AMİ-də “Azərbaycanda sosial işin təşkili” mövzusunda konfrans

AMİ-də “Azərbaycanda sosial işin təşkili” mövzusunda konfransAprelin 27-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) “Azərbaycanda sosial işin təşkili”mövzusunda konfrans keçirilib.
Giriş sözü ilə çıxış edən institutun rektoru professor Aqiyə xanım Naxçıvanlı bildirib ki, AMİ-nin təşkilatçılığı ilə keçirilən konfrans maarifləndirici xarakterli olub sosial iş sahəsində ixtisaslaşan tələbələrdə peşə vərdişlərini möhkəmləndirmək, onların bu istiqamətdə hazırlığını, dünyagörüşünü, biliklərini artırmaq məqsədi daşıyır. Rektor A.H.Naxçıvanlı qeyd edib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra köməyə ehtiyacı olan insanlara yardım göstərilməsinə xüsusi zərurət yaranmışdır. Xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranan çətin problemlər, əlillik, işsizlik, ailə başçılarının müharibədə həlak olması, ailədaxili münaqişələrin şiddətlənməsi, aztəminatlı ailələrin çoxalması problemləri ortaya çıxmışdı.

AMİ-də “Azərbaycanda sosial işin təşkili” mövzusunda konfrans İnstitutun prorektoru, dosent Razim Məmmədli isə öz çıxışında vurğulayıb ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ardıcıl və məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi nəticəsində qeyd olunan problemlərin aradan qaldırılmasında irəliləyişlərə nail olmaq mümkün olmuşdur. Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu siyasi və iqtisadi strategiyanın müvəffəqiyyətlə davam etdirilməsi bu gün bütün sahələrdə sürətli inkişafa nail olmağa imkan vermişdir.

Sosial sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun, bir sıra digər dövlət və özəl müəssisə və tşəkilatların fəaliyyət göstərməsi ölkəmizdə bu sahəyə böyük diqqət və qayğının göstəricisidir.
AMİ ilə yanaşı, Bakı Dövlət Universitetinin, Azərbaycan Universitetinin “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələrinin, eləcə də sosial işlə yaxından maraqlanan digər tələbələrin iştirakı ilə keçirilən tədbirdə tələbələrin müxtəlif mövzularda çıxışları dinlənilmiş, tələbələrin iştirakı ilə hazırlanmış fləşmob görüntüləri, çıxışlara aid slaydlar, tələbələrin keçirdiyi sorğuların, araşadırmaların nəticələri, videoçarxlar nümayiş olunub.

“Sosial işin yaranma tarixi”, “Sosial iş – həmrəylikdir”, “Sosial işçinin şəxsi və mənəvi keyfiyyətləri”, “Sosial iş nədir?”, Azərbaycan və dünyada sosial iş”, “Ahıllarla sosial iş”, “Ziçlinsin soaial işin təcrübəsi və vəzifələri haqqında”, “Azərbaycanda qadınlarla sosial iş təcrübəsi”, “Gənclərlə sosial iş” mövzularda səsləndirilmiş çıxışlarda bildirilib ki, insanlarla iş aparan sosial işçi ixtisası ölkəmizdə əsasən son on ildə formalaşmışdır. Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu prosesinin başlanmasından sonra formalaşan və inkişaf etməkdə olan sosial iş ixtisasının geniş fəaliyyət istiqamətləri vardır.
Sosial işin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan insanların problemlərinin həllində yardımçı olmaq, onların cəmiyyətə inteqrasiyasını bərpa etməkdir, eləcə də, qrup və icmaların sosial və psixoloji ehtiyaclarını müəyyənləşdirmək və sosial siyasətin hazırlanmasında iştirak etməkdir. Sosial işçi ixtisasına yiyələnmiş mütəxəssislər naziriliklərdə, hökümət idarələrində, poliklinika və xəstəxanalarda, ümumi və xüsusiləşdirilmiş təhsil ocaqlarında çalışa, insanların sosial-iqtisadi rifahının yaxşılaşdırılması üçün proqramlar və dövlət siyasətinin işlənib hazırlanmasında iştirak edə bilərlər.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maraqlı müzakirələr aparılıb.

Mətbuat və informasiya şöbəsi.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: