əkdiyi sətirlərdə,İndi tikan bitir şairOndan xəbər gətir şair.Onun kimi biri gülsə, Biri getsə biri gəlsə,Yardan ötrü yeri gəlsə,Qələmini itir şair,Ondan xəbər gətir şair.Şirin dili şirin sözü, Hədsiz darıxmışam düzü,Görən orda gülür üzü.Danış bircə sətir şair,Ondan xəbər gətir şair.Səni sənsiz sevmək çətindi yamanNeçənci şeirdi yazıram amma,Sən həsrət qoymusan səsinə məni.Dönmək isdəyirsən dön gəl utanmaMən illər keçsə də sevəcəm səni.Gözəl gülüşünün vurğunu çoxdu,Kaş ki,əvvəl ki,tək mənimçün gülsən.Gecələr yuxudan əlamət yoxduDeyəsən dərdimin çarəsi sənsən.Hər axşam ağlasam özüm də mənimSənin göz yaşını qurudaram mən.Təki gəl yaş qoyma gözümdə mənimGetdiyin günləri unudaram mən. Gəl ki bahar olsun payızım, qışımHər yanım qaranlıq,dayanıb zaman.İndi kimlə küsüm,kimlə barışım Səni sənsiz sevmək çətindi yaman.HEÇ VAXTSevsəydin əgər tərk eləməzdin məni canan,Qəlbiylə sevən aşiqi tərk edərmi insanHərgah ki,o dərd atəşini qəlbimə vursanİncitsə də zülmümdən əsər vermərəm heç vaxt.Heç ağlıma gəlməzdi solan eşq ilə yanım, Səndən sonra zülmətdi, qaranlıqdı hər anımSənsizliyə rəğmən nə qədər çıxsa da canım Min dərdə salan yarə xəbər vermərəm heç vaxt.Həsrət bağının barını dərsəmdə əgər mən,Eşqin qalasın dərd ilə hörsəmsə əgər mən,Yar uğruna öz canımı versəmdə əgər mən,Eşqiylə yanan qəlbə zərər vermərəm heç vaxt.Eşqin özü cənnətdəki nemətdi əzizim,Sənsiz yaşaran göz sənə həsrətdi əzizim,Səndən sonra qəlbim elə zülmətdi əzizim, Yazıq ürəyə nurlu səhər vermərəm heç vaxt. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.