İmam CƏMİLLİnin Yeni şeirləri Poeziya, Müsabiqə 13 Kasım MİLLƏTİNBarıt qoxulu vətənim də gül acmaz,Bələyiblər al qanına milləti.Yuva salıb qarğa-quzqun coxalıb,Su calanıb çırağına millətin.Düşmənin əlində,vətən dardadı, Gəlin-qız girovda, intizardadır.Vətənin sərhəddi baxın hardadı,Qıfıl varmış dodağında millətin.Xof icində saxlayırlar qeyrəti,Anlar da itirirlər isməti.Çəkən yoxdur vətən adlı həsrəti,Bir baxasan qaçmağına millətin.Min əsirlər boyu belə olmayıb, Bu millətə belə toy tutulmayıb.Millət ayağından göydən sallanıb,Sözdə girmir qulağına millətin.Hərracdadır, namusumuz satılır,Vətəni sevənlər topa tutulur.İcimizdən kişi rəmzi qurturur,Gəlin çıxaq sorağına MİLLƏTİN. MİLLƏTİN , MİLLƏTİN QƏLPƏLƏRMənə yadigardı Əfqanstandan,Bədənimdə gətirdiyim qəlpələr.Etibarlı dost tək tərk etmir məni,Gəncliyimdə götürdüyüm qəlpələr.O, gündən bu günə sirdaşdı mənə,Ürəyimlə birgə yoldaşdı mənə.Hər bir əzamdanda o başdı mənə,Sümüyümdə gəzdirdiyim qəlpələr.O, çıxır nə varsa dərdimə şərik,Günah da eyləyir mənlə üstəlik.Qan verir canımdan açdığı dəlik,Varlığımda bitirdiyim qəlpələr.Kim nə bilir kim nə çəkir dünyada,İynə ilə qazdım qəbir dünyada.Bu ağrıya dözməz səbir dünyada.Fəryadımda yetirdiyim qəlpələr.İmam dözür bu ağrıya nərdi ha,Yazılmamış mənə bir əsərdi ha.Mənlə çəkir bu qəlpələr dərdi ha.Bu yaşıma çatdırdığım qəlpələr.ANANiyə hay vermirsən, gəlmişəm yenə,Sənsizmi qayıdım dala ay ana.Belə etbarsız bilməzdim səni,Əldə üzatmırsan ələ ay ana.Sənsizmi qayıdım dala ay ana.Ürəyimin səsi oyatmır səni,Milyon dəfə dolansamda qəbrini.Duyada bilmirəm sənin ətrini,Qolunu boynuma dola ay ana.Sənsizmi qayıdım dala ay ana.Yatam qucağında ətrini alam,Heç nəyi bir daha arzulamaram.Sənin ən istəkli oğul balanam,Düzəldə bilmirəm beli ay ana.Sənsizmi qayıdım dala ay ana.Yol tapmıram yaman yerdə qalmışam,Həsrətindən intizarda solmuşam.Şirin duyğularmı səndən almışam,Söylə mənə can ay bala ay ana.Sənsizmi qayıdım dala ay ana.Atammı buraxmır gedəsən mənlə,Mənə nə deyirsən bu küsməyinlə.Gəlmişdim ki , qalam burda səninlə,Dikilər gözlərim yola ay ana.Sənzimi qayıdım dala ay ana.ANA LAYLASIMuğam üstə, saz üstə,Köklənib, ana laylası.Ruhuma elə qarışıb,Hopubdur, cana laylası.Gəz səhranı, çıx dağa,Ya nökər ol, ya ağa,Düz təpədən dırnağa,Çökübdür qana laylası.Xəyallara çoxmu dalım?Yer göstər yanında qalım.Nə oxuyum, nə çalım,Yetir gümana, laylası.Evdə, çöldə ana deyir,elə yana-yana deyir.Min bayatı, yüz min şeir,Sığmır, dastana laylası.Sənsiz qaldım üzü üstə,Ocaq yanmır közü üstə,Laylay deyir dizi üstə,Çatmır, İmama laylası. MƏNİM OLSAYDIN(Bu şeri gənclik illərində Nazpəri Dostalıyevaya həsr etmişəm)İnamımı yaşamaqdan kəsməzdim,Talehimdən inciməzdim küsməzdim.İlham pərim dinclik tapıb susmazdı, Mənə qismət olub mənim olsaydın.Bir sində dayanıb dura bilərdim, Bütün rəqiblərimi yora bilərdim.Min ömrü gənc başa vura bilərdim,Mənə qismət olub mənim olsaydın. Sevinc kədərimi ayaqlayardı, Bütün duyğularmı şən saxlayardı.Məhəbbət qəlbimi qılıqlayardı,Mənə qismət olub mənim olsaydın.Nə dərdim olardı,nə qüssə , qəmim,Əlimdə olardı ömürlük çəmim,Bardan üzülməzdi bağ-bağcam zəmim,Mənə qismət olub mənim olsaydın.Dizimin taqəti hec azalmazdı,Əkdiyim güllərin rəngi solmazdı.Vallah bu dünyada arzum qalmazdı,Mənə qismət olub mənim olsaydın.Qalmaz ürəyimdə sevgi sazağı,Sağalar sinəmdə məhəbbət dağı.Qismətim olardı sevgi qucağı.Mənə qismət olub mənim olsaydın.Lazımım olmazdı düyanın varı, Heçdə danlamazdım əhdi ilqarı.Ömrü şirin başa vurardım barı,Mənə qismət olub mənim olsaydın.GÜLÜMKim deyir sən kimsən?-can sirdaşımsan,Ömrümün bəzəyi ləl qaş-daşımsan.Rəngarəng nəğməli gün yoldaşımsan,Sənsən həyatımdan qiymətli gülüm.Beş çinar böyütdün kölgəsi üçün,Onlar xeyir versin ölkəsi üçün.Can qoydun onların bilgisi üçün,Anaya xas olan ismətli gülüm.İnsanlıq yaşayır sənin sərində,Səbrin təmkinində öz qədərində.Var Tomris var Həcər düz qiymətində,Hər sözü kəlməsi nəsyyətli gülüm.Olmaz hər kimsəyə bu halal qismət,Qohuma qonşuya gösdərdin hörmət.Var səndə pozulmaz ülvü məhəbbət,Sən mənə hamıdan hörmətli gülüm.MƏNİHava toranlaşır tənha qalmışamBu gecə qəriblik üzəcək məni.Baş-başa qalacam zülmətlə birgə,Dərd yenə uyva-uy gəzəcək məni.Gecələr xoş gəlmir bilmirəm niyə,Eşqimin sonası gecələr olubGecələrin özü çatıb köməyə,Hər zaman mənimlə gecələr qalıb.Qərib taleyimin , qərib bəxtimin,Belə görməmişdim kövrək üzünü.Üstümə yeriyib hamsı dərdimin,Nitqimdə tutmayır sözümü deyəm.SƏN OLPənah gətirmişəm rəhminə gülüm,Gül açmış bağımın bağbanı, sən ol.Bu bağın ətrini səndən savayı,Duyanım tapılmaz, gümanı, sən ol.Əl atıb dünyanın çərxini saxlaYaman kövrəlmişəm məni soraxla.Subh çağı, şər ağzı, əlinlə yoxla,Qiblə, qibləgahı imanı, sən ol.Qalan ömrü, dünya üzümə gülsünBu bəxtim taleyim sənlə sevinsin.Könlümün qubarı, qəmi silinsinÖmrümün, günümün, sərvanı, sən ol.Cənnət, cəhənnəmə, sənlə gedərəm,Behiştin ətrini haqqdan istərəm.Köksündə gül açıb səndə bitərəmİmam Cəmillinin dövranı, sən ol.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.