ÇİNARƏ İSA (1984) Poeziya, Müsabiqə 4 Temmuz 553 100 1 2 3 4 5 Çinarə Tərzan qızı İsayeva – 1984-cü il yanvarın 17-də Beyləqan rayonunda anadan olub. 1990-ci ildə Beyləqan rayonun Mil qəsəbəsindəki İlham Quluyev adına orta məktəbdə 1-ci sinifə gedib. 1997-ci ildə ailəliklə Bakı şəhərinə köçüblər. Təhsilini Bakı şəhərinin Səbayıl rayonundakı 20-ci sahədə yerləşən 40 nömrəli orta məktəbdə davam etdirib. Orta təhsillidir. Ailəlidir. 2 övladı var: Bir qız və bir oğlan.12 yaşından şeir yazır. Məktəb vaxtı tədbirlərdə iştirak edib. İndi də qohum, tanış toylarında, şəhidlərimizlə bağlı anım tədbirlərində, müxtəlif sərgilərdə iştirak edir və öz şeilərini səsləndirir. İlk kitabı 2012-ci ildə Sumqayıt şəhərində “Bilik” nəşriyat evində çap olunub. Daha sonra şeirləri 2018-ci ildə “Azərbaycan” adlı ədəbi-bədii jurnalında, həmçinin “Ədalət” qəzetində, 2023-cü ildə isə “Vətən” və “Zirvəyə ucalanlar” adlı ədəbi məcmuələrdə şerləri dərc olunub.Biz də Çinarə xanıma yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik. Bayram AŞIQLI,“Borçalı” nəşriyyatının və “Şərqin səsi” qəzetinin şöbə müdiri,Azərbaycan Jurnalistlər Birliyinin üzvü,“Abdulla Şaiq”, “Qızıl qələm” və “Zirvə” mükafatları laureatıZiM.AzƏZİZİMBu gün sənin doğum günün, əzizim, Təbrik eyləyirəm bütün qəlbimlə. Bəlkə qanadın yox uçmağa sənin, Bu gözəl gününü mənsiz qeyd elə.Mən səni anıram evimdə sənsiz Masamın üstündə xatirələrin.Xəyalın var,özün yoxsan, sevgin yox İçirəm göz yaşımı sağlığına sənin.Bu gün sənin doğum günün əzizim Allah bilir kimlər vardır yanında.Kimlər sığal çəkir telinə mənsiz Necə ki, çəkirdim mən zamanında.QARDAŞNə qədər ömrünü eyləsən fəda Bilməyənə borcun olacaq qardaş.Satılıb düşmənə öz xeyrinəYalandan üzünə duracaq qardaş.Gərək ayırasan ağı qaradan Hər kəsi xəlq edib uca yaradan Əyrisin dəyişməz düzə hər adam Boş yerə çənəni yoracaq qardaş.Vallah ağızında quş gətirsən də Sayıb hörmətini xoş gətirsən də Göstərib doğru yolu tuş gətirsən də Alçaq elə alçaq olacaq qardaş.Əzilib büzülüb girəcək dona Çətin ki, qayanı ülgüc tez yona Gətirər axırı ən acı sona Qanını zəlitək soracaq qardaş.Çinarə, sən sən ol yenə əyilmə Xoş bir üz görəndə həmən söyünmə,Öz əlinlə verib sonra deyinmə,Sonradan kişi olmaz hər alçaq qardaş.BİLMİRƏMÖlüb ürəyimdə hünərim sevgim,Heçnədən cəsarət ala bilmirəm. Elə bil tərk edib insanlar məni Bu geniş dünyada qala bilmirəm.Yaman adiləşib əl çatmazlarım, Çiçəksiz ağaca, dönüb yazlarım.Yığıb yükünü köçüb arzularım Dönüb əvvəl ki tək ola bilmirəm.Yorğun oturmuşam yol kənarında Mən nə başındayam nə də sonundaÖmür səhnəsinin son oyunundaBəs niyə çıxmışam yola bilmirəm.ODLANDI KÖNLÜMHəsrətin çəkdikcə çəkdim dilbərin, Od tutub sinəmdə odlandı könlüm. Oldum Ələsgər tək dillər əzbəri, Sevdikcə atıldı, yadlandı könlüm.Dedilər dəlidir sevməyi bilmir, Bu Məcnunu ağıllı kəs dindirmir. Başqasının gözlərindən bilinmir,Həsrətin gözündə adlandı könlüm.Qəmli-qəmli durub sevgidən yazdım, Vüsala çatmağa hicranım azdı. Sevib sevilməyin mövsümü yazdı, Söylədi yaz gəlib şadlandı könlüm.YAXŞIDIRAy qardaş, sözümə yaxşı qulaq as,Naxələf dostansa düşmən yaxşıdır.Boş boş təriflərdən süni gülüşdən Yaman mərd əlində bişmən yaxşıdır.Burax çörəyini yesin qurd köpək Alçağa çevirmə nə arxa, kürəy Namərdin şişində yansanda gǝrǝy Mərdlər qazanında bişmən yaxşıdır.Çevrilmə həyata sözə gülüncə Minnət götürərsən vallah ölüncə Yaltağın evində səfa sürüncə Kişi quyusuna düşmən yaxşıdır.***Artıq tamahın gücünə baxma!.. Halalı anlayan, qanan yaxşıdır. Haramla qurulan boş saraydansa, Başına yağış, qar daman yaxşıdır.Tüfeyli həyatla sovan ömrünü, Keçirmə heyifdir yavan ömrünü, Gözəl yaşadınsa cavan ömrünü, Qocalığa gedən zaman yaxşıdır.Çöldən ismət,ara bürünməkdənsə, Başqaları kimi görünməkdənsə, İpəyi,atlası borc geyməkdənsə, Həsirə hörülən saman yaxşıdır.Yaman qəzəbi tutub uca tanrının Nə qışı qış keçir, nə yayı narin. İllərlə həsrətin gözləmə qarın Hərdən şehə dönən duman yaxşıdır.Hər kəsi dost bilib tutma əlini Gizlət ürəyində dərdi,sərini. Gördün haqlayıbsan qırxı, əllini Bir az da sanballı olsan yaxşıdır.SORUŞDoğrunu yalana qatan deyiləm,Sevdimsə ömürlük atan deyiləm, Naxələf deyiləm satan deyiləm,Sən mənim özümü özümdən soruş.Bu ürək bom boşdur qapısı açıq Bəlkə ikimizdə sevgiyə acıq Verdiyim sözlərə inan ay yazıq Məndəki yerini gözümdən soruş.Yoxsa etibarın qazanım yenə Mərdliyi dostluğu göstərim sənə Dolanıb başına mən dönə-dönə Sənə göstərdiyim dözümnən soruş.LAZIMMənəm bu insan əhlindən biqərar, çara lazım,Kumaşı altın dəyər də, giriftar xara lazım. Kim istər köləlik,gəl bəhəsə xanlıq edək, Qulları şah eyləyən, dövrə müqəssir para lazım.Qışı ki, qış olmadı keçmədi boran, sazaqda Ağ adamlar oturar qəmü-qüssədən uzaqda, Bizi, biz tək anlayan əhli-beyitdən yazaq da Mənim öz ətrafıma, mənim elmimdə qara lazım.ÜRƏYİMDƏTuta bilsəm əlini, baxa bilsəm gözünə, Səni kiçik sirr kimi saxlaram ürəyimdə. Bəzən özüm edərəm, həbs edərəm özünə, Qandallayıb qolunu bağlaram ürəyimdə.Danmaram sənə olan ümidsiz məhəbbəti, Neylərəm sən olmayan taxtı, tacı, dövləti, Gəl tutaraq əl-ələ yaşayaq səadəti, Əgər məni sevməsən ağlaram ürəyimdə.Soyuq bir ev olsanda yenə atmaram səni, Mənə dönük çıxsanda yada satmaram səni. Bir gün ölüb getsəm də, bil unutmaram səni, Selə, suya dönərəm çağlaram ürəyimdə.FAĞIR-FÜQARA HƏYATI Min əziyyətə dözür özündə fağır-füqara, Baxmaz gözü ucuyla,bu dünyada cah-calala. Yığar öz heybəsinə hicranı, dərdi-qǝmini, Bir dənə məqsədi var qulluq eylǝyǝr halala.Nə gecə-gündüzü var, nə də rahat həyatı,Kim hegemonluq edib,qarışdırır kainati. Ona na hara gedir ǝrbabın xudbin arvadı Göz bağlayar ǝnama, can atmaz qalma-qala.Bilir ki,hər kölənin var boyunda öz tatarı,Nəşinə qavğa ilə hücum edər sar qatarı, Güya ki, bu dünyadan zəngin gedən nə aparır? Çün istəməz heç vaxt özünü giriftara sala.ZiM.Az***DOSTUMElə sanırdın ki, dünya səninmiş İndi yalnızlıqda ağlama dostum.Sən demə tənhalıq ən böyük dǝrtmiş Ürəyin coşmasın çağlama, dostum!Çoxları kəsdilər düz, çörəyindən, Tərif söylədilər lap ürəyindən, Çıxardılar mənliyini əynindən, Vəfasızlara matəm saxlama, dostum! Şanına şan qatdı boş boş təriflər, İçi kibir dolu,çölü xoş təriflər İndi boş cibini siçanlar təriflər Yalandan buğunu yağlama, dostum!DÜNYAÖzünü bu qədər güvəndə sanma Satılıb çoxtandan yalana dünya. Gedənə səbəsiz günah yükləyib, Bağlanıb vəfasız olana dünya.Asan gəlməmisən asan gedəsən Bir ana bətnində sən böyümüsən. Sanma ki öləndə kəfənlə gedəsən, Verəcək günahını qoluna dünya.Kef edib məzlumu alma qayğına Endirmə bəndəni qul sayağına Asacaq keçini, keçi ayağına Verəcək haqqını alana dünya.QOCALIRSANSanma cavanlığın bir məşəl kimi... Yanmaz heç bir zaman sən qocalarsan!Elə keçər ömrün-günün xəbərsiz,Düşər saçlarına dən qocalarsan!Çevrən dolar dost,tanışın səsiylə, Fəxr edirsən gəncliyinin nəsiylə, Unudarsan yadın bir kəlməsiylə, Dolar gözlərinə nəm qocalarsan.Əllərində, alınında qırışlar,Yalvarmaqdan betər olar, baxışlar. Yağdıqca üstünə nəmli yağışlar, Sıxar ürəyini qəm qocalarsan.Geri dönməyəcək bu keçən zaman İmdad diləməyə qalarmı güman. Bir də sarı teli aşıq Əhliman, Kökləsə sazında, bəm qocalarsan.SƏNSİZSən olmasan həyat boş gəlir mənə Dünya da başıma dolanmır sənsiz. Saniram dayanıb vurmur ürəyim, Qəlbimdə atəşin, odlanmır sənsiz.Dağların başında qar mənasızdır, Gəzsə yalqız ceyran,yar mənasızdır, Ürəkdən vurmursa tar mənasızdır, Simlər məhəbbətdən çalammır sənsiz.Əgər sən yoxsansa yaşamaq nǝyǝ? Ömürdən bir günüm, bir ömrə dəyə, Nə qədər naz etsə tellər sinǝyǝ Yenə də inciyir daranmır sənsiz.Yoxsa bu həyatda əgər ki,sevmək Başqa bir diyara sığınıb gedək. Etsəm ərköyünlük körpə uşaqtək Min dənə dayə də yaranmır sənsiz.DÜŞMÜŞƏMGecə-gündüz yuxularım qarışıb Bir gözəlin həvəsinə düşmüşəm. Sanki ovlayıbdır naşı ovçutǝk, Öz könlümlə qəfəsinə düşmüşəm.Bu yaşımda məhəbbətdir, bilmirəm?! Gecələri evimə də girmirəm. Onu görcək gizlənirəm, əyilirəm Üzür istəyib növbəsinə düşmüşəm.Rəsimə bax!.. süzür göldə qu kimi, Tellər sinəsində bir ordu kimi, Bu dünyadan hava kimi, su kimi, Çəkib məni nəfəsinə düşmüşəm.ÖMRÜ ELƏ YAŞA Kİ…Yaşa ömrü başı uca Haqqına haqq, düzə doğru. Qoy desinlər kişi öldü, Deməsinlər yaltaq oğlu.Kəsmə namərdin çörəyin, İtirmə məzlumun əməyin, Zənginə boyun əyməyin, Deməsinlər yaltaq oğlu.BAĞIŞLA, ÜRƏYİM, BAĞIŞLA MƏNİ...Bağışla, ürəyim, bağışla məni Bağışla özgəni qonağın etdim. Bağışla, ürəyim, bağışla məni Bağışla gözlərin qurbanı getdim.Günahkar gəzirəm çəksin suçumu Söylə səndən başqa cismə köçümmü? Könlüm əsir düşüb xilası gücmü Bağışla ürəyim bağışla məni.Mən yumuram bu eşqə bu gözləri Qəm otağı yarsızlıqdan dözməli,Öldürəcək içindəki köz məni Bağışla, ürəyim, bağışla məni.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.