Vaqif Vüqarın yeni şeirləri Poeziya, Müsabiqə, Turan, Təbriklər 16 Haziran 643 TƏBRİK EDİRİK!Bu gün tanınmış şair Vaqif Vüqarın doğum günüdür.O, 15 iyun 1959-cu ildə Daşkəsən rayonununda anadan olub. Orta təhsilini doğulduğu Daşkəsən rayonunda alıb. Ali təhsillidir, Gəncə Dövlət Pedaqoji Universitetinin tarix fakultəsini bitirib. Uzun müddət Azərbaycan tele-radiosunda işləyib. Hazırda Gəncədə yaşayır. Əslən Göyçə mahalındandır. Şair-publisist Vaqif Vüqar AYB-nin və AJB-nin üzvüdür. Biz də fürsətdən istifadə edərək, sevimli şairimiz Vaqif Vüqarı doğum günü münasibətilə ürəkdən təbrik edir,ona şəxsi həyatında və bədii yaradıcılıq yollarında yeni-yeni nailiyyətlər arzulayırıq!..ZiM.Az AZƏRBAYCANQoca Qafqaz köksündə ki,Çarpan ürək,odlu tufan.Bu tutandan yaranmışdır,Başı qarlı Azərbaycan.Milyon ildir yollar gəlir,Sirdaş edib sevinc,qəmi.O uludur,əbədidirBu dünyanın özü kimi.Dədə Qorqud qopuzu tək,Köklənibdi haqq səsinə.Onda üsyan görəcəksən,Baxsan tarix səhnəsinə.Özü-özündən ayrı düşdün,Səni səndən dərd ayırdı.Bağlandıqca yollarımızQardaşı sərhəd ayırdı.Doğur günəş, ağarır danEy ürəyi nisgilli yurd.Azadlığın bayrağını,Başın üstə sən uca tut.Sən mətin ol Azərbaycan,Öz ahınla ısyan elə.Keçmişini bir xatırlaGünahınla üsyan elə.Sən bölündün zaman-zaman,Baharımız güllələndi.Şəhid oldu haqq deyənlər,Məzarımız güllələndi.Azərbaycan od timsallıBir yanar dağ.Toxunmayın bu torpağa,Odu sizi yandıracaq.Unutmayın cənablar,Zülümlər yerdə qalmaz.Azadlığın aşiqiKöləliyə qul olmaz.Azərbaycan şimşəkdırOd püskürər,o yansa.O tətiyə çəkilən,O tuslanan tüfəngdir.Azərbaycan bir mələk,Bir sevgidir, bir səsdir.Onun oduyla bir an,Oynamaqda əbəsdir.Azərbaycan nurdur,nurBəxtinə günəş doğur.Onun azadlığı da,Zülmətlərdən doğulur.Ey ulu məmləkətim,Ey ulu Türk millətim.Qisas almaq vaxtıdır,Qılınc çalmaq vaxtıdır.TURAN YOLUMənim dünənimi qaraladılar,Susdurub qəlbimi, dondurub qanı.Böldülər, diddilər, parçaladılar,Bu böyük məkanı Azərbaycanı.Fikirlər çaşdırıb bu Turan yolu,Dan özünü tələbə bax tələbə.Təkcə Türk olmayım bu ad qorxuluMəni oxşatdılar farsa, ərəbə.Əyə bilmədiniz ruhu, inamıƏysəniz də qamətimi, qəddimi.Sürgünlər,məhbuslar, ölüm karvanı,Mən necə unudum otuz yeddini.Bir əlində silah,bir əlində gülHəmişə silahın mənə tuşlanıb.Nifrətin,qəzəbin onu yaxşı bil,Bu torpağa, bu Vətənə tuşlanıb.Bizim haqqımızı bölüşdünüzsə,İstər Türkmən olsun, istərsə Özbək.Harda Türk soyuna rast gəldinizsəDediniz silinsin dünyadan gərək.Oxuyun min duyğu,oxuyun min sözAllahı bir,sevgisi bir Quranda.Bir niyət yolunda sövdələşibsiz,Qiyam edirsiniz hələ Turanla.Nə erməni vardı, nə də dövlətiKöksüz dam otuna bənzəyir bu ad.Çox-çox yaxındadır öz fəlakəti,Öz məzar daşını gözləyir bu ad. ZƏFƏRDƏN ŞEİRİMƏ SEÇDİM YENİ ADÇatıb qaşlarını bir az fikrə dal,Misramı təzədən səpim göylərə.Sən məni ölümün caynağından al,Apar azadlığın doğduğu yerə.Sabaha aparan salam görürəm,Ətəyində bulud,başında günəş..Manqurt qiyafəli adam görürəm,Susuz bir səhradır bitib,göyərməz.Naməlum məzara adımı yazın,Mənim kirpiyimdən ölüm asılar.İntiqam hissini sel aparmasın,Şəhidi olmayan Vətən basılar.Nifrətdir qaynayıb,nifrətdir coşanŞəhid anasına söz ver danışsın.Yuyunsun dağ-dərə göz yaşlarından,Dənizdən-dənizə axıb qarışsın.Yurdun da üşüyür sönsə od-ocaq,Səni çağırırlar bir özgə adda.Ey igid,babanın yatdığı torpaq,Qalsa bir düşmənin ayağı altda...Minib səyirdirəm yel qanadlı at,Uzun yolun müsafiri mənəm mən.Zəfərdən şeirimə seçib yeni ad,Əbədi ünvana tələsirəm mnə. SALAM, ULU MAHALSalam, Göyçə gölü, qos-qoca yurdlar, Ətəyi yamyaşıl, başı qarlı dağ.Bir dərviş sayağı gəzən buludlar,Bağbansız göyərib, bitən bagca-bag...Mən qaçqın doğuldum, yurd, yuvam əsir,Keçmişim canlanır hər daşın altda.Öpüb,oxşadığım qayalar bir-bir,Yastıq əvəzidir başımın altda.Salam, ulu Mahal, bir xəbər eləDədə Ələsgəri oyat yuxudan .Qoy avaz yayılsın çəmənə,çölə,Yalvarıb,diz çöksün düşmən qorxudan.Bu yol Zəngəzurdan keçib, gedəcək,Bu yol İrəvana aparır bizi.O gün yaxındadır, O gün gələcək,Bayram edəcəyik qələbəmizi...SAZ ÇALIRAM...Saz çalıram, tellərində nakam eşqinPıçıldayan nəğmələri.Bir də dəli,dolu mərd Domrulunharay çəkən nərələri..Ruhumu göturüb aparırƏlim yetməz, ünüm çatmaz zirvələrə.Ərzurumun gədiyində, Mən bir eşqin haray çəkən naləsini eşidirəm, Gəncə hey...Saz çaliram, Dədəm Qorquda bənzəyən,Bir axşamın üzündə ki, ulduzlara baxa-baxa kövrəlirəm.Bir Qaraca arzularım boy verdikcə səhərlərə,İşıq yağır, nur səpilir dan yerinə.Mən bir ovuc bulud kimi, Yerlə,göyun arasındaKöçümü çəkib gedirəm..Saz mocüzə,saz bir sehir,Dunyamızın danışdığı Bir əbədi söz dilidir...Mən bu dildə salam verdim,Canlı bilib,baş endirdimOtun,suyun varlığına.Duymadınsa bu mənanı,Demək şair doğulmadın.Saz çaliram,gözlərimdə gilə-gilə əriyir qəm,Anamın laylasıni pərdələrə toxuyuram,Simə ərmağan edirəm...YEDDİ QARDAŞ ƏFSANƏSİUlu Qoşqar... Bu möhtəşəm qarlı dağın,Ətrafında Yeddi qardaş,yeddi hünər.Yeddi qala tarixin sirli qucağı,Xəyalların yaratdığı əfsanələr...Hər kiçik daş bir qayadan qopub düşüb,Qaya ərdir dərələrə keşik çəkən.Yollarından nəsil-nəsil insan köçüb,İgidləri tufan yarıb,bulud sökən.Dağlar elə cavan qalıb göz qoyuram,Hər gün günəşlə öpüşür sevgili tək.Son baharın bəstəsini oxuyuramDuman qalxar,çən bürüyər seyrək-seyrək...Bu fanilik dünyasına mənim deməz,Zirvələrə tələsirəm addım-addım.Zirvə soyuq,bircə dəfə gülümsəməz,Çiçəyini yuxusundan oyatmadım.Bu Yeddi dağ,Yeddi qardaş yurd əsəri,Kimlər yazıb Tanrı bilir doğrusunu.Adəm oğlu doğulduğu gündən bəri,Dağda gəzir ölümsüzlük duyğusunu...Quşlar ötür dəstə-dəstə,qatar-qatar,Hər əfsanə bir duyğunun surətidir.Ağlımızın kəsmədiyi nələri var,Bəlkə dağlar yerlə, göyün vəhdətidir... OXU MƏNİOxu məni cümlə-cümlə, sətir-sətir,Gözlərimdə dolaşan qəm,İndi köçüb kağızdadır.Zaman mənə yazdırdığı beş on kəlmə şeirlərim, Neçə-neçə ağızdadır.Mən bir qaya parcasıyam, Qopdum dağın zirvəsindən.Dərələrə yuvarlandım... Bir kimsənin xəbəri yox.Sındım soyuq baxışlarda, sındım min yol.Vətən, sənin vəfan bumu,Övladını tanımadın.Görkəmimdənbir mühacir səs tanıdı, Bildi şair olduğumu....ŞƏHİD AĞACLARIN...Şəhid ağacların səsini eşidən olmadı bir kərə,Qara qarğa tustülərin karvanına yol göstərirdi,Özü bir qaya başında.Torpağın nəmli üzündəanaların göz yaşıydı.Buludlarsa sallamışdı qollarını,Bir az incik,bir az da pərt.Yas tuturdu,kəfən biçib, adamlığın edam günü...Adını da unutmuşdu haqqam deyən,Bir gecənin qaranlığı sevgiləri udurdu,Gözüdoymaz əjdaha tək.Ağaclar da şəhid oldular, Bir abidə qoyulmadı ağaclara...Ölüm müjdə gətirirdi, Yeni cocuq doğulurdu.Şəhidliyin zirvəsinə tələsirdiBircə damla işıq gəzən.Gördüyümüz bütün varlıq,Çəmən, ciçək ayaq altda ölüb getmiş.İnildəyən qara torpaqBaşdan-başa bir məzarlıq...Qisas qiyamətə qalmaz, O gün gəldi diz çökdülər bayrağima.44 gün od ələdik düşmən üstə.Daha duruş gətirənməz, Div də çıxsa güzarıma.Ağ göyərçin pərvaz edib,Bir muştuluq aparırdı QələbədənŞəhidlərin məzarına...Gəncə şəhəri..BU GÜN MƏNİM DOĞUM GÜNÜMDÜR...Bu gün mənim doğum günümdür,Bilmirəm ki, ağlayım,ya sevinim, ya gülüm.Ömür çaylar kimidiraxıb gedir beləcə,Dodağında təbəssüm,Bir də qüssə,möhnət, qəm.Ürəyimdə duyğular,kövrək buludlar kimi...Gah boşalıb, gah dolur,dəyişdikcə bu aləm.Bu gün mənim doğum günümdür,O gün ən cox sevinənatam olmuş deyirlər.Muştuluq da almışlar,verib göz aydınlığı...Bu gün də beləcə düşünürəmDərdi daşımaq üçündoğulurmuş şairlər.Bu gün mənim doğumgünümdür,Bir az səhərlərin yanaqları qızarmış,Bir az da həzin-həzinküləklər əsir.Nəvəm qaçır üstümətəbrik üçün tələsir...Ən çox sevdiyim anam,Müdrik baxışlı atam.Nakam köçən qız balamEy dili lal məzarlar,Gələn mənəm dilimdəBir gecənin nağılı...Sizə salam gətirdimnağıllaşan ömürdən.Bu gün mənim doğumgünümdür,Ey köç edən durnalar,Ey qızaran səhralar...Bir köçəri ömurlə,Yola çıxdım bu səhər.Bir əlimdə qızılgül,Bİr əlimdə ağ varaq,Qartal salam verirdi,başım üstən uçaraq...DOĞUM GÜNÜMÜ TƏBRİK EDƏN DOSTLARA TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM.SABAHIN ŞAİRİNƏAğ atinı capa-capa gələn şair,Sabahın da ağrisı var,acısı var.Sabahın da dar ağacı böyüyəcək,Vadilərdə yalqız gəzən qurd ulayar.Neçə bahar gecikəcək görüşünə,Üz-gözünə sovuracaq külək qarı.Neçə köntöy, neçə soyuq baxışlardaƏriyəcək ürəyinin arzuları...Böyüyəcək duyğuların pərvaz edib,Bir təbəssüm, bir sevgini doğan yerdə.Qəzəbindən od yağacaq şehin üstə,Ot göyərməz nahaq haqqı boğan yerdə.Baş söykəyib layla deyən buludlara,Dəryalara axacaqsan bir nehir tək.Min gözəllik baş qaldırıb canlanacaq,Göz önündə bir möcüzə,bir sehir tək.Yolun üstə bir dilənçi əl açacaq,Saralacaq yarpaq kimi əlində söz.Torpaq şəhid bitirəcək gül əvəzi,Səngər-səngər gəzəcəksən dilində söz.İnsan ölür heykəl olur, heykəlsə daş,Bir çinarın kölgəsində bitəcəksən.Adamlara qoşulub sən görmədiyinBir məkana baş götürüb gedəcəksən.Yaltaqlıqdan gözü qıyıq, bir hiyləgərAddım-addım yollarına tor quracaq.Bu yol bitməz, çatanmazsan mənzilinə,Mən-mən deyən köhlənini yol yoracaq...Könlum hələ yazmadığı mövzu qalır,Haydı,tələs yaxınlaşır vida vaxtı.Gələcəyin doğulacaq şairinəSən bağışla yeri, göyü,kainatı...DÜNYA VARLIQ DÜŞƏRGƏSİQartal dağlar qucağında can verəcək,Boz çöllərin yalquzağı nədən təkdir.Dəvə səhra yolçusudur bir ömürlük,Dəniz quşu dənizlərdə öləcəkdir.Təbiət də yaxşı, pisə bölünmüşdür,Xəyal karvan çəkib gedir uzaqlara.Kim qarğıyıb eşqi yoxsul,rəngi solğunBircə damla yaş düsməyən səhralara...Göy ucadır,yer aşağı nərdivansızEniş də var,yoxuş da var hündürlükdə.Gördüyümüz tutqun aləm insan kimi,Yaşıl,sarı,qara,bomboz bir örtükdə...Bu da Tanrı sirləridir açılmamış,Dəvəquşu göy üzünə boy atmayıb.Zirvə qartal oylağıdır,dərə çaqqal,Sürünəni uçmaq ücün yaratmayıb.Dünya varlıq düşərgəsi, bir bölünmüşTək məkandır əli isti,uzü soyuq.Xəyal çatmaz sirli göyün taxtı,tacı,Əbədiyyət şahlıq edən bir sonsuzluq...Göy qurşağı tablosudur üfüqlərinBənzərsizlik de nələri yada salır.Rəngdən-rəngə düşən dünya, gündə min yolŞəkil kimi tez dəyişır, izi qalır...QİSMƏT OLSASərhəd-sərhəd keçib getdin sən xəbərsiz,Aramızda məsafələr uzaq oldu.Əlim sənə çatmadı heç bircə dəfə,Köksümdə eşqim qarıdı, can yoruldu.Kökləndikcə bir qürbətin havasına,Ötür,getsin sən qapıdan dərdi bir-bir.Birdə geri dönməyəcək gəncliyimiz,Bir də bu söz bir quruca təsəllidir.Məyus üzdə bir ehtiyac duyan zaman,Əzizləyib,oxşamadı qoca şəhər.Sevməyi də yasaq etdi həyat mənə,Gözlərimdə heykəlləşdi xatirələr.Əldən düşüb, dağdan aşan günəş kimi,Qürub edən ömrümüz çoxdan yarıdır.Can evimi tərk elədi köçəri quş,Köçüb,gedən taleyimin baharıdır.Budağımdan yarpaq düşür, udur küləkGöy üzündə quş olardım mənə qalsa.Unutduğum eşqi gülüm, sən öyrətdin,Təkcə səni sevə bildim qismət olsa...EY ŞEİR ALLAHIMEy şeir Allahım, hüzurunda mənMin istək dilərəm, min yalvarışla.Atımı çapıram söz cıdırında,Büdrəsəm,yıxılsam məni bağışla.Rəngbəng görünür duyğularımız,Nadanlıq sevginin dar ağacıdır.Ölməz mənaların mən bağbanıyam,Yaxşı söz ilhamın bar ağacıdır.Ey şeir Allahım, bir parça nur ver,Niyətlə,istəklə bir xoş məramla.Döyüm qapısını qoy səhərlərinEşq ilə, zövq ilə,bir ehtiramla.Ey şeir Allahım, mənə əzab verYanım misraların alovunda mən.Qoy tufan götürüb aparsın məniQuşlar ötüb keçsin başımın üstən...Ey şeir Allahım, İçdiyim sözdənRuhum ayılmamış hələ də dəmdir.İnsanlıq dərs alır bir qarışqadan,Adicə yarpaq da bir möhtəşəmdir.Külək də, bulud da,çay da tələsirHər kəs yol üstədir ay da,ulduz da.Yaşanan günlərin adı ömürdür,Bizə həqiqəti göstər bir az da...Şeirin əbədi oylaqlarında, Həyat istəyirəm, ölümsüz həyat.Bir başqa varlığın qiyafəsindəÖldür şairini, təzədən yarat...Ey şeir Allahım, umacağım yoxQuruca kölgədir şöhrət də, şan da.Qürub dəryasında batsam da hər gün,Mən də doğuluram günəş doğanda...ÖMÜR HİCRAN YUVASI Anadil quşunu çox sevirəm,Bir az bənzərimiz var.Səsindəki kövrəklikgöy üzündə dolaşan,Nakam gəlin ananınqəmli laylaları tək,girər yuxularıma.O səs mənə tanışdır,dünya bina olandan.Bir ay işığındaduyğuları oyadıb,Bu quşçuğaz oxuyur.Eh,Anadil ruhumla,Tutqun qara üfüqlərətəyində gümüldər...İçdiyi ovuc-ovucBulud göz yaşlarıdır.Faniliyi duyan gün,Əbədiyyət dalıncaQanad çaldı sərasər,Yenə çata bilmədi.Ömür hicran yuvasıolan gündəngecələr.Oxuduğum nəğməmiBu quşçuğaz bəstələr ...SON ETİRAF Etirafın mənzilindəgecələyən peşmanlıq,Söz dilənir sabahlardan.Gözündəki dar ağacı,Bir dəölum qorxusudur.Həyat,ölüm arasındakörpü salanSəddam imiş.Gülüşləri itğın düşüb,Yaxasına kədər qonub.Bizdənxeyli uzaqlarda,Bir qaraquş karvanındatufan calanCənnət,cəhənnəm marşıdır.Fironnağıl qəhrəmanı,Nə təxti var,nə də bəxti.Ondan qalıb quruca ad.Bozaran buludlar,bir dəİtib, batmış məmləkəti...Son etiraf,son yarpaqdıSəhərəcən mürgü döyən,Həyat adlı bir ağacın budağından asılmışdır.Köçüb getmiş bu dünyadanBir Səddam var,ünvanı yox.Etirafı göyə səpib,Gəzirqorxu şəkilində...ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.