GİLƏ ƏLİQIZI: "Haraya baxıram səni görürəm..." Poeziya, Müsabiqə 4 Haziran TƏBRİK EDİRİK!... Martın 3-ü bizim sevimli əməkdaşımız, istedadlı şairə Gilə Əliqızının ad günüdür. Onun 43 yaşı tamam olur...Gilə Əli qızı Rzayeva - 1976-cı il martın 3-də Laçın rayonunun Alxaslı kəndində anadan olub. Hələ kiçik yaşlarından şeir yazmağa başlayan Gilə Əliqızı istedadı ilə yaşıdlarından seçilib. Şeirləri ilk dəfə "Ziya", "Təhsil" və "Şərqin səsi" qəzetlərində işıqüzü görüb.Daha sonra isə bir sıra müxtəlif qəzetlərdə və poeziya məcmuələrində çap olunub. «Sevgi nəğmələri» adlı ilk şeirlər kitabı 2001-ci ildə - 25 yaşında - işıqüzü görüb. 2002-ci ildə «Bir payız günündə…» adlı ikinci, 2004-cü ildə «Yollarıma yağan yağış» adlı üçüncü şeirlər və hekayələr kitabı «Borçalı» nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib. Müəllifin oxucularla dördüncü görüşü olan «Xatırla məni» adlı kitabı isə 2008-ci ildə yenə də «Borçalı» nəşriyyatında işıq üzü görüb. Şeirləri geniş oxucu kütləsi tərəfindən böyük maraqla və xüsusi rəğbətlə qarşılanan tanınmış şairə-jurnalist Gilə Əliqızı 2005-ci ildə Azərbaycan Respublikası «Təhsil» Mərkəzi və «Şərqin səsi» qəzetinin birgə keçirdiyi sorğu və müsabiqənin nəticələrinə əsasən «ABDULLA ŞAİQ» mükafatı ilə təltif olunub, bir az sonra isə «Qızıl Qələm» Media mükafatı laureatı adına layiq görülüb. 2014-cü ildə "Laçın yurdu" jurnalı özünün - №1 (12) - sayında əməkdaşımız Gilə Əliqızını oxuculara təqdim edib. Jurnalın həmin sayında Gilə Əliqızının bir neçə şeiri də dərc olunub.2018-ci ildə isə Gilə Əliqızının şeirləri "Zirvə" poeziya antologiyasında çap olunub. Biz də əməkdaşımız Gilə Əliqızının bütün bu uğurlara görə sevinir və fürsətdən istifadə edərək onu ZiM.Az-ın bütün yaradıcı heyəti adındandoğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..Və aşağıda sevimli şairəmizin bir neçə yeni şeirini ZiM.Az-ın dəyərli oxucularına ərmağan edirik. Ümid edirik ki, Gilə Əlqızının bu şeirləri də əvvəlki şeirləri kimi oxucularımız tərəfindən rəğbətlə qarşılanacaqdır. Müşfiq BORÇALI,ZiM.Az ***Sən niyə bu qədər dogmasan mənə,Qəlbim dura bilmir özündən ayrı.Haraya baxıram səni görürəm,Sözüm dura bilmir sözündən ayrı...Yanıram oduna mən dönə-dönə,Varım da, yoxum da baglıdır sənə.Kecdiyin hər cıgır əzizdir mənə, İzim gəzə bilmir izindən ayrı...Sən elə başqasan, elə fərqlisən, Məni qolu baglı qul eyləmisən.Sanki, danışmagı sən öyrətmisən, Dilimə söz gəlmir sözündən ayrı... ***Gəl məndən incimə, ay məni sevən, Məni görmədiyin gözündən inci.Bir vaxt sevdamıza yanan ocaqdım, Gedib söndürdüyün közündən inci.Özün ayrı saldın məni özündən, Yox oldun gözümün gördüyü yerdən.Gedib yurd saldıgın başqa şəhərdən, İzimdən ayrılan izindən inci.Oldun göylər qədər uzaq ömrümə, Sən saldın kölgəni mənim sevgimə.Sənin yoxlugundan talan könlümə.Birdə yara vuran sözündən inci.Çatdırdın səbrimin bitdiyi yerə, Yoruldum, tükəndim etdiklərinə. Kəsmə ayrılıgın hesabın mənə,Bizi bizdən edən izindən inci...***O sənin şəhərin, o səmtin, o salam verdiklərin, hər gün gördüklərin nə xoşbəxtdir yar...Cünki, varlıgında böyük huzur var, Səsin sanki, ilk bahar, gülüşün də güllər acar, gözlərin göy üzü tək baxar. Sevgi sənlə,sevda sənlə,həyat sənlə yaşanar...***Qadın ürəyi də dəniz kimidir, Bəzən dalgalıdır, bəzən səssizdir.Bəzən qorxuludur, bəzən acizdir,Bəzən sir, muamma, bəzən tutqulu.Qadın ürəyi də bir göy üzüdür,Bəzən günəşlidir, həyat rəngidir,Bəzənsə dumanlı, qara buludlu... ***Şeir deyil, həsrətindir yazdıgım, Kəlmələrə sığınmışam bilmirsən.Ayrılığın hec sönməyən odunda, Yanıb-yanıb kül olmuşam bilmirsən.Ürəyim anlamır bu ayrılıqdan, Gözlərim yıgılmır uzaq yolundan.Səni düşünməkdən, səni anmaqdan,Mən özümü unutmuşam, bilmirsən.Təkcə çarəm yoxluğuna dözümdür, Ömür deyə yaşadığım zülümdür.Ayrılığın bir adı da ölümdür,Mən bir küncə sıxışmışam, bilmirsən...BORÇALININ MÜŞFİQ OĞLUYolun elm, söz yoludur,Könlün də şair könlüdür.Ömrün ziyalı ömrüdürBorçalının Müşfiq oğlu.Adın kimi mehribansan,Elinə dayaq duransan.Elmə ömür calayansan,Borçalının Müşfiq oğlu.Neçə-neçə şairlərə,Olmusan xoş xəbər, müjdəAdın yazılıb tarixəBorçalının Müşfiq oğlu.Yolun daim açıq olsun,Könlün də şadlıqla dolsun,Qələmin yazdıqca yazsın,Borçalının Müşfiq oğlu!..Gilə ƏLİQIZI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.