BİLAL ALARLI (1958) Ədəbiyyat » Poeziya 24 Kasım Bilal Alarlı (Bilal Hüseynağa oğlu Hüseynov) - 8 sentyabr 1958-ci ildə Cəlilabad rayonunun Alar kəndində anadan olub. Ali təhsillidir, 1981-ci ildə Bakı Dövlət Universitetini, 1989-cu ildə Jurnalist Sənətkarlığı İnstitutunu və 2007-ci ildə Azərbaycan Müəllimlər İnstitutunu bitirib. Filologiya üzrə fəlsəfə doktorudur. Elmi yaradıcılığını Naxçıvan Dövlət Universitetinin elmlər doktorluğu üzrə doktorantı kimi davam etdirir. İndiyədək 38 elmi, bədii və publisistik kitabı nəşr olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Hazırda Cəlilabad rayonunun Alar kəndində yaşayır və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad Filialında işləyir.Prezident təqaüdçüsüdür, "Qızıl Qələm" Media Mükafatı laureatıdır. Haqqında Nobel Mükafatı Komitəsinin Azərbaycan üzrə təmsilçiliyi Azərbaycan və ingilis dillərində kitab nəşr edib. Kitabda əsərlərinin biblioqrafiyası da verilib. Biz də Bilal Alarlıya şəxsi həyatında, elmi-pedaqoji fəaliyyətində, ədəbi-bədii yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.Az BİRATIMLARGəl, çəki ataq, artıq fikirlərdən azad olaq.Ataq çiynimizdən bizi ağırlaşdıran düşüncələri.Demirəm yüngül olaq, deyirəm, yüngülləşək bir az,Ətimizi tökməsinlər deyə, bir sümük olaq, bir də dəri.***Öpə bilsəydim ağrılarından, yarana məlhəm çəkərdim dodaqlarımı,Məni dərdlərinin təbibi bilərdin.Heyrətdə qalardı qılıncını eşqimizə sıyıran Əzrayıl,Bir-birimizə can verərdik,mən sənin üçün ölərdim, sən mənim üçün ölərdin.***Əyri oturaq, düz danışaq, sən məni anlamasan, mən səni başa düşməsəm, gecə-gündüz danışaq bir yataqda.***Mənim sözüm çılpaqdı, sən özün çılpaqsan, paltar da örtə bilmir ayıblarını,Oturub mənim dərdimi çəkirsən.Yolumda şum vursan da, öz başında turp əkirsən.Gözünə həqiqət adlı eynək tax, özünə bir az da mənim gözümlə bax.***Məni tanımaq üçün arana enib, dağa çıxmağa dəyməz,Sən hardasan, mən də ordayam.Özün yanıya çıxmısan, elə bilirsən, mən dardayam?Bəsdir, sağmal-subay elədin dostlarını, hamıya bir gözlə baxsan yaxşıdı,qınama kimsəni,məni sənə vadar eləyən bəndənin nə günahı, qismət Tanrı naxışıdır.***Nə qədər ki, üzümə bağlısan, səni qapı kimi aça bilmirəm,hər qaranlıq otağın bir sirri var.Pəncərə var, evin nurunu bayıra çiləyər,Pəncərə də var, evin içinə işıq salar.Ömrüm boyu zülmət adamlardan qaçmışam, gecələr Aya üz tutmuşam, gündüzlər Günəşə,Üzümə qapı açanlara işıq olmuşam həmişə!***Bu gün həmyaşıdımla görüşdüm, beli bükülmüş, ayaqları əyilmişdi,Sanki alnına Əzrayılın qılıncıyla əcəl möhürü döyülmüşdü.Düşündüm, nə qədər ki, əlim-ayağım yerindədir, nə qədər ki, Tanrı ömür süfrəmi qatlamayıb, şükranlıq duasına durmalıyam.Başımı dik tutub gəzdiyim kimi qəddimi dik tutub ömrü başa vurmalıyam.***Payız düşəni soyuq küləklər əsir aramızda, üşüyür xatirələrimiz.Münasibətlərimizi isitməkdi dərdimiz-sərimiz.Hardan qar yağdı düşüncələrimizə?Baxışlarımızın odu söndü, getdi əlimizin istisi.Sinəmizi göynətdi, gözümüzü çıxardı qaladığımız ocağın tüstüsü.***Yaxşı olursan, yaxşı-yaxşı səni yaxşı günə çəkirlər,Qoltuğuna qarpız verib, başında turp əkirlər.Sonra da oturub dizinə döyürsən,Yol verdiklərin tapdayıb keçir üstündən, arxasınca gözünü döyürsən.***Gəl, şəklimizi çəkək gözlərimizə, bir-birimiz üçün ayna olaq.İşıq saçsın baxışlarımız, Günəş kimi yanaq, yağış kimi yağmaq üçün bulud kimi dolaq.Dərdimizi şeirə deyək qulaq qafiyələri üstündə, qulaqlar cingildəsin, cinaslara baş qoyub yataq,Yuxuya verdiyimiz hicranın bağrını çatlasın, dili-ağzı yara salsın.Misra-misra hallanaq, bənd-bənd dillərdə gəzək, müqəddəs günaha bataq,hamının əli ağzında qalsın.***Qalxıb uçasan uçmadığın tək,Qapılar açasan açmadığın tək.Baş götürüb qaçasan qaçmadığın tək,Şum vurub öz başında turp əkəsən, ürəyin boşala.Dost didələyib yağı döyəsən,Solu çeynəyib sağı söyəsən.Şivən qoparıb ağı deyəsən,Ürək parçalayasan, qəlb sökəsən, ürəyin boşala.Ömür dönə şirin nağıla,Yaşayıb dolasan bir gün ağıla.Yükünü çəkdiklərin də dağıla,Qəm şələsini tək çəkəsən, ürəyin boşala.KÜNC ŞEİRLƏRİÜrəyində su qalmayıb çiləyəsən yanan canına, talaşala, yar ümidlərini,Od qoy məni itirmək həyəcanına.Kösöv istəklərinin közünü qoru,Qoru ki, əlini isidə biləsən, gözünə od gələ.Bu ocağın tüstüsü göz çıxarır, söndürsən, külünü sovurub başına od ələ.***Pulluya şah kimi, pula Allah kimi baxırsan, özün öz evini yıxırsan.Şah üz döndərəndə, Allah tanımayanda səni əlindən çıxacaq yəhərinə güvəndiyin kəhər atın cilovu, madyanın yüyəni.***Susmağın bir həddi var, lal saydıqların dilə gəlib dinəcək,Yavaş çap, mindiklərin gec-tez üzünə duracaq, sənin çapdıqlarını bir başqası minəcək, elə səni də!***Hardasa, haçansa kiminsə üzünə demədiyim sözdü şeir.Dözə bilmədiyim dərdlərimə dözdü şeir.Nəfsimi basmışam, iştahımı kəsmişəm, qəzəbimi boğmuşam yeri gələndə.Ruhuma can verir diri misralar ümidlərim öləndə.Susmuşam, dilimi qatlamışam, dözmüşəm həmişə.Haqqı itirənlərdən, ədaləti tapdayanlardan bezmişəm həmişə.Hirsimi-hikkəmi şeirə tökmüşəm, sözə güvənmişəm.İstəyirsən nəzərindən sal, istəyirsən alqışla məni, Tanrı!Sözə haqq demişəm, sözü tanrı bilmişəm, bağışla məni, Tanrı!***Nə qədər ki sağam,ürəyinə yatacaq şeirim.Ölüb gedəcəyəm,itib-batacaq şeirim.Dəftərə yazdıqların dəftərdə qalacaq,Ürəyinə yazdıqların ürəyini alacaq.Dönəcəyəm həyatının əfsanə yerinə, nağıl yerinə.Sənə yazdığım şeirlər dilinə gələcək ağı yerinə.SON MƏKTUBSəni sevən oğlan öldü, bilirsənmi, gözəlim?Canın qurtardı bu sevdanın əlindən, sevinirsənmi, gülürsənmi, gözəlim?Qəbrimi ürəyində qazıb getdim, Ruhumu başdaşı qoydum xatirələrinə.Bir dəstə gül ilə gələrsən dəfnimə, Fikir-zad eləmə, özünü çəkmə dərinə.Şəklin gözlərimdə qaldı, baxıb ayna kimi özünə sığal verərsən.Qəbrim ürəyindi sənin, məni görmək üçün qəbrimə girərsən.Səni sevən oğlan öldü, bilirsənmi, gözəlim?Sənə bu xəbəri gətirən saçları ağarmış, qaməti bükülmüş, gözlərində nəm göyərən, əlində qələm titrəyən qoca şairi görəndə gəncliyində dərdindən öldüyün kimi indi də ölürsənmi, gözəlim?Səni sevən oğlan öldü, bilirsənmi, gözəlim?!QARĞIŞİlahi bir sevda ilə sevdim səni,Sənə yaxın düşə bilmədim amma.Sənin eşqinlə gəzdim,sənin eşqinlə yatdım,Yuxularımda gördüyüm kimi həyatda görüşə bilmədim amma.Nələr çəkdim, necə çəkdim – bir Allah bilir!Sinəmin göynərtisini çəkdiyim ah bilir.Sənə uzanan qollarımı kəsdim, kəsdim ki, günaha batmayım.Sənin xəyalınla yatdım hər gecə,yatdım ki, sən məni qoyub getdiyin kimiMən səni yuxularımdan atmayım.İlahi bir sevda ilə sevdim səni,Sənə yaxın düşə bilmədim amma.Səni çox istədim, lap çox istədim, istədiyim kimi görə bilmədim amma.Bilmirəm nə deyim – Tanrı qorusun bu eşqi, ya qorumasın?!Mənim ümidlərimi daşa vurdun, sənin ümidlərin axar çaya dönsün qurumasın,qurumasın!GÖRÜŞGörüşümüz yaxşı keçdi, adını çəkmədiyim qadın.Çoxunun yuxusu ərşə çəkilir çəkiləndə adın.Söz ilə oynatdıq ruhumuzu, dodağımız qaçdı, gözümüz güldü.Dilin bal imiş, sən danışdıqca gülab töküldü.Bir-birimizə elə yaxın olduq, aramıza külək də girmədi.Biz hamının gözü qabağında qol açıb oynadıq, bəndələr kor oldu, gözüçıxmış fələk də görmədi.Ürəyim atlandı sənin qanad çaldığın havaya, Mən nə çaldım,sən də onu oynadın.Adın dilimdən düşməsə də, mən sənin adını dillərə salmadım, adını çəkmədiyim qadın.Mən özümdən gizlədim bu görüşü, sən də özündən gizlə.Özünü üzmə, özünü fəda etdiyin adamlardan özünü gözlə.Səni görməyənlər, görə bilməyənlər kim olduğunu bilməyəcəklər.Mən görüşünə gəldiyim kimi görüşünə gəlməyəcəklər.BATQIÇabalayırsan, əl-qol atırsan, üzə bilmədiyin dəniz qayğıların içində açıq-aşkar batırsan!Dedim axı, girmə bu yükün altına, ayaq altda qalarsan!Sən elə bilirdin dərinliyə baş vurduqca ucalarsan.Dartıb aparırsan arxanca sənə əl verənləri,Bəs görmürdün səndən qabaq sənin çəkdiklərini görənləri?!Hələ də ümid edirsən, kimsə sənə üz göstərəcək, əlini uzadacaq və deyəcək:-Əlini ver mənə, bəstərəcik!2022ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.