MÜSRƏDDİN KÖVRƏK (1947) Ədəbiyyat » Poeziya 31 Ocak 467 100 1 2 3 4 5 Müsrəddin Qənbər oğlu Mehdiyev - 1947-ci il yanvarın 25-də Azərbaycanda Cəbrayıl rayonunun Qışlaq kəndində anadan olub. Ellikcə doğma yurdundan məcburi köçgün düşdüyündən ailəsi ilə Bakıda məskunlaşmışdır. Dağlıq Qarabağ döyüş bölgələrindən yaralıları daşıyan Sanaviasiya dəstəsində könüllü xidmət etmişdir. Müharibə veteranıdır.1996-ci ildən «Ədəbiyyat qəzeti» redaksiyasının əməkdaşıdır;Hazırda şöbə müdiridir. Bədii yaradıcılıqla XX əsrin 80-ci illərindən ardıcıl məşğul olur. Dövri mətbuatda vaxtaşırı çıxış edir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. «Dünyam, sənə neyləmişəm» (1999), «Ağlama anamın qərib məzarı» (2001), “Vətənimdə doğma yurda həsrətəm”(2009) kitablarında seçmə şeirləri toplu halda nəşr olunmuşdur.Biz də Müsrədin Kövrəyə yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzALLAHHəyatın yolları çınqıl, daş, kəsək, Yaddan kömək gələr, doğmadan kələk. Ögeyin köksündə ətdən bir ürək, Doğmanın sinəsin daş gördüm, Allah.Ağzından süd iyi gələn bir gədə Yaltaqlıq eyləyib çatdı hörmətə. Kimini salmısan şərə-zülmətə, Kimini dövlətə tuş gördüm, Allah.Şərəflə dost üçün ölən görmüşəm, Fərhad tək dağları dələn görmüşəm. Üz var danlanıbdı, gülən görmüşəm, Göz var qurumayıb, yaş gördüm, Allah.ANAGəldim məzarına dağıla qəmim, Dərdini dərdimə qatıb gedirəm. Yoruldum, oturum bir az dincəlim, Qəmini dərdimə qatıb gedirəm.Mənim gözəl anam, gülüm, çiçəyim, Dünənim, bu günüm, həm gələcəyim. Çox layla demisən yatım, dincəlim, Torpağa yaman tez çatıb gedirəm.Qar kimi saçına qoy yenə baxım,Torpağı, səmanı yandırar ahim. Girov qalmamışam, budur günahım, Önündə günaha batıb gedirəm.AĞLARKönlüm oylağından niyə gen düşdü, Həftələr ötüşdü, ay da ötüşdü. Səndən gözlədiyim bircə görüşdü, Gəlməsən küsərəm illərin ağlar.Od vurub canıma batsa günaha, Daş ürəkli insan dözməz bu aha, Ölərəm, dönmərəm geri bir daha, Ardımca uzanan əllərin ağlar.Sahildə güllərin bağrı qan olar, Nərgizlər, lalələr peşiman olar, Tökülüb ağ üzə pərişan olar, Hər gün daradığın tellərin ağlar.AĞLAMA, KÖVRƏK!Dön alova, dön kösövə içində, Yar itirdin bir məleykə biçimdə, Dünyada yox o bənizdə, seçimdə, Ağlamağın nə xeyri var, ağlama.Bir dəfə o mən səninəm - demişdi, - Bu gününəm, sabahınam demişdi, Bəxtəvərdim, bir gülünəm demişdi, Ağlamağın nə xeyri var, ağlama.Kaş, bu gözəl sonrasından yarıya, Yaxşısını pislərindən ayıra, Görüş verə, ürəyimi doyura, Ağlamağın nə xeyri var, ağlama.GECƏKöçüb sinəsinə ağ sətirlərin, Bir neçə hecanı əkirəm gecə. Sevdiyim gözəlin tutub əlindən, Rəssam tək vərəqə çəkirəm gecə.Eşidib səsini gördüm gəlirsən, Gözümdən içimə göz yaşı axdı. Mənə oğrun baxan gözdən gülürsən, Yuxuda xəyalən uçuram gecə.VERƏYDİNMən yanan odlara görüm sən də yan, Mənə məlhəm olub yara bağlayan. O incə gülüşdən, qönçə dodaqdan, Busə gizlətməyib bir pay verǝydin.Bir günlük görüşün bir ömrə dəyər, Solaram sən məni unutsan əgər. Yanıb kül olanı duymursan məgər, Səsimə səsinlə bir hay verǝydin.Kövrǝyǝm, qəbul et məni bir kǝrǝ, Ölərəm baş qoyub durduğun yerə. Razı olma səndən kimsə nar dǝrǝ, Dənələyib bir neçə say verǝydin.GƏZƏRƏMSən mənim dünyamın ən birincisi, Gözümün nurusan, həm də incisi. Əkdiyim zəminin xallı laləsi, İtirsəm lalə yox, xalı gəzərəm.Əgər qismət olsa ter qönçə xara, Onda bülbül düşər min ahu-zara. Tanrı səni-məni salmasa dara, Yolunda gül açıb yolu bəzərəm.Mən üzə vurmaram olub-keçəni, Gözümdə görürəm dumanı, çəni. Dalğa güclü olsa, yıxılsa gəmi, Tufanda, dalğada səni gəzərəm.XƏBƏRİN VARMIXumar gözlü nazlı dilbər, Özündən xəbərin varmı? O xal sizdə olub əzəl, Xalından xəbərin varmı?Ayna sifət, çatma qaşın, Boğazında iri xalın. Qoynunda var bir cüt narın, Narından xəbərin varmı?Ağ əllərin, barmaqların, Gül ləçəyi, dodaqların, Canlar alan yanaqların Üzündən xəbərin varmı?AY QARA GÖZLÜMAlsa qucağına, sıxsa qəlbinə, Əlləri toxunar sarı bir simə, Deyirəm, bir gözəl çıxa bəxtimə Məni bihuş edə, ay qara gözlüm.Nə olar, qəlbinə doğma san məni, Səni duyduğum tək duyarsan məni, Anasından yetim qalan körpəni Öz balan sanasan, ay qara gözlüm.Şərabın dadını sərxoşlar bilər, Saqi badəsində meyi xoş bilər. Sanıram gözəllər sitayiş bilər, Mənim baxışımı, ay qara gözlüm.QAYIT GƏL, GÖZƏLDərdimi, sözümü deyim mən necə, Əynimə qırmızı geyim mən necə. Sənsiz qəm çəkirəm hər gün, hər gecə, Getdiyin yollardan qayıt gəl, gözəl.Qayıt gəl gözəlim, gəl harayıma, Mənimlə ortaq ol ömür payıma. Qarışsın qanından mənim qanıma, Getdiyin yollardan qayıt gəl, gözəl.Gözləyə-gözləyə qalmışam sənsiz, Canımı odlara salmışam sənsiz. Qəlbimdə bir hava çalmışam sənsiz, Getdiyin yollardan qayıt gəl, gözəl.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.