Eldar İSMAYIL: AZƏRBAYCAN MƏMLƏKƏTİM Poeziya, Qərbi Azərbaycan 14 Şubat Sənə sərvətimmi deyim,Şanım-şöhrətimmi deyim?Namus-qeyrətimmi deyim?Günəş telli təbiətim...Azərbaycan məmləkətim!Bir dünyadı yaşıl yaylaq,Nərgiz ocaq, lalə çıraq...Meşələri qızıl yarpaqGözəlliyim, təravətim...Azərbaycan məmləkətim!Səni seçdim seçəndə də,Işıqlandım gecəndə də...Mən dünyadan köçəndə dəYaşayacaq həqiqətim,Azərbaycan məmləkətim!Ünlü adın öndə qalar,Vətən qibləm yöndə qalar.Səndən gələr, səndən qalarBöyük ana məhəbbətim...Azərbaycan məmləkətim!Sən Cəlilin ilk arzusu,Üzeyirin “Koroğlusu”...Sən Sabirin söz ulusu,Ey Füzuli dəyanətim...Azərbaycan məmləkətim!Emrə deyər, Fikrət deyər,Nazim deyər, Hikmət deyər...Şəhriyara heyrət deyərTürk dünyama sədaqətim...Azərbaycan məmləkətim!Düşmənləri şeytan felli,Qanı xıltlı, qəlbi lili...Şuşa, İrəvan niskilliHaray çəkən fəlakətim...Azərbaycan məmləkətim!Gələn günlər xoş gələcək,Nəsillər deyib-güləcək...Min illər dövran sürəcəkVətən adlı həqiqətim...Azərbaycan məmləkətim!Ruhum çağlar, eşqim dəniz,Havam nurlu, suyum təmiz...Bakı, Gəncə, qoca Təbriz,Bir dünyalıq ləyaqətim...Azərbaycan məmləkətim!Məhəbbətə olmaz yasaq,Sevgim sənə qucaq-qucaq...Xain qəlbdən, gözdən uzaqYaşa səni ey cənnətim!Azərbaycan məmləkətim!. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.