Almaz Ülvinin “Özbək ədəbiyyatı və Azərbaycan” kitabı özbək və rus dillərində Elm, Humanitar elmlər, "Zirvə" 3 Ekim Daşkənddəki “Kamalak-PRESS” nəşriyyatında filologiya elmləri doktoru Almaz Ülvinin özbək və rus dillərində “Özbək ədəbiyyatı və Azərbaycan” (Tədqiqatlar, ədəbi poprtretlər, söhbətlər) kitabı çap edilib.Kitabın məsul redaktorları və “Ön söz”ün müəllifləri Qozakboy Yoldaşev və Sırdaryoxon Otanova, redaktoru Muhayyo Yoldaşevadır.Kitabda müəllifin Azərbaycan-özbək ədəbi əlaqələri sahəsindəki tədqiqat əsərləri salınıb. “Ön söz”də deyilir ki, Almza Ülvi özbək-Azərbaycan ədəbi əlaqələrio sahəsində tanınmış alimdir. Onun bu mövzudakıl məqalələri Bakıda, Daşkənddə və Müstəqil Dövlətlər Birliyinin digər şəhərlərində çap edilib. Bildirilir ki, müəllif böyük özbək şairi Əlişir Nəvai ilə bağlı silsilə məqalələr yazıb və bu iş davam etdirilir.Topluda müəllifin Babur, Bəkir Çobanzadə, Xalid Səid Xocayev, Maqsud Şeyxzadə, Zülfiyyə haqqında məqalələri də yer alıb. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.