Səidə ƏLİYEVA: "ANA LAYLASI" Poeziya, Müsabiqə 11 Eylül Səidə ƏLİYEVAAzərbaycan Yazıçılar Birliyinin üzvüANA LAYLASIAnalar bağrına basar körpəniHəzin-həzin layla pıçıldayarlarSəsi ofsunlayar qərib gecəniAsta-asta qanadlanar, ucalarƏn şirin duyğudur ana laylası.Avazı yuxuya qatar bal, şəkərMışıl-mışıl yatar məsum körpələr.Zülmət gecə çadrasına bükülərSayrışar ulduzlar, ay tilsimlənərOxunanda şirin ana laylası.Susar quşlar, təbiət sehirlənərKövrələr bulud, gözündən şeh ələrGülün yaxasını açar küləklərKüllü aləm, kainat çiçəklənərCənnət ətirlidir ana laylası.Məhəbbət təbəssümü hər kəlməsiNəvaziş naxışı, sevgi mayasıBu dünyanın ən zərif təranəsiBənövşə qoxulu, beşik havasıNəğmə çələngidir ana laylası.Gözüyaşlı dənizin xəfif səsiNəğməkar bulaqların zümzüməsi.Təbiətin göz yaşı, şux nəğməsi.Dünya bir bağça, var min bir meyvəsiHamısından şirin ana laylası.Bir dünya səadət sevgi bulağıKörpə dünyasının nuru, işığıÖmür karvanının ilk yaraşığıHər kəsin, hər yaşda arzuladığıÖzü qədər ülvi ana laylası.Ürəkdən qopan könül inciləriBir çəmən çiçək ətri hər kəlməsiBeşik başında açıb səhərləriDodağından qopan xeyir duasıXoş arzu amalı, ana laylası.Tanrının ərməğanı, hədiyyəsiTəmannasız nəvaziş, qayğılarıBir dünya sevinc, ümid təsəllisiFərəh yağan bu günü, sabahlarıNur çilənən gülüşü, göz yaşları.Günəş doğar, aləmə nur çilənərXəfif bir meh çəmənə sığal çəkərAy buludlar arxasında gizlənərÇəkib karvanını qaranlıq köçərSəslənəndə şirin ana laylası.Bir ocağın qucağında min hikmətBir çırağın işığı sevinc, həyatBir dünya təbəssüm, ən xoş təəssüratGünləri sayılan ömrə təravətİlahi qüdrətli ana laylası.Möhtəşəm heyrət heykəltək ucalarSükuta qərq olar sirli kainatSəmanın bağrını yarar ulduzlarNağıla, əfsanəyə dönər həyatGözəllik xilqəti ana laylası.Ana məhəbbəti, səmimiyyətiTəmannasız zəhməti, sədaqətiAta nəsihəti, fəxr, şərafətiHəyata rəng, ömrə naxış əbədiMin bir möcüzədir ana laylası.Dünya bir yana, sən özün bir yanaDiz çökürəm qarşında sənin Ana.Sən elə sehirsən könül dünyama,İşıq həyatıma, nur çırağımaQurban oxuduğun şirin laylana.Başım dizin üstə körpə uşaqtəkZərif barmaqların gəzsin saçımda.Sən mehriban, həssas, mən qəlbi kövrəkVarlığın hər şeyim geniş dünyadaİlhamım, sehirim ana laylası.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.