Kamilə Nur SALMANLI (1961) Poeziya, Müsabiqə 23 Aralık Kamilə Nur Salmanlı - 23 İyul 1961-ci ildə Naxçıvanda doğulub. Kamilə xanım məktəbdə oxuduğu illərdən şeirlər yazır. Ulu babalarının adını özünə təxəllüs götürüb. Şeirləri müxtəlif poe-ziya antalogiyalarında, ədəbi məcmuələrdə və dövri mətbuat orqanlarında çap olunub.Biz də Kamilə xanıma yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzGÖRÜNÜRCəmləyə bilmirəm fikirlərimi,Hara baxıramsa əyri görürəm.Allahın yazdığı qanunlar qalıb,Allahsız qanuna mən də gülürəm.Vicdan körpüləri uçub dağılıb,Bu yandan, o yana adlamaq olmur.Vicdansız insanlar divar ucaldıb,Nahaqqın səsiylə şadlanmaq olmur.Ümüdlər qalıbdı tək qiyamətə,Allah bəndəsinə gözəllik dilər,Burda Allahını tanımayanlar,Allah qarşısında imtahan verər.ÖMRÜMAylar illər ömür budaqlarından,Saralmış yarpaq tək tökülur gedir.Ağarır başımda sac yavaş-yavaş,Taleyim ömrümün qəstinə girir.Deyən qocalıram günlər ötdükcə,Fələkdə qəsdimə girir beləcə.Dünyada qonağıq düşündüm məncə,Bu tale ömrümü pərişan edir.Biz nələr görmədik fani dünyada,Bizə asi düşdü zalım həyatda.Kamiləni tərk etdi bir vaxtı yarda,Taleyim ömrümün qəstinə girir.DƏNİZ Dəniz kənarında tənha dayandım,Yalnız qaldığımı mən onda andım.Ötən kecmişimə yandım, ağladım,Gizlin hisslərimi o an gizlədim,Səninlə xəyala dalmaq istədim.Mən səni sevmışdim, dəniz coşanda,Ləpələr sahildə aşıb daşanda,Küləklər sevgimə nəğmə qoşanda,Sənin sevdiyini nədən bilmədim,Səninlə xəyala dalmaq istədim.Bu gün nədən belə bədbin olmuşam,Göydəki buludtək sanki dolmuşam,Mən səni həmişə arzulamışam,Kamiləyəm oda yanmaq istədim,Səninlə xəyala dalmaq istədim.KƏDƏRLİ QADINBir qadın görmüşəm, qara örpəkli,Gözünün nəmi qurumaq bilmir.Xəyalı dolaşır arzu diləkli,Özünü xəyaldan qoparmaq bilmir.O, yaxşı bilir ki, xəyaldan qopsa,Tənha adasına dönəcək yenə.Gəzir asta-asta, dizlər yorğunsa,Dərd sərin içində öləcək yenə.Bu qadın ayrılmır öz xəyalından.Gedir yorğun-yorğun dənizə tərəf.Bir kömək ummağa mavi dalğadan,Dalğalar eləyər, bəlkə məni əhv.Sahildə dayanıb dənizə baxdı,Dalğalar "hey onu atıb-tuturdu".Eləki, ayağı sulara batdı,Xəyaldan ayrıldı "fikir udurdu".Dərdini dənizlə bölüşən qadınKimsəsi yoxdursa, kimlə bölüşsün?Taleyi kədərlə görüşən qadın,Dayağ Allahındı qoy başa düşsün.MƏNİM DƏGörən dəyişibmi gəzdiyim dağlar,Coxdandı görmürəm yarın üzünü.Yəqin eşqimizi yadigar saxlar,Gedib bir yol görəm yarın gözünü.Sevdiyim o cağlar düşür yadıma,Əlacsız qalmışam gedə bilmirəm,Sənin xatirəndi yetən dadıma,Vallah istəsəmdə gedə bilmirəm.Məni tənha qoyub çıxıb getmisən,Haraya baxıram görürəm səni.Gözümü çağlayan bulaq eymisən,Bu qədər incitməz sevən sevəni.Neyləyim taleyimlə barışmıram mən,Beləcə taleyim yazılıb mənim.Bəxtim yarımadı mənim əzəldən,Onunçün əzrayıl kəsildi qəmim.QORXURAMOturdum xəyala birgə otaqda,Dar gəldi bu boyda kainat mənə.Gəlmədi yanıma bircə qonaq da,Qəm məni çevirdi narahat mənə.Bir vaxt düşənmirdi yaxınıma kin,Qoymazdı dostlarım qəm, kədər gələ.İndi bir anlığa gələn niskilin,Bilirsiz çəkisi nə qədər gələr.Yanır toxunduqca əlim dərdlərəKaş, kimsə düşməsin bəla qoynuna.Qorxuram get deyə dilim dərdlərə,Gedə başqasını ala qoynuna.YERƏ ATDILARÖmrüm nahaq bada getdi, neyləyimÖmrümə xəbərsiz zəhər qatdılar.Çatmadı kamana arzu diləyimQayanın başından yerə atdılar.Həyat imtahana cox çəkdi məni,İtirdim canımdan artıq sevəni,Ürəyim dəfn etdi məhəbbətiniMəni öz sevgimdən hey aldatdılar.Gözüm yolda qalıb,qulağım səsdə,Göz yaşım içimə yağır ahəstə,Mən günah görmürəm bir özgə kəstə,Hər gün can deyənlər məni satdılar.Kamilə xoş sözə aldanma daha,Bu gün ki, işini qoyma sabaha.Fikir vermədilər naləyə aha,Bədxahlar istədiyinə çatdılar.MƏNİYazmayacam bir də ölüm itimdən,Ölüm, itim izləməsin qoy məni.Nə istəyir axı, o mən yetimdən,Çox yanmışam, közləməsin qoy məni.Bəsdir, daha sıyırmışam qılıncı,Kəsəcəyəm hər gələn şər quluncu,Mən qalınca, qoy o qalsın zarıncı,Getməyəcəm, gözləməsin qoy, məni.Zəhmətkeşəm, hec vaxt tərdən qorxmuram,Daha qoşa düşən zərdən qorxmuram,Şərboğanam heç bir şərdən qorxmuram,Kimsə ondan gizlətməsin qoy, məni.Kamılədə çoxdur hələ arzu, kam,Yarımcığı yoxdur hər vaxt, tamdı tam,Birçə sənin baxışından qorxuram,İstilik qat buzlatmasın qoy, məni.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.